Yenə çox bəlalar gəldi başıma,
Çətin günlər, hopubdu yaddaşıma.
Çox əllərə düşdük, bax, göz yaşıma…
Sonundasa, gəldi bir ağ bənizli,
Onun adı Mustafa bəy, Dənizli!
Möhkəm bir gəmim var, “Xəzər Lənkəran”!
Sakit üzməyinə vermirlər aman,
Gah daxildən, gah ətrafdan hər zaman,
Dağıtmaq istədilər, onu gizli,
Buna imkan vermə, sən ey, Dənizli!
Dalğalarda, şahə qalx bu gəminlə,
Yavaş-yavaş irəli! öz dəminlə,
Heyəti qur, təcrübə, əməlinlə,
Qoy sevinək həmişə, sizli-bizli,
Eşit məni!, ey Mustafa Dənizli.
Bizim iddiamız da sənə bəlli,
Dəvət etdik, görüşdük, ikiəlli,
Uzun enişdən sonra sən, təsəlli,
Qoyma bizi, bu zatları qəlizli,
Gün-günorta yeməsinlər, Dənizli.
Səni tanımışıq, gəlməzdən qabaq,
Vətənində, nəticələr, nə sayaq,
“Üç böyüklərə” olmusan sən dayaq,
Onlar üçün olmusan sən əzizli
Burda göstər hünərini, Dənizli.
Konfransda həlim, işində ciddi,
Ciddiliyə uyğun qurar o, səddi,
Futbolçunun nə hünəri, nə həddi,
Komandada abu-hava təmizli,
Çünki sevər təmizliyi, Dənizli.
Mustafa bəy, səndən gözləntilər çox,
Bu mövsümdə böyük istəyimiz, yox.
Yalnız güclü komanda qur, önə çıx,
Avropaya səninlə gedək hızlı,
Bunu bacaracaq, bizim Dənizli!..
Mirhafiz M. Babayev
1 thought on “Ey, Mustafa Dənizli!”
Comments are closed.
Hörmətli Doktoru salamlayıram. Gözəl şerinizi oxuyub məmnun oldum. Allah razı olsun! İlhamı Sizdən aldım.
Azarkeşin çıxmaz heç vaxt yadından,
Söz düşəndə şöhrətindən, adından,
Doymaz oldun qələbənin dadından,
Qələbə çal! Şirin, dadlı, ləzizli,
“Xəzər”lə get, irəli ey Dənizli!
*****
Tam uyğundur, Qabil bəy.