"Bakı" yaddaşlarımızda

“Xəzər Lənkəran” Premyer Liqanın XXX turu çərçivəsində aprelin 12-də səfərdə “Bakı” klubu ilə qarşılaşacaq. Bu oyun komandamızın paytaxt təmsilçisi ilə 37-ci görüşü olacaq.
Cütlüyün indiyə qədər keçirilmiş oyunlarının statistikasında qeydə alınan nəticələrə və bütün göstəricilərə görə paytaxt təmsilçisi öndədir. Beləki,  “Xəzər Lənkəran” komandası “Bakı” klubu ilə ümumilikdə 36-dəfə görüşüb ki, onların 10-da qələbə qazanmış, 12-də heç-heçə etmiş  və 14-də  məğlub olmuşdur. Ümumi top hesabı: “Bakı” –  “Xəzər Lənkəran” 36:35.
Kubok oyunlarında:
“Xəzər Lənkəran” komandası “Bakı” klubu ilə ölkə kuboku yarışmasında indiyə qədər 9-dəfə qarşılaşıb ki, bu oyunların 3-də qalib gəlib, 5-də məğlub olub və yalnız bir matçın əsas vaxtında heç-heçə qeydə alınıb. Kubok oyunlarında “Xəzər Lənkəran” paytaxt təmsilçisinin qapısına 9-top keçirərək, öz qapısından da 9-top buraxıb. Yeri gəlmişkən 2009/10 mövsümündə kubok yarışmasının finalında  “Xəzər Lənkəran”la qarşılaşan “Bakı” Fair-Playqaydalarına tüpürərək  qələbə qazanmış və kuboku başı üzərinə qaldırmışdı. Avroliqaya vəsiqə qazanan “zolaqlılar”  turnirin ilk təsnifat mərhələsinin hər iki oyununda 2:1 hesabı ilə qalib gəlsələr də heyətində cəzalı futbolçu oynatdığı üçün UEFA-dan texniki məğlubiyyət alıb kor-peşman Bakıya qayıtmışdı ki, bu da sonradan futbol ictimaiyyəti tərəfindən Fair-Play qaydalarına tüpürməyin cəzası kimi qiymətləndiilmişdi.
Çempionat oyunlarında:
Ölkə çempionatlarında  “Xəzər Lənkəran” və “Bakı” komandaları 27-dəfə qarşılaşıblar. “Ağ-yaşıllar”  26-matçın 7-dən qalib ayrılıb, 9-dəfə məğlub olub. 11-çempionat oyununda qalib müəyyən olunmayıb. Çempionat oyunlarında komandamız rəqibin qapısına 26-dəfə yola tapa bilmişdir. “Bakı” komandası da öz növbəsində qapımızdan  27-top keçirmişdir.
 Bütün oyunların ümumi statistikası:
2004/05 mövsümü, çempionat
“Bakı” – “Xəzər Lənkəran” – 2:0
“Xəzər Lənkəran” – “Bakı” – 2:0
 
 2005/06 mövsümü, çempionat
Xəzər Lənkəran” – “Bakı” – 0:1
“Bakı” – “Xəzər Lənkəran” -1:1
 
 2006/07 mövsümü, çempionat
“Xəzər Lənkəran” – “Bakı”-1:0
“Bakı” – “Xəzər Lənkəran” – 0:0
 
2006/07 mövsümü, ölkə kuboku, 4/1 final mərhələsi
“Bakı” – “Xəzər Lənkəran” – 0:2
“Xəzər Lənkəran” – “Bakı” – 0:1
 
 2007/08 mövsümü, çempionat
“Bakı” – “Xəzər Lənkəran” – 2:2
“Xəzər Lənkəran” – “Bakı” – 0:0
 
 2008/09 mövsümü, çempionat
“Bakı” – “Xəzər Lənkəran” – 0:0
“Xəzər Lənkəran” – “Bakı” – 3:0
 
 2008/09 mövsümü, ölkə kuboku, 4/1 final mərhələsi
“Xəzər Lənkəran” – “Bakı” – 0:1
“Bakı” – “Xəzər Lənkəran” – 2:2
 
