Dumanlı "Böyük Oyun"

Fevral ayının 9-da Böyük Oyun adı verilmiş və bu dəfə Lənkəranda keçiriləcək bir matçla Azərbaycan futbolu həyəcan içərisində çalxalanırdı. Bu iki komanda arasında keçirilən oyunlar hələ ki, Azərbaycan futbolunun şah əsəridir. Qoy digər komandalarımız bu ifadədən inciməsin. Çünki istəsək də istəməsək də bu belədir. Bu oyun ərəfəsində o qədər hadisələr cərəyan edir ki, adam informasiya dalğalarında az qala qərq olur.
Burada süni yaradılmış mətbuat ajiotajıyla, azarkeşlən arasında hirs, əvəzçıxma və sairə kimi intiqam alma duyğuları formalaşır. Buna qüvvət verən klub rəsmilərinin də atmacalı açıqlamaları, futbol qurumlarının da “əməyi” keçən müdaxilələri və sair və ilaxır hadisələr baş verir.  Əsasən yaradılmış bu süni vəziyyət elə formalaşır ki, bu “ajiotajı” yaradan qüvvələr, nəzarəti əldə saxlaya bilmir və yaranmış rezonansda özləri belə müvazinəti itirir ki, bunun da axırı sadə azarkeşin başında çatlayır. Bununla da iş ya polisdə ya da məhkəmədə qurtarır ki, buna da ajiotajı yaradanlar heç yaxın da durmur. Ona görə digər klublarımız inciməsin deyirik ki, belə ajiotaj və onun qurbanı olan azarkeşlər, onlarda müşahidə olunmayıb və heç Allah eləməsin də müşahidə olunsun. Qaldı ki, əsasən bu ajiotajı yaradanlar sudan quru çıxmağa həmişə “müvəffəq” olurlar.
Lənkəranda keçirilən son Böyük Oyundan sonra şükür ki, belə qorxunc hallar süni yaradılsa da bunun “qurbanları” olmadı. Ona görə də “Bosman” fanklubu olaraq, hər belə oyundan qabaq azarkeşləri sakitliyə, əmin-amanlığa, fitnələrə uymamağa çağırırıq. Bunun üçün saytımızda gedən yazılarla, gah da zaman-zaman asayişi pozmamaq üçün azarkeşlərə stadionda payladığımız vərəqələrlə, təsir etməyə çalışmış və hətta, rəqib azarkeşlərlə görüşüb, qarşılıqlı hörmət, söyüşdən və hər hansı narahatçılıq verə bilən hərəkətlərdən çəkinmək barədə razılıq əldə etmişik. Çünki sonda “çanaq azarkeşin başında çatlayır”, deyə. Söhbətimiz futbol olsa da, görün nələrə vaxt sərf etməli oluruq.
Son Böyük Oyuna gəlincə, burada səfərdə oynamasına baxmayaraq, “Neftçi” demək olar ki, sabit heyətə malik olan tərəf kimi meydana çıxmışdı və bu “Neftçi”nin üstün cəhəti idi. Həm heyət baxımından, həm də məşqçi baxımından bu belə idi. Düzdü, Böyükağa Hacıyev, məlum istefasından sonra yenidən komandaya baş məşqçi kimi gəlmişdisə də, o elə müşavir kimi komanda ilə çoxdan bir yerdə idi. Hətta deyilənlərə inansaq, özündən sonrakı iki məşqçi, yəni Tərlan Əhmədov və Nazim Süleymanovun dövründə də komandada olmuş və işlərinə daim müdaxilə etməsi ilə yadda qalmışdı. Hər halda faktiki olaraq , həmin dövrlərdə klub prezidentinin müşaviri kimi daim klub və komanda ilə birgə olmuşdu. Bir daha deyilənlərə inansaq, məşqçi kimi təsirə də malik idi. Qısası Böyükağa müəllim komandası üçün yad isim deyildi.
“Xəzər Lənkəran”a gəlincə isə burada tamam fərqli vəziyyət hökm sürürdü. Baş məşqçi Mustafa Denizli komandada bir neçə rəsmi və yoxlama görüşünü keçirsə də futbol dili ilə desək, hələ yeni idi. Üstəlik təlim-məşq toplanışından yenicə qayıtmış “Xəzər Lənkəran” uzun dövrü boşa vermiş, yalnız son anda heyətə yeni futbolçular qatmışdı. Bunlardan Elias, lap komanda vətənə döndükdən sonra komandaya qoşulmuşdu. Yeni transferlərdən Thieqo və Blajevski bir oyunda iştirak etmişdilərsə də, digərləri bu oynda debüt edəcəkdilər. Deməli “Xəzər Lənkəran” həm məşqçi, həm də futbolçular baxımından tam qeyri-sabit heyətə malik idi. Oyun baxımından məşqçi üçün çətin olan bu idi ki, hansı futbolçu, hansı taktikada və kiminlə yanaşı daha effektli nəticə verə bilər. Bunları bilmək üçün əlbətdə məşqçiyə bir neçə oyun lazım olduğunu deyə bilərik. Bunun günahı isə müəyyən qədər klubun transfer siyasətindədir. Niyə tam yox, müəyyən qədər deyirik? Çünki yaxın dövrlərin bərbad transfer siyasəti nəticəsində, komanda gücləndirilmək baxımından, heç nəyə nail ola bilmirdisə, bu dəfə gec də olsa, heyəti gücləndirə bildi.
Amma sabit heyətə qarşı, belə qeyri-sabit heyətlə özü də əzəli rəqibə qarşı oyuna çıxmaq, bir başa klubun transfer siyasətinin yetərsizliyi ucbatından idi ki, şükürlər olsun ki, komanda, Mustafa Denizlinin və heyət üzvlərinin oyunun gedişində məğlub duruma düşməsinə baxmayaraq, sona qədər döyüşməklə bizi bu biabırçılıqdan qurtara bildilər.
Oyun günü hava şərtləri də qeyri-sabitliyini diqtə edərkən, gərginliyə daha birini əlavə etmiş oldu. Qardan yeni təmizlənmiş ot örtüyü, bu dəfə yerini dumana verdi ki, burada get-gedə sıxlaşan duman, oyuna maraqla baxmaq istəyənlərin görüntüsünü əngəllədi. Şıltaq təbiət bəlkə də hirsli rəqiblərin bəzi hərəkətlərini gizləmiş oldu. Onsuz da əsl futbol görmək istəyənlər, belə hərəkətləri görmək istəmirdilər ki, təbiət belə demək mümkünsə, onların köməyinə çatdı. Amma bununla bərabər bəzi oyun planında olan ustalıqlar da duman arxasında gizləndi və kameraların yaddaşında da dumanlı qaldı. “Xəzər Lənkəran” onuncu dəqiqədə hesabı açsa da, dumanın hakimləri çaşdırdığı qənaətindəyik. Çünki Stamenkoviçə edilmiş “müdaxilə” heç də qapıçı meydançasında deyil, onun sərhədlərindən kənarda olmuşdu. Niyə “müdaxilə” sözünü dırnaq içərisində yazmağımızın da səbəbi yəqin ki aydındır, yəni buna müdaxilə demək mümkündürsə.
Sırf oyun epizodu olub, tam qaydalar çərçivəsində vurulmuş bir qolu, duman bəhanəsi və hakim qərarı ilə dəfn etməli olduq. Kim bilir erkən vurulmuş bir qolla hadisələrin inkişafı hansı səmtə yönələcəkdi. Hər halda bu qol komandamıza yeni ruh və rəqibə çaşqınlıq və tələskənlik gətirəcəkdi. Bunun nəticəsinin isə nə demək olduğunu hamı yaxşı bilir. Təqdim etdiyimiz videonun, düz 10-cu dəqiqəsində bu aydın görünür.

