Biçərçi "Fateh", Azərbaycanı "fəth edib", Fransanı düşünür. Görəcək günlərimiz varmış…

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Sadio Tounkara cənub klubuna keçidindən, çempionatımızın səviyyəsindən, eləcə də Fransa klublarının ona olan marağından danışıb.
“Mən futbol oynamağa Malidə başlamışam. 12-15 yaşlılardan ibarət komandalarda top qovduqdan sonra ikinci divizion klubuna keçdim. Bu minvalla sonradan birinci divizionda da təxminən iki mövsüm çıxış etdim. İkinci mövsümün başa çatmasına az qalmış məni “Xəzər Lənkəran”ın məşqçiləri tapdı. Dəvət etdilər, gəldim. O vaxtdan buradayam”.
Azərbaycan Premyer Liqasından danışarkən malili futbolçu bunları qeyd edib: “Azərbaycan çempionatını Avropanın orta səviyyəli çempionatlarından biri hesab edirəm. Mən məhz bu komanda ilə avrokuboklarda çıxış etmək şansı qazandım. Polşa “Lex”inə, İsrail klublarına qarşı mübarizə aparmaq şansımız olub. Bu, çox faydalı təcrübə idi”.
22 yaşlı oyunçu daha güclü çempionatlarda oynamaq arzusunu gizlətməyib: “Mən daha güclü çempionatda oynamaq istəyirəm. Məsələn, Fransa və ya İspaniyada oynamaq istərdim ki, futbolçu kimi daha da inkişaf edim. Əlbəttə, Fransa çempionatında da oynamaq istəyirəm”.
“Foot Mercato”nun yaydığı xəbərə görə, Tounkara ilə “Loryan”, “Nitsa” və “Troya” klubları maraqlanır. Lakin futbolçu özü bu xəbərləri təsdiqləməyib: “Mən bunlardan xəbərsizəm. Yaxşı texnikam və sürətim var. Daha çox sağ cinahda oynamağı xoşlayıram. Amma 10 nömrə kimi də çıxış edə bilərəm”.

3 thoughts on “Biçərçi "Fateh", Azərbaycanı "fəth edib", Fransanı düşünür. Görəcək günlərimiz varmış…”

  1. Ola bilsin Tounkara elə zənn edir ki, artıq Azərbaycanı “fəth edib” gedib Fransada “fətir” yapacaq. Avropada ən çox vergi ödəyiciləri Fransada yaşayanlardır. Futbolçu kimi Tounkaranın aldığı pulun çox hissəsi Fransada vergi ödəməyə gedər. Birdə, İslam bəy demişkən: ” O Fransada kimə lazımdır ki.”
    *****
    Bu baş gicəllənmənin nəticəsidir ki, yoldaş Tounkara indi bu vəziyyətə düşüb. Əks halda Avropanın aparıcı futbol ölkələrində top qovmağa layiq olsaydı biz ikiəlli bu məsələyə razı olardıq. Həm də klubumuz bu keçiddən öz büdcəsi üçün bəhrələnərdi. Amma burda “bişməyib” getsə, birdəfəlik geriyə düşmüş olacaq ki, bu da karyerasına bir zərbə olacaq. Həm də istəməklə deyil, layiq olmaqla məsələ həllini tapır.

  2. Men cox sevindim onun getmesini coxdan isteyirdim, bu defede neftciyle oyundan o cixdi oyun duzeldi. Cunki Futbol komanda oyunudur.

Comments are closed.