Dünya növbəti döyüşə hamilədi. Bu gün axşam hər şey bəlli olmalıdı. Ona görə də hamı üzünü İspaniyaya tərəf çevirəcək. Milyonlarla insanın barmağını kəssələr də xəbərləri olmayacaq. Ulduzlara baxmaq sizə elə-belə gəlməsin, bu, əyləncə-filan da deyil. Hər nədisə tamam başqa şeydi.
İndi hamı axşamın düşməsini gözləyir. Başqa çarə nədi? Günün günortaçağı ulduzlar görünmür axı. Ən doğrusu axşamı gözləməkdi. Bu axşamı dünyanın hər yerində gözləyən milyonlarla insan bizim müdrik atalar sözünü əməllicə redaktə etməyə də hazırdılar. Belə hesab edirlər ki, gecənin xeyrindənsə gündüzün şərini seçmək onlara sərf etmir. Özləri bilsinlər, bu gecə yerini səhərə uduzunca görək atalarımıza nə cavab verəcəklər…
Onlar iş-güclərini atıb ulduzların arxasınca düşməyə hazırlaşırlar, ulduzların isə heç vecinə də deyil. Messinin niyə də vecinə olsun ki? Temza aşığındandı, Sena topuğundan. Neymar nə yoğurub, nə yapıb, hazırca kökə tapıb. Ronaldo başla topun başına oyun açır, sonra da gedib reklam etdiyi şampunla başının kəpəyini yuyur. Beyl haqqında heç yazmaq belə istəmirəm. Çünki qiyməti çox bahadı. Onun transfer qiyməti bəzi ölkələrin büdcəsindən çoxdu.
Bu gecə “El-Klassiko”da top qovaraq döyüşəcək digər ulduzlar haqqında geniş yazıb vaxtınızı almaq istəmirəm. Hamının ayağı göz qabağındadı. Planetin dörd bir yanında milyonlarla insan bu gecə düşüb o ayaqların sahiblərinə yalvaracaq. “Qurban olum, vur”, “Başına dönüm, o tərəfə qaç”, “Qadan alım, bu tərəfi möhkəm saxla”… Təxminən belə bir mənzərə.
Bu gecəki döyüşə baxmaq fikrim yoxdu. Dünyada sayı milyonlarla ölçülən futbol azarkeşlərindən biri olsam da axşam “El-Klassiko”ya gözümün ucu ilə baxan deyiləm. İki Koreya birləşib bir olsa da “Barselona”-“Real” savaşına baxmaq könlümdən keçmir.
Mənə görə bu qarşılaşmanın, lap elə İspaniyada futbolun daha əvvəlki dadı-duzu qalmayıb. Bəzi azarkeşlər də yəqin mənimlə həmfikir olarlar. Ən azından ürəklərində…
Stadionlarda hansı oyunların çıxarıldığını onlar yaxşı bilir. Düzdü, el dilində desək, stadion elə oyun çıxarmaq üçündü, amma daha belə də yox da, əfəndim.
Tutaq ki, evdən çıxıb sevinə-sevinə stadiona tərəf gedirsən, əlində də bizim türklər demiş, pankart. Məsələn, “Filan kluba eşq olsun”. Arenanın qapısı ağzında sıravi polis nəfəri səni saxlayıb sorğu-suala tutur. Deyir ki, sən bununla nə demək istəyirsən? Çox sorğu-sualdan sonra səni içəri buraxır, lakin yenə şərt kəsir- “İçəridə “istefa-filan” söhbəti olmasın a…”
Stadiona daxil olan kimi qanın lap qaralır. Elə bil oturacaqların üstündən “KAMAZ” keçib, toz-torpaq əlindən bilmirsən ki, harada oturasan. Oyun başlayan, futbolçuların ayağı top tutan kimi təzə bir oyun başlayır. Polis serjantlarından biri gəlib kəsdirir azarkeşlərin başının üstünü: “Haray-qışqırıq salmayın, komandirimizin başı səs götürmür”.
Bir yandan da hakimlər səni azarkeş olduğuna peşman edirlər. Gah 11 metrlik cərimə zərbəsi verib, sonra fikrilərindən daşınırlar, gah yanlış vərəqə göstərirlər, bəzən də qırmızı vərəqə göstərməyi yaddan çıxarırlar. Nə isə əməlli-başlı həngamə. Futbolun bütün ləzzəti burnundan tökülür. Yalvarırsan ki, oyun başa çatsın. Səsin tez eşidilir.
