Etibar Cəbrayıloğlu-51!

Bu gün “Bosman” fanklubunun idarə he`yətinin üzvü, dəyərli ziyalımız Etibar Cəbrayıloğlu ad gününü qeyd edir. 11 Dekabr 1967-ci ildə Lənkəran şəhərində zəhmətkeş ailədə dünyaya göz açmış Etibar bəy böyük həyat yolu keçmiş və bu günlərə alnı açıq, həm gözəl övlad kimi və həm də nümunəvi bir ailə başçısı kimi gəlib çıxmışdır. Etibar bəy həm də gözəl insan və gözəl dost kimi həmişə aramızda olmağı ilə onu sevənlərdə fəxarət hissi ilə birgə yaşayır. “Bosman” fanklubu adından bu dəyərli üzvümüzü təbrik edir, ona mənalı ömrünün davamını diləyirik.
Etibar bəy haqqında çox söz demək olar. Lakin onun vikipediyası ilə sizi tanış etsək, bu daha yerinə düşər:
Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Lənkəran şəhəri 3 saylı şəhər orta məktəbini bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universetinin məzunu olub (1991-1996). Bir müddət N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi çalışıb. Jurnalistikada 1991-ci ildən çalışır. Qeyri-leqal “Çeşmə” qəzetinin yaradılmasında və nəşrində yaxından iştirak edib. “Elin səsi”, “Lənkəran»”, “Press-fakt”, “Bu gün”, “Azərbaycan gəncləri”, “Yeni Müsavat”, “Yeni yüzil”, “Cümhuriyyət”, “Politika” qəzetlərində, “Hesabat”, “Biz+” jurnallarında müxtəlif vəzifələrdə çalışıb. Hazırda Qafqaz Müsəlmanları İdarəsinin “Haqqın nuru” qəzetinin baş redaktor müavinidir. Eyni zamanda “Ədalət” qəzetinin köşə yazarıdır. Vaxtilə “Yasamaldan məktublar” adlı silsilə köşə yazıları ilə oxucuların rəğbətini qazanmışdır. Qeyd edək ki, vikipedia mənbəsində də Etibar bəy haqqında səhifə mövcuddur.
Buradan izlə: https://az.wikipedia.org/wiki/Etibar_C%C9%99bray%C4%B1lo%C4%9Flu
Xatırladaq ki, Etibar bəy, İdman jurnalisti Hüseyn Cəbrayıloğluun böyük qardaşıdır. Etibar bəyi 51 illik nümunəvi həyat yolu münasibəti ilə bir daha təbrik edir, ona və yaxınlarına firavan ömür arzulayırıq.