Etibar Cəbrayıloğlu: Türkiyədən gələn yanlış…

Allah, Allah necə sevinirdim… Həmin günlər heç unudularmı? Nə yerdə yer tapırdım, nə göyə sığırdım. Hamısı da sevincdən. Bəs necə… Mustafa Dənizli şəxsən özü Azərbaycana gəlirdi, Türkiyənin ən adlı-sanlı məşqçilərindən biri bizim “Xəzər Lənkəran”ı çalışdıracaqdı. Mustafa hocanın “Cənub mirvarisi”nə rahat çatması üçün hətta özəl uçaq da ayrılmışdı. Əlbəttə, sevinməyə, sabaha ümidlə baxmağa istənilən qədər səbəb var idi.
Sevincimi dostlarla, fanatlarla, oxucularla həvəslə bölüşür, qələmə sarılmaqdan usanmırdım. Səhər bir yazı yazırdım, axşam digərini qaralayırdım. Düşünürdüm ki, ünlü Mustafa Dənizli “Ağ-yaşıl” gəminin sükanından möhkəm yapışdıqca qələmdən ayrılan deyiləm. Nə yazıq ki…
Mustafa hoca əlini sükandan tez götürdü, bilmirəm domino oynamaqla məşğul oldu, ya dönər hazırlamaqla. Əvvəlki sevinc yerini kədərə, əsəbə, peşmançılığa buraxdı. Könül verdiyin klub rəzil duruma düşübsə nə sevinmək, nə rahatlıq?
Mustafa Dənizlinin “Xəzər Lənkəran”da iş günlərinin sayı artdıqca “Fırtınalar meydanı”nda azarkeşlərin sayı azalır. Klub elə zəif oyun sərgiləyir ki, turnir cədvəlinə baxanda “Xəzər Lənkəran”ı görmək olmur. Musiqisi dünyanı dolaşan Fikrət Əmirov ölməz Cəfər Cabbarlının “Sevil”inə opera yazmışdı, əsərdəki məşhur epizod yadınızdanmı
  Nə günlərə qaldın, Balaş…
Dahilərimiz Balaşın miskin duruma düşməsinin səbəblərini həmin əsərdə göstəriblər. Bəs “Xəzər Lənkəran” necə olsun? Göz baxa-baxa klub batsınmı, çərləyib öləkmi?
Niyə gözümüzün ağı-qarası “Xəzər Lənkəran” bunca miskin durumdadı? Nə dünya şöhrətli Con Toşak, nə ünlü Mustafa Dənizli komandanı uğura daşıya bilmədi.
Yəqin klub başbilənləri bu suallar ətrafında baş sındırırlar. Kritik durumdan çıxış yollarını da bilməmiş olmazlar. Axı onlar Nazim Süleymanovu taxtda görüblər, Cüneyt Biçəri qundaqda. Viktor Pasulkonu çaya susuz aparıb susuz gətiriblər. Rasim Karaya “şeş” gəliblər, Ağasəlim Mircavadova “beş”. Yarandığı bu 10 ildə “Xəzər Lənkəran” klubunda yalançının sözü olmasın, həftə səkkiz, mən doqquz belə kritik durum yaşanıb. Hər dəfə də çıxış yolu ilə bağlı qərar verilib. Bəzən doğru, bəzən yanlış… Gəlin ümid edək ki, bu dəfə doğru addım atılacaq. Təki yenə yanlışlıq olmasın.
Yanlışlıq demişkən, şəxsən mən Dənizlinin gəlişindən sonra “Xəzər Lənkəran”ın bu vəziyyətə düşməsinin səbəbini bilirəm. Özü də necə… Yazımın əvvəli yadınızda qalıbmı? Mustafa hocanın burlara gəlməyini eşidincə xeyli sevindiyimi yazmışdım. Doğrudan da Türkiyədə ad qazanmış Mustafa Dənizlinin Azərbaycanda çalışması böyük hadisə idi. Sükanı arxasına keçdiyi “Xəzər Lənkəran” uğur qazanmalı, azarkeşlərin könlünü alan oyun sərgiləməli idi. Bəs niyə bütün bunların tam tərsi baş verdi?
Mənə elə gəlir ki, ortada bir yanlışlıq var. Mustafa Dənizli “Xəzər Lənkəran”a gəlməyinə gəlib, futbolçuları da oyunlara məhz o çıxarır. Lakin bu Mustafa Dənizli o Mustafa Dənizli deyil. Türkiyədən bizə başqa Mustafa Dənizli göndəriblər.
İndi bu yanlışlığı düzəltməyin vaxtıdı. Gəlin bu Mustafa Dənizlini geri göndərək və əsl Mustafa Dənizlini tələb edək. Amma yaman qorxuram. Qorxuram ki, Türkiyədən bu dəfə də yanlış Mustafa Dənizli göndərələr…

11 thoughts on “Etibar Cəbrayıloğlu: Türkiyədən gələn yanlış…”

  1. AZAL ilə oyuna az qalmış oxudum yazını. Elə qarışıq fikirlər burulğanına düşdüm ki, lap korrida öküzünün günündəyəm, bu liqada hər şeyi iki görürəm, özü də TOPAZ rəngində.