Hakimlər fit və bayraqları götürüb gedirlər evlərinə. Amma hələ oyun bitmir. Meydançanın kənarında klublardan birinin rəsmisi rəqibin oyunçularını salır sillə-təpiyin altına. Nə yemisən turşulu-aş yəni…
Evə sağ-sağlam dönməyinə sevinirsən. Arada isə əsəblərin məhv olur, tək futbol yox, bütün dünya gözündə bir qəpiklik oyuncağa çevrilir. Belə ovqatla nə “El-Klassiko”?
Bu yazını oxuyanlar yəqin inanmayacaqlar, deyəcəklər ki, İspaniyada da çempionat Azərbaycandakı kimi keçir bəyəm? Adam da bilmir necə cavab versin…
“Ədalət” qəzeti
![Əlimizdən, hətta ayağımızdan gələni beş qaba çəkdik. Amma yenə alınmadı. Rusiyanı, Portuqaliyanı, İrlandiyanın Şimal hissəsini, İsraili gəzib-dolandıq, hələ yolüstü Lüksemburqa da baş çəkdik. Lakin cəmi-cümlətani 9 xal topladıq. 9 xala görə isə Braziliyaya getməyə heç kimə vəsiqə vermirlər. Foqts olmur istəyir lap Platini özü olsun. 9 xal yığan milli komandaların futbolçuları Braziliyada keçiriləcək dünya çempionatına yalnız televizordan baxa bilərlər. Ah, gözəlim Braziliya. Edson Arantes du Nasimentonun- və ya sadəcə Pelenin vətəni. Qarrinçanı, Karlos Alberto Torresi, Sokratesi, Artur Zikonu yetişdirən ölkə. Braziliyanın istənilən şəhərində hansısa bir küçəyə futbol topu atsan, ən azından 30-40 uşağın həmin torun arxasınca qaçdığının şahidi olacaqsan. Ah, gözəlim Braziliya... Karnavallar ölkəsi. Rəqs edən qızlara görə bu məmləkətin büdcəsinə milyonlar axır. Onlara baxmamaq sadəcə, mümkün deyil. Braziliyalı futbolçular və rəqqasə qızlardan söhbət düşmüşkən, uzun fasilədən sonra mudiala vəsiqə qazanan Rusiya millisinin üzvləri Bakıdan Moskvaya dönəndə şoka düşdülər. Moskvadakı hava limanında braziliyalı rəqqasələr kimi ekzotik geyinən qızları görüncə milli üzvləri çaş-baş qaldılar. ORT kanalı da bu qəribə mənzərəni bütün dünyaya göstərdi. Bir anlığa təsəvvür elədim ki... Üsamə bin Ladenin qarışdırıb getdiyi bu dünyada möcüzə baş verir. Berti Foqtsun rəhbərliyi altında millimiz Braziliyada keçiriləcək mundiala vəsiqə qazanır. Futbolçularımız gedib düşürlər karnavallar ölkəsinə. Elnur Allahverdiyev, Mahir Şükürov nə oyunlar çıxarırlar. Stadionda yox e, rəqs meydançasında... Yaxşı ki, möcüzə-filan baş vermədi və bu bəladan qurtulduq. Amma indi də Braziliyaya gedə bilməməyimizin bəlasını çəkirik. Millimiz son iki oyunda toparlanıb 4 xal yığdı və necə deyərlər, çulunu sudan çıxartdı. Braziliyada deyə bilmərəm, amma biz tərəflərdə hər kəs müxtəlif cür düşünə bilər. Bəzi azarkeşlər, futbolla yaxından-uzaqdan bağlılığı olanlar deyir ki, son seçmə mərhələdə 9 xal toplamağımız əla göstəricidi, Braziliyaya getmişkən varıq. Bəziləri isə sevincdən göyə papaq tullamağa, alman Foqtsa heykəl qoymağa heç bir əsas görmür. Şəxsən mən ikincilərin komandasındayam. Düzdü, millimiz bu seçmə mərhələdə 9 xal yığdı, Şimali İrlandiyanı evə əliboş yola saldı, son günlər azərbaycanlıları adamyeyən gözündə görən rusların qanını az da olsa qaraltdı. FİFA reytinqində bir xeyli irəlilədi. Amma əvəzində Lüksemburqu nə Bakıda, nə səfərdə məğlub edə bildi. Futbol meydançasının hansı tərəfindən baxsan, millimizin seçmə mərhələdəki gördüyü iş bayram keçirməyə əsas vermir. Sevinmək istəyəndə bu son illər alman baş məşqçiyə verdiyimiz bir ton pul gəlib durur adamın gözünün qabağında. Foqtsa xərclədiyimiz paraları almanın topladığı 9 xalla tərəzinin eyni gözünə qoymağa adamın insafı yol vermir. Tərəzinin ayrı-ayrı gözə qoyanda da pul tərəfi ağır gəlir. Yaman ağır gəlir. Aradabir Azərbaycana gələn, bu əziyyətinə görə də bir ton maaş alan Berti Foqtsun çalışdırdığı milli Braziliyaya vəsiqə qazana bilmədi. Az qala atdıqları hər aut üçün babat mükafat alan futbolçularımız mundialı televizordan izləyəcəklər. Özü də Braziliya qəhvəsi içə-içə. Onun-bunun hesabına dolanan Ermənistanın yığma komandası isə artıq başa çatan seçmə mərhələdə 13 xal topladı. Bunu elə-belə yazdım, sözgəlişi... “Ədalət” qəzeti](https://bosman.az/wp-content/uploads/2013/10/ETIBAR_CEBRAYIOGLU_ad-gunu.jpg)
Etibar Cebrayiloqlunu belke az azarkeş anlasin.Oxucunu dartib axirda sualla fikrini azad buraxir.Etibar bey goresen İspaniyadada futbolun ilk illerini Pfl yaxud AFFA kecirib?.Eger keciribse…Sadece biz inamimizi itirmirik.Haqqin yerini tapmasina Allah komey eder, İnşallah!
