Nələr baş verdiyini hamı görür. Bu boyda dünya da bu dəfəki mundialda baş verənlərə tamaşa edir. Lap özlərini ələ salıblar, biri ora qaçır, biri bura, yıxılan, duran kim.
Biri sevincindən tullanıb-düşür, biri əsəbindən saçlarını yolur. Bir başqası da sir-sifətini rəngləyir ki, nə var-nə var guya bu da fanatdı.
Futbolçular da elə bilirlər ki, camaat onlara görə özlərini öldürür. Gecə restoranda bolluca qəlyan çəkəndən, şıllaq atıb rəqs edəndən sonra səhərisi saçlarına sığal çəkib stadiona çıxırlar və başlayırlar özlərini camaata göstərməyə. Bu azmış kimi ayaqları da elə başları kimi işləyən bu ulduzlar aradabir azarkeşlərə barmaqlarını da göstərməyə cəsarət edirlər. Bir-ikisi hətta tribunada oturub tumla əlbəyaxa olan fanatı yağlı söyüşə qonaq etməkdən də çəkinmir.
İndi kimsə soruşa bilər ki, bu lap ağ oldu, belə şeylər ola bilməz, bəs polislər hara baxır? Guya onlardakı polislərin hara baxdıqlarını bilmirsiniz? Bəs mobil telefonlardakı gic-gic süjetlərə kim tamaşa edir, hərdən bir də azarkeşlərin üstünə kim qışqırır? “A bala, səs-küy salamayın başımız ağradı” deyə, azarkeşə əsəbiləşən polisi televizordan heç görmədinizmi? Belə mənzərə stadionlarda adidən də adi hala çevrilib. Stadionlar da nə stadion, bilmirsən təbii otdu, yoxsa süni, hər ay təmir edirlər, yenə pis günə düşür. Arada da filan qədər pul belə batır. Puldan danışmasaq lap yaxşıdı, onsuz da nə gedir bağdan gedir, bağbanın nə vecinə… Pulun xərclənməsinə nəzarət edənlərin işləri başdan aşır. Üstəlik, hakimlərə tapşırıqları-filanları var, hansısa komandanı yuxarı qaldırmaq, digərinin ayağından dartmaq lazımdı ya yox? Bunu hakimlərdən başqa kim yaxşı bacarar ki…
Hakimlər də bəzi oyunlarda elə penalti təyin edirlər, adam bilmir ağlasın, yoxsa gülsün. Hər halda gülsə yaxşıdı, güləndə adam bir az stress ata bilir.
Ona görə də gülə-gülə stress atır və fikirləşirəm ki, görəsən burası Brazilyamı? Nədənsə mənə başqa, tanış bir ölkəni xatırladır…
Mənbə: “Het-trik news”
![Əlimizdən, hətta ayağımızdan gələni beş qaba çəkdik. Amma yenə alınmadı. Rusiyanı, Portuqaliyanı, İrlandiyanın Şimal hissəsini, İsraili gəzib-dolandıq, hələ yolüstü Lüksemburqa da baş çəkdik. Lakin cəmi-cümlətani 9 xal topladıq. 9 xala görə isə Braziliyaya getməyə heç kimə vəsiqə vermirlər. Foqts olmur istəyir lap Platini özü olsun. 9 xal yığan milli komandaların futbolçuları Braziliyada keçiriləcək dünya çempionatına yalnız televizordan baxa bilərlər. Ah, gözəlim Braziliya. Edson Arantes du Nasimentonun- və ya sadəcə Pelenin vətəni. Qarrinçanı, Karlos Alberto Torresi, Sokratesi, Artur Zikonu yetişdirən ölkə. Braziliyanın istənilən şəhərində hansısa bir küçəyə futbol topu atsan, ən azından 30-40 uşağın həmin torun arxasınca qaçdığının şahidi olacaqsan. Ah, gözəlim Braziliya... Karnavallar ölkəsi. Rəqs edən qızlara görə bu məmləkətin büdcəsinə milyonlar axır. Onlara baxmamaq sadəcə, mümkün deyil. Braziliyalı futbolçular və rəqqasə qızlardan söhbət