  2. Deməli, növbəti mövsumu gözləməliyik.Amma biz gözləməkdən doymuşuq.Daha taqətimiz qalmayib.Bu il kubok bizim olmali və bu il Mustafa Dənizli kamandasini kubok öncəsi yiğmalidir.Yoxsa gələn mövsumədə bir quş!

  3. BILMIREM BUNA NE AD VERIM RAM VE SAM, YOXSA ZITA VE GITA? ALA BUNLARIN ISI DEHSETDIR KI GIZIN IKI ADAXLISI VAR,

  4. Etibar bəy mis,mis deməyin birdəfəlik Mustafa deyin .hamı bilsin .
    Bu gün Mustafanın mətbuat konfransında deməyi ki – komandanın oyunundan məmnun qaldım — daha mənim ona sözüm yoxdur .Zeynəb Xanlarov demiş -burda nitqim kəsildi ,burda sözüm qurtardı .–

    • R.S. qardaş!-Bəs nə desin!?. Kamran Abdulzadə kimi gənc oyunçular paslanib gedir.Elə onunla yanaşi Elnur Cəfərov və başqalari..Elə bilirsiniz ki hər şey belə asandir.?-M.Dənizli bunlari görmur?.Axi gələn oyunçularda tanişliq və dostluq xatirinə göndərilir.Siz bir duşunun: Qarabağ kamandasi Simurqa uduzur,Sumqayit kamandasi Neftçini darmadağin edir.Qəbələ kamandasida əvəzində Rəvana uduzur.Elə bilirsiniz ki bu qanunauyğunluqdur!?-Yox!!-Belədirsə M.Dənizli nə deməlidir.Sizcə Rednik gəlsə nə dəyişə bilər ki…heç nə.Ona görə bu çirkinliklərin səbəbi yiğişmasa hamimiz belə çaşqinliq içində bir-birimizi gunahlandirariq.Mən sizi qinamiram amma sizdə öz etirazinizi deməklə məni gunahlandirin.Halbuki heç sizi gunahlandirmiramda..

  5. Axşamız xeyr,Doktor.Etibar bəyin fikirləri ilə tam şərikəm.Ancaq nə fayda heç nəyi dəyişmək iqtidarında deyilik.Get gedə Xlnı itiririk.Arzular sönur.Tribunalarda yerlər boşalır. Çıx get xəzərimdən əlini çək sən Onun xilaskarı bil sən deyilsən Xəzərim çırpınır,imdad diləyir Heç kim xəzərimin dərdin bilməyir. Hər dərdin əlacə varsa dünyada Xəzərin möhtacı vardır bir ada. Rednikə qovuşmaq istəyir xəzər. Rednik gəlmədikcə Xəzər üzülər.

  6. AZAL ilə oyundan sonra heç halımı soruşan yoxdur. Bilmək istəyirsininz nə gündəyəm? Sizin gününzdə-XL azarkeşi günündə.