Böyükağa Hacıyevin, stabil heyətə malik olduğundan, işi nisbətən rahat idi və buna görə də oyundan qabaq iddialı danışırdı. O komandasına “Xəzər Lənkəran”ın yeni heyətə malik olduğunu və anlaşma baxımından əziyyət çəkəcəyini yəqin ki, anlatmış və oyun intizamını, təmkinliliyi qorumaq tapşırığı vermiş və yalnız əkshücumlarda, həmçinin rəqib düşərgədə anlaşmazlıq yarandığı zaman qol arayışında olmağı tapşırmışdı. Çünki, “Neftçi” oyun boyu kombinasiyalar qurmaqla, rəqib qapısına doğru hərəkətdə olan bir komandadır. Zatən vurduğu iki qol da hər hansı gicəlləndirici kombinasiyadan deyil, ani yaranmış vəziyyətlərdə vuruldu. İknci qoldan sonra “Xəzər Lənkəran”da ruh düşkünlüyü hiss olunmağa başladı. Əgər “Neftçi” yaranmış bu vəziyyətdən istifadə etsəydi, yəqin ki böyük hesablı qələbə ilə evinə dönəcəkdi. “Neftçi” isə dediyimiz kimi “sakitliyi” qorumağa çalışdı. Bu da dediyimizə sübutdur.
Əksinə, rəqibin sakitliyi qoruma cəhdləri, “Xəzər Lənkəran”da məşqçinin də müdaxiləsi nəticəsində fəallığa səbəb oldu. Bu oyunun sonlarında baş verdi ki, qapısını qoruyan “Neftçi”nin üzərinə “Xəzər Lənkəran” ardıcıl hücumlarla yüklənmiş oldu. Belə yüklənmələrdən sonra dünya futbol praktikası göstərir ki, rəqib daha çaşqın vəziyyətə düşür. Məqsədi oyunun bitməsini gözləmək olan rəqib lap sonuncu saniyədə qol buraxaraq, sərf edən nəticəni əldən vermiş olur. “Xəzər Lənkəran”da vurduğu qoldan sonra böyük inam yarandı və rəqib üzərinə daha ağırdan yükləndi ki, rəqib də dediyimiz səbəblərdən buna dözməyərək, qələbəni əldən verdi.
Komandamızın heyət üzvlərinin bir neçəsi nə komanda oyununa və nə də ikili oyunda bir-birləri ilə ünsiyyətə alışmamış olduqlarından, bu çox əla oyun və əla əzmkarlıq fonunda, əldə edilmiş bir nəticədir. Getdikcə bu problemlər aradan qalxınca, daha keyfiyyətli komanda oyunu və gözəl nəticələr ümidi ilə…

