Ciddi itkilərlə matç öncəsi son məşq. "Xəzər Lənkəran" – "İnter" və turun nəticələri (Canlı Yayım)

Sabah (bu gün, 28. 02.2014) öz meydanında Bakının “İnter” komandasını qəbul edəcək “Xəzər Lənkəran” hazırlığını bu gün tamamlayıb. Komandamız Lənkərandakı bazasının ehtiyat meydançasında matçöncəsi son məşqə ciddi itkilərlə çıxıb. Belə ki, Rahid Əmirquliyev, Rasim Ramaldanovla yanaşı əsas heyətin digər daim üzvləri olan Etame Mbilla və Adrian Skarlatakedə komanda ilə birgə məşqə qatıla bilməyib. Bir saat 20 dəqiqə davam edən hazırlıq saat 11-də başlayıb və futbolçular taktiki planda müxtəlif çalışmalar yerinə yetiriblər. Xatırladaq ki, XXIV turun “Xəzər Lənkəran” – “İnter”matçı sabah, fevral ayının 28-də saat 16-da start götürəcək. Matç “Xəzər Lənkəran” TV vasitəsilə canlı yayımlanacaq.
Mənbə: Lankaranfc.com
“Xəzər Lənkəran” – “İnter” matçı CANLI-1
“Xəzər Lənkəran” – “İnter” matçı CANLI-2
“Xəzər Lənkəran” – “İnter” oyunu 1:1-lik bərabərliklə yekunlaşdı və komandamız yenə xal itirdi. Bu oyunda vurulan qolları sizə təqdim edirik. Videonu bizə komandamızın sadiq azarkeşi və saytımızın fəal izləyicisi Zəfər Lerikli göndərib:

 

Bakı 0-0 Sumqayıt
 28.02 14:00   Hakim: Orxan Məmmədov – Stadion: Bakı FK-nın təlim-məşq bazasının stadionu
Rəvan 1-0 AZAL
28.02 19:00   Hakim: Rəhim Həsənov – Stadion: Bayıl Arena
Xəzər Lənkəran 1-1 İnter
28.02 16:00   Hakim: Elvin Əsgərov – Stadion: Xəzər Lənkəran mərkəzi stadionu
Neftçi 1-4 Qarabağ
28.02 17:00   Hakim: Vüsal Əliyev – Stadion: Bakcell Arena
Simurq 0-0 Qəbələ
28.02 15:00   Hakim: Əliyar Ağayev – Stadion: Zaqatala şəhər stadionu

4 thoughts on “Ciddi itkilərlə matç öncəsi son məşq. "Xəzər Lənkəran" – "İnter" və turun nəticələri (Canlı Yayım)”

  1. Axşamınız xeyir, Mirhafiz müəllim! İki fərqli hissə izlədik. Birinci hissədə komandamız əla idi. Sürətli hücumlarımızın qarşısını almaq üçün “İnter” tam müdafiəyə çəkilib qapalı oyuna üstünlük verməklə əks hücumlara bel bağlayırdı. Səhvlərimiz yenə son nöqtəni qoya bilməmək, Orxanın çıxışlarda buraxdığı kobud səhvlər, Nildonun hücumda dişsizliyi, Tounkaranın bir hissə oynamağa gücünün çatması və kobud hakim səhvi olan, olmayan 11-metrlik cərimə zərbəsi oyunun heç-heçə bitməsinə gətirib çıxardı.
    *****
    Axşamınız xeyir Qabil bəy! Orda penalti olmadığını iddia edə bilmərik. Amma qalan bütün dediklərinizlə həmrəyəm.

  2. Muəllim salam!.bu gungu oyunla bağli yenə öz fikirlərimi birinci olaraq “Bosman”az saytinin istifadəciləri ilə böluşmək istəyirəm.
    Məsələ burasindadir ki ,kamandamizda nəyinsə catişmadiği həmişə hiss olunmaqdadir.İstər kamandamiz tam gucu ilə oynasin, istərsədə ciddi itkilərlə meydana cixsin!.Özluyumdə həmişə analizlər apariram və kecən oyunlarada diqqət yetirirəm.Bunun səbəbini bir yerdə tapiram.Bəlkədə duzgun analiz etmirəm amma öz fikirlərimidə demeyi və böluşməyi istəyirəm.
    Cox fikirləşəndən sonra belə qəraqa gəlmişəm ki, kamandamizda oynu dəyişəcək gucundə oyuncularin sayi vahid (1)bir rəqəmi ilə ifadə olunur və buda yetərsizdir.Əgər bu rəqəm 3(uc) ilə ifadə olunsa indiki məqamda yetərli sayilardi.Kamandamizda 1(bir) oyuncuya simpatiyam coxdur, o yeni gəlib və bu gunku oyunda zədələndiyinə görə oynamadi.Kamandamizin guclənməyə hələdə cox ehtiyaci olduğunun qənaətindəyəm.
    *****
    Hər vaxtınız xeyirli olsun Zəfər bəy! Ümumiyyətlə, sabit heyət prinsipinin pozulmasının bu günki oyunumuza təsir etdiyini düşünürəm.

  3. Hğrmətli DOKTOR, mən də yüzə-yüz o fikirdə deyiləm ki, orda penalti yox idi. Hakimlərimiz çox vaxt 50-60 faizli penalti vəziyyətlərində penalti qərarı verməkdə tərəddüd edirlər. Burada baş hakim penalti olan yerə yaxın ola-ola dərhal qərar vermədi, yalnız qapı yanındakı hakim əlindəki dubinkaya oxşayan alətin düyməsini basıb xəbərdar edəndən sonra baş hakim penalti qərarı verdi. Başqa vaxt qapı yanında duran köməkçi hakimlər heç bir işə yaramadıqlarını göstərməklə yadda qalırdısa, bugün əməlli başlı işə yaradı. Mən qapı dalında oturduğumdan hadisəni yaxın məsafədən izləyirdim. Penalti verilən kimi 5-6 oyunçumuz baş hakimi mühasirəyə aldı. Baş hakimsə qapı yanında duran köməkçi hakimi göstərməklə məsuliyyəti onun üstünə atdı. Beləliklə penaltinin verilməsi qərarı baş hakimin deyil, qapı yanında duran hakimin inadıyla təyin olundu.
    *****
    Hörmətli, Qabil bəy! Oyun haqqında kiçik yazıda fikirlərimizi birdirməyi düşünürük.

  4. Birinci hissədə hesab 0-1 olarkən “İnter”in qapısı ağzında antiqəhrəman S.Alxasovu da qəşəngcə yerə çırpdılar amma, hakim ösünü çox soyuqqanlı apardı. Slavik Alxasovun vurulması epizodu penaltiyə çox yaxın idi nəinki rəqibə penalti qazandırdığı episod. Müəllim, əgə vaxtınız olarsa xahiş edirəm hər iki penalti epizoduna baxıb müqayisə aparaydınız. “12-ci oyunçu”da 5-dəqiqəlik videoçarxda hər iki epizod vardır.

Comments are closed.