Denizli "Palmalayf"da qalmaq istəmədi

“Xəzər Lənkəran TV” işə başlayır
AZAL-la oyundan sonra keçirilən bərpa məşqini kənardan izləyən “Xəzər Lənkəran”ın yeni baş məşqçisi, Mustafa Dənizli dünəndən etibarən yeni işinin icrasına başlayıb. Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğludan aldığımız bilgiyə görə,  “Fırtınalar meydanı”nda baş tutan hazırlıq prosesində Ağabala Ramazanovdan başqa bütün futbolçular iştirak edib. Hətta ayağında yüngül zədəsi olduğu bildirilən Etame Mbilla da kollektivlə birgə məşq edib.
Bu arada Mustafa bəyin Lənkəranda harda məskunlaşdığı və hansı nəqliyyat növündən istifadə edəcəyi məlum olub. Cənub bölgəsinə gəldiyi ilk gecəni 5 ulduzlu “Palmalayf” otelində keçirən məşhur mütəxəssis sonradan klubun bazasında qalmağa üstünlük verib. Klub rəsmisinin söylədiyinə görə, Dənizli hələ ki, ailəsini yanına gətirməyib. Onun xidməti maşını isə BMV X5 olacaq. Yeri gəlmişkən, cənubluların sabiq baş məşqçisi Con Toşak da uzaq səfərlərə çıxanda məhz bu avtomobildən yararlanırdı.
Sonda Hüseyn bəy klub televiziyasının yaradıldığını da bildirdi: “Xəzər Lənkəran TV” adlanan onlayn televiziyada  klubla bağlı məlumatlar veriləcək. Həmçinin bugündən Mustafa Dənizlinin rəhbərliyi ilə baş tutacaq məşq prosesinin ilk 15 dəqiqəsi “Xəzər Lənkəran TV” vasitəsilə canlı yayınlanacaq. Səhv etmirəmsə, komandanın məşqlərindən canlı reportaj ölkədə ilk olacaq. Bundan başqa, telekanalda futbolçulardan müsahibələr, aşağı yaş qruplarının matçlarından fraqmentlər və  müxtəlif səpkili verilişlər azarkeşlərin ixtiyarına veriləcək”.
Rəşad
Mənbə: “Futbol+”  qəzeti, 03-04 dekabr 2013
 
 

11 thoughts on “Denizli "Palmalayf"da qalmaq istəmədi”

  1. Bu tv -yə kulubun rəsmi saytında veriləcək ? Onu da deyim ki bundan sonra ,məşqçiyə göstərdiyi nəticəyə göə qiymət verəcəyik .onun əvvəlki kulublarında hansısa qazandığı titullara görə yox , harda qalmasdı, nə yeməsi .nə ilə gəzməsi ilə yox .ANcaq Xəzərdə göstərdiyi nəticəsi ilə ..

  2. Mustafa Dənizli hansı qaydalar qoyursa .bu onun işində görsənməlidir .
    İnterlə oyunda itkilər çox olacaq .Rahid və Ağabala cəzalı durimda .Bəs kim əvəzləyəcək onları .Elnur Cəforovu niyə oyna buraxmırlar.Xəzəri qəlbən sevən futbolçular olmalıdır meydanda .Nildo Benuohın kimi günlərini sovuranlar yox .Xəzərin halı onlar üçün maraqlı deyil .

  3. Salam!.Bu təcrubə dunya futbolunda var.Turkiyənin secilən kamandalarin hamsinin TV-si var.Bizdə isə ilkdir.Belə televiziyanin olmasi yaxşidir.Kamandanin kecirdiyi oyunlar görsedilir və analiz olunur.Meşq prosesleri isə tam verilməsədə, muəyyən hissələri azarkeşlərlə aciq yayimlanir.Belə televiziyalarda peşəkar analitiklər işləməlidir.Bu televiziya yəqin ki, Mirhafiz Babayev kimi insanlara yer ayirmali və dəvət etməlidir.

  4. admin xezer lenkeran tv butun oyunlarimizi verecek yeni sefer oyunlarini da verecek verlisler de olacaq?
    *****
    Hələ bunun üstündə işləyirlər. Gələcəkdə bu da nəzərdə tutulub.

  5. Bu Tuyqun saytlarda danişanda əsəblərim dözmur.Getsin qurban olsun Mubariz muellimə.Ruşvətdə adi hallanan bu adami niyə qovmurlar?.Azarkeş kimi bu adami kluba siğişdirmiram.

  6. R.S.men sizinle tam raziyam. Elnur-Ceferov her oyna cixsin, O, Agabaladan hecde geri qalmir. Sadece o, ZAURUN qardasidir deye tapsiriq varki onu oynadsinlar… Tecrube baximina gelince Agabalada evveller oyunun axirina az qalmis girirdi, sonrada yavas-yavas oyresdi..

  7. Hörmətli DOKTOR! Nəhayət ki, “Xəzər Lənkəran TV” yaradıldı. Bu “Xəzər Lənkəran” sevərlərə böyük bir hədiyyədir. Arzu edərdim ki, “Xəzər Lənkəran TV” tez bir samanda mükəmməl, peşəkar bir televiziya kanalına çevrilsin.
    *****
    Qabil bəy, düz buyurursuz. Xarici, hətta MDB məkanında olan çox klublar var ki, bu vasitədən azarkeşləri üçün istifadə edirlər.

Comments are closed.