düşmüşkən, uzun fasilədən sonra mudiala vəsiqə qazanan Rusiya millisinin üzvləri Bakıdan Moskvaya dönəndə şoka düşdülər. Moskvadakı hava limanında braziliyalı rəqqasələr kimi ekzotik geyinən qızları görüncə milli üzvləri çaş-baş qaldılar. ORT kanalı da bu qəribə mənzərəni bütün dünyaya göstərdi. Bir anlığa təsəvvür elədim ki... Üsamə bin Ladenin qarışdırıb getdiyi bu dünyada möcüzə baş verir. Berti Foqtsun rəhbərliyi altında millimiz Braziliyada keçiriləcək mundiala vəsiqə qazanır. Futbolçularımız gedib düşürlər karnavallar ölkəsinə. Elnur Allahverdiyev, Mahir Şükürov nə oyunlar çıxarırlar. Stadionda yox e, rəqs meydançasında... Yaxşı ki, möcüzə-filan baş vermədi və bu bəladan qurtulduq. Amma indi də Braziliyaya gedə bilməməyimizin bəlasını çəkirik. Millimiz son iki oyunda toparlanıb 4 xal yığdı və necə deyərlər, çulunu sudan çıxartdı. Braziliyada deyə bilmərəm, amma biz tərəflərdə hər kəs müxtəlif cür düşünə bilər. Bəzi azarkeşlər, futbolla yaxından-uzaqdan bağlılığı olanlar deyir ki, son seçmə mərhələdə 9 xal toplamağımız əla göstəricidi, Braziliyaya getmişkən varıq. Bəziləri isə sevincdən göyə papaq tullamağa, alman Foqtsa heykəl qoymağa heç bir əsas görmür. Şəxsən mən ikincilərin komandasındayam. Düzdü, millimiz bu seçmə mərhələdə 9 xal yığdı, Şimali İrlandiyanı evə əliboş yola saldı, son günlər azərbaycanlıları adamyeyən gözündə görən rusların qanını az da olsa qaraltdı. FİFA reytinqində bir xeyli irəlilədi. Amma əvəzində Lüksemburqu nə Bakıda, nə səfərdə məğlub edə bildi. Futbol meydançasının hansı tərəfindən baxsan, millimizin seçmə mərhələdəki gördüyü iş bayram keçirməyə əsas vermir. Sevinmək istəyəndə bu son illər alman baş məşqçiyə verdiyimiz bir ton pul gəlib durur adamın gözünün qabağında. Foqtsa xərclədiyimiz paraları almanın topladığı 9 xalla tərəzinin eyni gözünə qoymağa adamın insafı yol vermir. Tərəzinin ayrı-ayrı gözə qoyanda da pul tərəfi ağır gəlir. Yaman ağır gəlir. Aradabir Azərbaycana gələn, bu əziyyətinə görə də bir ton maaş alan Berti Foqtsun çalışdırdığı milli Braziliyaya vəsiqə qazana bilmədi. Az qala atdıqları hər aut üçün babat mükafat alan futbolçularımız mundialı televizordan izləyəcəklər. Özü də Braziliya qəhvəsi içə-içə. Onun-bunun hesabına dolanan Ermənistanın yığma komandası isə artıq başa çatan seçmə mərhələdə 13 xal topladı. Bunu elə-belə yazdım, sözgəlişi... “Ədalət” qəzeti](https://bosman.az/wp-content/uploads/2013/10/ETIBAR_CEBRAYIOGLU_ad-gunu.jpg)
Bu gun “Qəbələ” kamandasi subut etdi ki burasi nərəsidir.Stadion onlara yetmirdi.Hər topa vurduqlari zərbələri yan xətdən auta gedirdi.Əşşi!-Bunlara geniş “polya” lazimdir.Yoxsa meydan onlara azliq edir axi.!İki dəfə kanali çevirib və bu futbola nifrət etdim.Brazilyada keçirilən mundialda olan oyunlara baxandan sonra “Qəbələ”-nin oynu arxiv materiallarini xatirladirdi.PFL və AFFA-da öz əkdiklərini biçirlər.Ona görə də gülə-gülə stress atırdilar və fikirləşirdilər ki, görəsən burası Brazilyamı?