Böyük Oyun

Agaselim Boyuk Oyun
 
Ağasəlim Mircavadovlu “Xəzər Lənkəran” yenidən T.Bəhramov adına stadionda əzəli rəqibi “Neftçi”yə qarşı
 
Ağasəlim Mircavadovlu “Xəzər Lənkəran” sonuncu dəfə T.Bəhramov adına stadionda “Böyük Oyun” adı alan matçda əzəli rəqibi olan “Neftçi”yə 0:1 hesabı ilə qalib gəlmişdi. Bu “Böyük Oyun” 11 may 2008-ci ilə təsadüf etmişdi. Bundan sonra daha 3 “Böyük Oyun”baş tutmuş, 2008-2009-cu il mövsümünün ilk dövrəsində “Xəzər Lənkəran” rəqibini evdə qəbul etmiş və 2:0 hesabı ilə qalib gəlmiş, həmin mövsümün səfər matçında isə komandamız 2:1 hesabı ilə məğlub olmuşdu. Lakin bu oyunlara məlum səbəblərdən komandamızı digər məşqçilər çıxarmışdı. Bu mövsümdə isə 1-ci dövrə matçında rəqibimizi Lənkəranda qəbul etmişik, lakin 0:0 hesabı qeydə alınmışdı. Həmin bu 0:0 hesabını “Neftçi”nin rəhbərliyi, məşqçi və oyunçu heyəti oz azarkeşləri ilə birlikdə “Böyük Bayram” kimi qeyd etmişdilər.
İnşallah “Xəzər Lənkəran” olaraq biz “Neftçi”yə qonaq meydanında bayramın necə olduğunu göstərəcəyik.
Bu ilki çempionat daha fərqli “6-lıq” formatında keçirilir. Bu baxımdan “6-lıq”dakı yerini təmin etmiş “Xəzər Lənkəran”, “6-lığa” namizəd olan “Neftçi”ni məğlub etməklə “qızıl xal” ehtiyatını artırmış olacaq və qabaqda hələ “6-lıq”da yəqin daha iki oyunumuz gözlənilir, bu “Böyük Oyun”larda komandamıza böyük qələbələr arzulayırıq.
1-ci tam dövrənin başa çatmasına 2 tur qalmış və “qızıl xal”lar baxımından “6-lıq” mübarizəsi öncəsi oyunun vacib olduğunu göz önünə gətirsək, həmçinin hər iki komandanın heyət baxımından daha da gücləndiyini nəzərə alsaq, oyunun nə qədər maraqlı və gərgin keçəcəyini indidən söyləmək olar.
Azarkeşləriniz hər zaman sizinlədir — “Xəzər Lənkəran”! “Bosman” fanklubu da komandamızın çoxsaylı azarkeşlərinin içərisində digər fanklublarımızla birlikdə “Xəzər Lənkəran”ı qələbəyə ruhlandıracaq.
“Neftçi” ilə “Xəzər Lənkəran” arasında keçirilən bütün oyunların hesabları aşağıdakı kimidir:
2004-2005 mövsümü – “Xəzər Lənkəran” 1:1 “Neftçi”
“Neftçi” 2:1 “Xəzər Lənkəran”
(Qızıl Oyun-Gəncə ş.)              “Neftçi” 2:1 “Xəzər Lənkəran”
 
 
2005-2006 mövsümü – “Xəzər Lənkəran” 0:1 “Neftçi”
“Neftçi” 2:2 “Xəzər Lənkəran”
 
2006-2007 mövsümü – “Xəzər Lənkəran” 2:1 “Neftçi”
“Neftçi” 1:0 “Xəzər Lənkəran”
 
2007-2008 mövsümü – “Xəzər Lənkəran” 0:1 “Neftçi”
“Neftçi” 0:1 “Xəzər Lənkəran”
 
2008-2009 mövsümü – “Xəzər Lənkəran” 2:0 “Neftçi”
“Neftçi” 2:1 “Xəzər Lənkəran”
 
2009-2010 mövsümü – “Xəzər Lənkəran” 0:0 “Neftçi”

                                                 “Neftçi” ?:? “Xəzər Lənkəran”

Arxiv: Bosman.at.ua