Okeanın o tayında keçirilməsi Avropa komandaları üçün çətinlik törədirdi. Bundan əlavə Avropanın peşəkar klubları öz oyunçularını bu çempionata buraxmaq istəmirdi. Üstəlik Britaniyanın 4 futbol cəmiyyəti FİFA-dan çıxmışdlar və bu 20 il davam etdi. Beləliklə çempionatda Avropa cəmi dörd ölkənin komandası ilə – Fransa, Yuqoslaviya, Rumıniya və Belçika komandaları ilə təmsil olundu. Digər iştirakçılar Amerika qitəsini təmsil edirdilər. Argentina, Braziliya, Uruqvay, Peru, Çili, Paraqvay, Boliviya, Meksika və ABŞ komandaları. Iştirakçılar dörd qrupda mübarizə apardı. Qruplar elə təşkil olunmuşdu ki, ilkin mərhələdə güclü komandlar bir-biri ilə qarşılaşmasın.
1-ci qrup: Argentina, Fransa, Çili, Meksika
2-ci qrup: Yuqoslaviya, Boliviya, Braziliya
3-cü qrup: Uruqvay, Rumıniya, Peru
4-cü qrup: ABŞ, Belçika, Paraqvay
Argentina komandası birinci qrupda fransızları 1:0, meksikalıları 6:3 və Çili futbolçularını 3:1 hesabı ilə məğlub edərək yarımfinala çıxdı Ikinci qrupda gözlənilmədən Yuqoslaviya futbolçuları qələbə qazandı. Onlar braziliyalıları 2:1, Boliviya komandasını isə 4:0 hesabı ilə uddular. Meydan sahibləri – uruqvaulılar əvvəl Peru (1:0), sonra isə Rumıniya (5:0) komandalarını udaraq 1 top da buraxmadan qrupda birinci yerə çıxdılar. Dördüncü qrupda ABŞ komandsı alib gəldi. Bu təsadüfi deyildi. Çünki Amerika komandasının əsasını Britaniyadan gələn futbolçular təşkil edirdilər. ABŞ komandası belçikalıları və paraqvaylıları eyni hesabla (3:0) məğlubiyyətə uğratdı.
Yarımfinalda argentinalılar ABŞ futbolçularına 6:1 hesabı ilə qalib gəldilər. Digər yarımfinalda eyni hesabla uruqvaylılar Yuqoslaviya komandasına üstün gəldilər.
Üçüncü yer uğrunda oyun keçirilmədi.
Final oyunu iyulun 30-da keçirildi. Argentinalılar bir dəfə hesabda irəli çıxsalar da üstünlüyü axıradək saxlaya bilmədilər. Uruqvay futbolçuları 4:2 hesabı ilə qalib gələrək birinci dünya çempionu adını qazandılar.
Çempionatda argentinalı Stabile hamıdan çox – 8 qol vurmuşdu.
********************************
Daha sxematik olaraq bax
********************************
Videonu izlə
Arxiv: Bosman.at.ua