8 thoughts on “Dumanlı "Böyük Oyun"”

  1. Hetta deyesen bizim oyuncu ona hec toxunmur. Men bele gordum. Bizim oyuncu havada bosluga dusur.
    *****
    Tamamilə düz qiymət vermisiniz, İdrak bəy.

  2. Salam, Mirhafiz müəllim! Doktor, Siz oyuna “Fırtınalar meydanı”nda baxırdınız? Ona görə soruşuram ki, bütün gedişatı çox gözəl analiz etmisiz. Oturduğum çaya tərəf olan qapının arxasından o biri qapı ətrafında gedən prosesləri demək olar ki, görmək mümkün deyildi. İkinci hissədə isə hadisələr mənə yaxın olduğundan gözümdən heç nə yayınmadı. Sizin fikirlərinizlə tam razıyam. Komandamıza ümidim böyükdür.Çünki, 75-dəqiqədən sonra gördüyüm sürət, dəqiq ötürmələr komandanın 120-dəqiqə oynamağa qadir olduğunu deməyə əsas verir.
    *****
    Xeyr, Qabil bəy. Mən üç gün qabaq Lənkərandan gəlmişdim. Soyuqlama və səhhətimdə yaranan nasazlıq səbəbindən, təkrar oyuna gələ bilmədim. Hətta birinci gün Elnur Əşrəfoğlu məni “Top-Top” verilişinə dəvət etmişdi və ora da gedə bilmədim. Oyunu isə “Xəzər Lənkəran-Tv”-dən izləmişdim. Bir də ki, Lənkəranda olan fanklub üzvləri ilə tez-tez, telefon əlaqəsi saxlayırdım.

  3. Tənqidci tənqid edir!
    Əziz oxucu!.Haminiz bilirsiniz ki,bizim futbol aləmində tək bir “Xəzər lənkəran”-imiz var.Bu kamanda haqqinda , ona olan sevgi haqqinda yeni nəsə icad etməyə gucum catmir.Məndə nəsə yazmaliyam, cunki bir fikir ki, qəlbə duşdu ,ya sirdaş ilmalisan, ya qardaş!. Yada…oda ki, bizlik deyil.
    Sevindirici haldir ki, idman mediasinda ,ozudə aparici saytlarin əksəriyyətində realliqlar işiqlanir.Bu saytlar öz şərəfini hər şeydən ustun tuturlar.Lakin, yazi muəllifinin dediyi kimi ,kamandamizin bu əzəli rəqibimizlə oynu ərəfəsində əsl informasiya coxluğu ilə uzləşirik.Kim ağzina nə gəldi yazir,təki “Xəzər Lənkəran”-nin adi olsun deyə.Bunlari hardasa başa duşməyə calişiram amma son ucda hecnə anlamiram.Soruşursunuz niyə?.-Onda qoy deyim,bəlkə siz onlari anladiniz və mənədə dediniz.
    Məsələ burasindadir ki ,bu ajiotaji yaradanlar təkcə özlərini duşunmur.Onlar həmdə “zakaz” qəbul edir.Birdə axi onlar “duşuk”-dulər axi!
    Oyuna saatlar qalmiş “Neftci”nin mətbuat katibi öz qeyri-peşəkarliğini numayiş etdirdi.Onun hərəkəti jurnalist deyilən “dörduncu hakimiyyət”-dən cox uzaqdir.Umumi kutləyə hesablanan — əqidədən və jurnalist qələmindən uzaq bir ifadə ilə özunu həmişəlik dəfn etdi.Sonrada öz səhfini anlamadi , anlamağa məcbur oldu və dediyini təkzib etdi.
    Tahir Suleymanov!-Bu şəxs haqqinda hec yazmasamda olar.Yəni,ingilis bayrağidir.
    Dumanli “Böyuk oyun”
    Hörmətli sayt rəhbəri!
    Cox vaxt kamandamizin oyunlari ərəfəsində saytda yeni mövzular olmur.Belə bir mövzu yazdiğinizı və videogöruntu saytda yerləşdirməyinizi bilsəydim, sayta videogöruntu hədiyyə edərdik. Tənqidi hec kim xoşlamir amma sizdə yazinizda haqli tənqidlər etmisiniz.Birdə Tənqidcinin şərhlərini sayta verməklə bir gun sayti tənqid etməyəcəyinə təminat verirsinizmi?. Dərin hörmətlə: yaziniza görə xususi təşəkkurlər!
    *****
    Tənqidçi qardaş nə qədər istəyirsiniz tənqid edin! Saytımız haqlı tənqidləri eşitməyə hazırdır. Təki bu tənqidlər real, məntiqli və təmiz ürəklə edilsin. Mız qoymaq, amma başqa şeydir. Ümid edirik ki, siz mız qoyan yox, haqlı tənqidçilik edəcəksiniz.

