“Xəzər Lənkəran” klubu özü ilə bərabər Azərbaycan futboluna bir çox yeniliklər
gətirdi. Futbolu, onun ayrılmaz hissəsi olan azarkeşləri olmadan təsəvvür etmək
mümkün deyil. Bu baxımdan da “Xəzər Lənkəran” ölkə futboluna azarkeşlərinin
simasında daha bir yenilik gətirdi. Əvvəllər bir çox klubların rəsmi olaraq
klubların nəzdində fanklubları formalaşdırılırdı, və bu fanklublar elə öz
futbol klublarının hesabına oyunlarda klubu dəstəkləmək və s. işlər görməklə
fəaliyyət göstərirdi. Əlbəttə, “Xəzər Lənkəran” klubu da bu cəhətdən istisna
deyil. Bundan əlavə “Xəzər Lənkəran” azarkeşlərindən ibarət belədə ilk olaraq
müstəqil fəaliyyət göstərən fanat klubları yarandı ki, bu addımı da ilk olaraq
“12ci oyunçu” MFK atmış oldu.
2008-ci ilin 22 fevralında 12
nəfərdən ibarət təsis yığıncağı keçirən “12ci oyunçu” MFK fəaliyyətini bu adla
rəsmiləşdirdi və ölkə tarixinə ilk müstəqil fanat klubu kimi düşdü. Artıq təsis
yığıncağından 10 gün sonra onların sayı 35 nəfərə, üç ay sonra isə 105 nəfərə
çatdı.
Beləcə
inkişafda olan “12ci”lər 1 il sonra öz rəsmi saytları olan http://12cioyuncu.moy.su saytı ilə də
fəaliyyətlərini genişləndirmiş oldular.
Bu gün Respublikamızın ilk müstəqil
fanklubu olan “12ci oyunçu” 2 yaşını qeyd edir. Bu iki ildə doğrudan da çox
işlər görmüş, çox layihələr həyata keçirmiş, Respublikamızda və onun
hüdudlarından kənarda belə tanınmağa müvəffəq olmuşlar.
Bu gün də öz fəaliyyətlərində yeniliklər
etməklə çoxlarımızı, yaxşı mənada, təəccübləndirməkdə davam edirlər. Onlara
gələcək fəaliyyətlərində uğurlar arzu edirik. Qoy “Xəzər Lənkəran” öz fanatları
ilə birlikdə həmişə yüksəklərdə olsun!
Dərin hörmətlə: “Bosman” fanklubunun idarə heyəti 21/02/2010
Arxiv: Bosman.at.ua