  7. Fədakar insan, sədaqətli dost!
    İslam Cabbarlı haqqinda onun fəaliyyəti barədə yazi yazmaq heçdə asan deyil.Nə qədər çalişsamda onun əzab-əziyyətlərini qələmə almağa heç cur gucum çatmir. İslam bəylə şəxsi tanişliq hələ ki, mənə qismət olmayib.Yalniz internet vasitəsilə “Firtinalar meydani”nda Mirhafiz muəllimlə birgə çəkdirdikləri fotoşəkilini görmuşəm.Məsələ burasindadir ki onu taniyanlarin fikirlərini eşitmişəm və izləmişəm.
    Huseyn bəy Cəbrayiloğlu öz yazisinda İslam bəy barədə belə yazib:
    Bircə o xatirimdədi ki, tanıdığım insanlar arasında ən pozitiv insandı. Di gəl ki, heç vaxt cibimdə pul, əhvalım da yaxşı olanda onu axtarmamışam. İslamı qəmgin olanda, cibdə pul olmayanda axtarmağın öz ləzzəti var. Bu insan həyatı boyu özündən qat-qat ağır yükü daşıdığından mənim, digər dostların dərd yükünü də asanca çiyninə almağa hazır olub.
    İslam bəy barədə məlumat toplaqca bu insanin mubarizliyinə ,vətənpərvərliyinə ,sədaqət və mehribançiliğina yaxşi mənada qibtə edirəm.Hələ gəncliyində heçdə həyat bu insanin uzunə gulmədiyi bir şəraitdə əyilmədiyinin və qarşisina çixan problemlərə qarşi sinmadiğinin şahidi oluram.İslam bəyin həyati “Bir gəncin manifesti”nə, həmçinin məktəb illərimdə oxuduğum “Polad necə bərkidi” əsərinin baş qəhramanina oxşayir. Mubarizlik həyat eşqi torpağa sevgi və başlica olaraq camiyyəmizə məhəbbət bu insanin sumuyunə işləyib.Bununla yanaşi olaraq dost cəfakeşliyini asanliqla boynuna göturərək hər cur əzab-əziyyətə qatlanmaq kimi yuksək xususiyyətlərini qəlbində daşiyir.
    İslam muəllim boyuk nəsildən olan nufuzlu bir ailədə dunyaya gəlib.Yenə Huseyn bəyin yazisinda oxuyuram:
    İslamın ata ocağında 90-cı illərin əvvəlində inqilabçılar çox yığışıb və deyilənə görə 60-70 ci illərdə keçmiş prezident Heydər Əliyev də onların evində bir neçə gün qonaq olub. Amma, mən, o evə ayaq basanda İslamla tanışılığım belə yox idi. Hələ o zaman İslamın böyük qardaşı İlhamın yanında yetişən gənclərdən biri idim. İslamı nə vaxtdan tanıdığımı xatırlaya bilmirəm, amma yadımdadı ki, həmin ev satılandan sonra aldıqları “Finski ev”in həyətində mən və dostlar onun başına yığışıb maraqlı söhbətlərinə çox qulaq asmışıq. İslam bəzən aylarla evini, ocağını Xəzər dənizindən tutduğu balıqlarla dolandırıb. Yox, satmayıb, ocaqlarında aylarla elə balıq yeyilib. Amma Xəzər dənizinin balıqlarından xeyir görsə də, qazından xeyir görməyib. Ona görə də körpə uşaqları üşüməsin deyə anasının 60 il öncə gətirdiyi cehiz stol və stulları yandırıb evini isidib. Bəlkə ona görədi ki, qazla dolanan kluba xüsusi allergiyası var.
    İslam bəyin ən böyuk sevgisi “Xəzər Lənkəran”-dir.İslam bəy bu kamandanin vurğunudur.Bu kamandaya görə şəxsən mənim heç xəyala gəlmədiyim yaxşiliqlari edib.Əlindəki son qəpiyidə bu kamandanin nailiyyətləri uçun əsirgəməyib.Lakin zaman-zaman bəzi paxil insanlarin qəzəbinə tuş gəlib amma heç vaxt iradəsindən dönməyib.
    “Xəzər Lənkəran”ın oyunlarına gəlmək üçün bilet pulu olmayanda bu dəfə stadionun yaxınlığından keçən Lənkərançaydan balıq tutub, həm də azarkeşlərin səs-küyündən həzz alıb. Huseyn bəyin yazisinda oxuyuram ki, bir gun indiki “Türk lahmacun”un yerləşdiyi kafedə “Xəzər Lənkəran”ın fəal azarkeşləri ilə qızğın müzakirə gedəndə, mən də ora gəlib çıxdım. Elə bu görüşdə etdiyim təkliflə dediyinə görə “onu zibilə salıb özüm də aradan çıxmışam”. “12-ci oyunçu” həmin kafedəki müzakirələrdən sonra yaranıb. Yarandığı gündən indiyə qədər etdikləri, fədakarlıqları ölçüyə gəlməz.
    Bu gün kifayət qədər oxunan və qəbul olunan “12-ci oyunçu.info” saytını bu səviyyəyə çatmasi heçdə asan baş verməyib.Buna görə yuxusuz gecələr keçirdib çox haqsiz iradlarla rast gəlib.Sonu görunməyən hədə-qorxularla uzləşib. Amma yorulmadı, bezmədi və sədaqətini bu gün də sürdürür.
    Bu gun İslam bəyin yaşinin ustunə bir yaşda gəldi.Hər ilinin necə keçirdiyinin bəlkədə hiss eləmir.Hiss olunan odur ki, bu gun İslam bəyi sağlam duşuncəli gənclər sevir. Ətrafinda olan dostlari və heç vaxt tanimadiği insanlar sevir.Onun sədaqətliyi bir məktəbdir. Bu insanin heç vaxt vəfa borcu, sədaqət borcu, vətən borcu olmayıb. Təki, belə borclardan uzaq olasan İslam bəy!. Sizi təbrik edirəm və sizə can-sağliği arzu edirəm. Doğum günün mübarək!
    Zəfər Lerikli!

    • Mirhafiz muəllim salam!-Bu yazini İslam bəyin ad gunu munasibətilə yazdim.Səhv etmirəmsə may ayinin 11-də İslam bəyin 44-yaşi tamam olur.Əgər məsləhət bilsəniz həmin ərəfədə bu yazini sayta verməyinizi xahiş edərdim.Təşəkkur edirəm!
      *****
      Böyük məmnuniyyətlə!

      • Bu arada—–həmin gun sizində “Ad gununuz”-dur.Unutmamişam.
        *****
        Zəfər bəy, bizi qocaltmaqda bi neçə gün də tələsmisiniz. Bu bir zarafatdır, çox sağ olun!

    • Sizi bir daha təbrik edir və sizə can-sağliği arzulayiram.
      *****
      Təşəkkür edirəm! Xətriniz əziz olsun!

Comments are closed.