*****
İnşallah!
2 Noyabr Xəzər yenə Neftçi ilə oynayacaq ,Görəsən bu dəfə necə olacaq ? Bu dəfə hansı klonu təyin edəcəklər .Elçin Məmmədovdan başqa qətiyyəti olan hakim yoxdur .onu da sıradan çıxardılar .Xəzər belə oynasa qalib gəlməyinə heç bir şübhə qalmaz .indi necə olacaq .Xəzərli azrkeşlər stadiona buraxılmayacaq .?
*****
Bəli, yeni qaydaya görə, qonaq azarkeşlər stadiona buraxılmayacaq! Amma bu qərarın özündə bir boşluq var o da komandanın hər hansı atributu üstündə yoxdusa, nə biləcəklər? Ürəy oxuyan texnika isə hələ yoxdur!
inşallah “Qarabağ”ın revanşını verək ,sonra “Neftçi”ni cəzalandıraq .İndi sevinmək növbəsi bizimdir ,
Deyirəm qələbə belə olar ,heç kim nəsə tapıb deyə bilmir .nəəsə kimsə meymunluq etmədi ,hakimin qərəzi belə qarşısını ala bilmədi ,Bax əsl futbolla qalib gəlmək budur ,Həm sevinclidir ,həm də zövqlü .videolara baxmaqdan da bezmirik,
*****
Amma bunların ipini də boş buraxmaq olmaz!
O da düzdür.
Mirhfiz bəy .top vurulərkən toru keçirsə ,qol hesaba alınmır?
*****
Alınır! Amma alınmaya da bilər. Hakimdən asılıdır. Deyə bilər ki, top qapıya girməyib, yandan toru silkələyib. Və ya əksinə, yandan, həmin yerdən vurulan top qapının içərisinə girsə, idi onu çaşıb “Qol” hesaba ala bilərdilər. Bu rəqibin xeyrinə də ola bilərdi! Bizim hakimlərə isə etibar yoxdur!
Superkubok oyunlarinda alinan vereqeler futbolcularin cempianat oyunlarina tesir edirmi?-Yoxsa verilen cezalar superkubok oyunlarinda gelen movsum ucun quvvede qalir?-Bunu bilmek isteyirdim,tewekkur edirem!
*****
Xeyir! Nəinki Superkubok oyunlarındakı, hətta ölkə kubokundakı çəzalar, çempionat oyunlarına təsir etmir. Bütün cəzalar aidiyyəti üzrə keçirilən yarışlarda qüvvədə olur. Növbəti mövsümə şamil edilə bilir.
Mirhafiz bəy, komandamız qalib gəldi, Superkuboku Lənkərana gətirdi, çoxdan bəri gözlədiyimiz sevinci bizə bəxş etdi. Bu gün komandamız və azarkeşlərimiz yüksək əhval-ruhiyyədədir. Rəqibimizsə əksinə, üç məşqçisin (bizim qələbəyə görə) istefaya göndərib. Azarkeşlərinin saytlarda səsləri əvvəki dək gur çıxmır, deyəsən Nazim Süleymanovun cənublu olmasından çəkinirlər. Superkubokda qələbəni on nəfərlə qazanmağımız onlara yamanca yer eyləyib.
*****
Nazim Süleymanov ağır təbiətli insan olduğundan, özünəhörməti qoruyub saxlaya bilən şəxsdir. Yoxsa bəziləri kimi şit-şit açıqlamalar verməyi xoşlamır. Məhz onun “Neftçi”nin baş məşqçisi olması, həm də iki klub və azarkeşləri arasında münasibətlərin normallaşmasına məncə yaxşı təsir edəcək!