    • Muəllim!-Bizim orta məktəbdə bir muəllimimiz vardi, indidə sağdir.Həmişə sinifə girəndə deyirdi: Mən öyrətməyə, siz öyrənməyə gəlmisiniz.Əgər siz öyrənmək istəmirsinizsə mən sizə qulaq asib öyrənməyə haziram.Onuda bilin ki, öyrənmək ucun sizi rahat buraxmaram.Yaxşi şagird muəllimini öyrətdirməyə məcbur edəndir.
      Butun muəllimlərimin qabaginda baş əyirəm!
      *****
      Biz də müəllimlərimizə həmişə sayğı göstəririk və qarşılarında baş əyirik. Dünyasını dəyişənlərə də Allah rəhmət eləsin deyirik!

  4. ALLAH SİZƏ ŞƏFA VERSİN! Doktor, çox maraqlıdır ki, bir epizodu ümumiyyətlə heç qabartmırlar. Nildo təkbətət çıxdığı epizodu boşa verəndən az sonra Sakkoninin qapı qarşısına ötürdüyü top Denis Silvanın əlinə dəydi. Eyni faxtda Ağabala, Nildo, Rahid hakimin yanına qaçdılar, duman olduğundan Rəhim Həsənov ya epizodu görməmişdi ya da özünü görməməzliyə vurdu. Həmin epizoddan bir dəqiqə sonra Nildo topu qapıdan keçirtdi.
    *****
    Hələ bunlar Rəhim Həsənovdan narazılıq edib, söyürlər də ki, bizim qələbəmizi əlimizdən aldı. Ümumiyyıtlə “Xəzər Lənkəran” tərəfi hakimdən narazılıq etməyə haqqı var. Çünki bir neçə oyun nəticəsinə təsir edən “səhv”ləri var. Amma rəqib tərəfin baş hakimdən narazılıq etməsi, məncə vicdansızlıqdır.

  5. Salam,Doktor.Mən adətən uzun yazılmış yazıları hövsələsizlikdən axıracan oxuya bilmirəm.Ancaq görünür sizin Ədəbiyat müəlliminiz çox güclü olub.Sizə tərif yağdırmaqdan çox uzağam,amma həqiqəti deməmək günah olar.Mən sizinlə tam həmfikirəm.Təkrarçılığa yol verməmək üçün əlavə şərhə ehtiyac duymuram.Allah sizə can sağlığı versin.
    *****
    Rakif bəy, müəllimlər barəsində dediyiniz fikirlərə mən də qoşuluram. Adətən məktəb yaşlarında olanda, biz onların qədrini bilmirik. Sonra həyat irəlilədikcə, onlar yada düşür və dəyər verməyə başlayırıq. Allah yaxşı müəllimlərin ömrün uzun eləsin, ölənlərə də rəhmət eləsin. Sizin əsl ağsaqqal kimi səsləndirdiyiniz müəllimlər haqqında fikirləriniz, qoy, gənclərimiz üçün bu çətin dövrdə bir nümunə və stimul olsun. Elə siz də bu fikirləri səsləndirməklə, gənclərimizə bir müəllim hesab oluna bilərsiniz. Təşəkkür edirəm!

Comments are closed.