 2009/10 mövsümü , çempionat – təsnifat mərhələsi
“Xəzər Lənkəran” – “Bakı” – 1:1
“Bakı” – “Xəzər Lənkəran” – 0:3
 
 2009/10 mövsümü , çempionat – final mərhələsi
“Bakı” – “Xəzər Lənkəran” – 1:0
“Xəzər Lənkəran” – “Bakı” – 0:1
 
 2009/10 mövsümü, ölkə kubokunun finalı
“Bakı” – “Xəzər Lənkəran” – 2:1  (Fair-Play)
 
  2010/11 mövsümü, çempionat -təsnifat mərhələsi
“Xəzər Lənkəran” – “Bakı” – 1:1
“Bakı” – “Xəzər Lənkəran” – 1:1
 
2010/11mövsümü , çempionat- final mərhələsi
“Bakı” – “Xəzər Lənkəran” – 0 : 0
“Xəzər Lənkəran” – “Bakı” – 2 : 0
 
 2010/11 mövsümü, Azərbaycan kuboku, yarımfinal mərhələsi
“Xəzər Lənkəran” – “Bakı” – 1 : 0
“Bakı” – “Xəzər Lənkəran” – 2 : 1
 
 2011/12 mövsümü , çempionat – təsnifat mərhələsi
“Bakı” – “Xəzər Lənkəran” – 2 : 2
“Xəzər Lənkəran” – “Bakı” – 3 : 0
 
  2011/12 mövsümü , çempionat -final mərhələsi
“Xəzər Lənkəran” – “Bakı” – 0 : 1
“Bakı” – “Xəzər Lənkəran” – 4 : 1
 
 2012/13 mövsümü, çempionat – təsnifat mərhələsi.
“Bakı” – “Xəzər Lənkəran” – 2 : 0
“Xəzər Lənkəran” – “Bakı” – 1 : 1
 
 2012/13 mövsümü, Azərbaycan kuboku yarımfinal mərhələsi
“Bakı” – “Xəzər Lənkəran” – 1 : 0
“Xəzər Lənkəran” – “Bakı” – 2 : 0
 
2013/14 mövsümü,I dövrə
“Xəzər Lənkəran” – “Bakı” 2 : 1
 
2013/14 mövsümü,II dövrə
“Bakı” – “Xəzər Lənkəran” – 3 : 0
 
 2013/14 mövsümü,III dövrə
“Xəzər Lənkəran” – “Bakı” 0 : 2
 
2013/14 mövsümü,IV dövrə
“Bakı” – “Xəzər Lənkəran” –?: ?
 
 SƏHİFƏNİ HAZIRLADI: NƏBİOĞLU
 
Mənbə: 12cioyuncu.info

7 thoughts on “"Bakı" yaddaşlarımızda”

  1. Axşamınız xeyirli olsun, Müəllim! Mən deyərdim ki, “Bakı” bizim ən cığal rəqibimizdir. Fair-Play qaydalarına tüpürən bir komandadan yaxşı bir şey gözləməyə dəyməz. Həmişə o finaldakı Fair-Play yadıma düşəndə bu komandaya nifrətim artır. Çox istərdim ki, komandamız medallar uğrunda mübarizə aparan Fair-Play “Bakı”nı öz evində büdrətsin. “İnter”in xeyrinə bizi ikinci çempionluqdan məhrum edən də Fair-Pley “Bakı” olub. “Bakı” üzərində qələbəmiz həm də “Qəbələ”ylə kubok oyununa əla motivasiya olardı.
    *****
    Axşamınız xeyir, Qabil bəy! Bütün sadaladığınız məqamlar yadımdadır və bunların hamısının stadionda canlı şahidi olmuşam. Son zamanlar sanki bizdə “Bakı” sindromu əmələ gəlib və nəinki qalibiyyət, hətta heç-heçə üzünə həsrətik. Bu oyunda bütün bunlaka son qoymaq çox yerinə düşərdi.

  2. lap ağı deməyi gəlir adamın
    Bakı, dərdimiz var,
    Bakı, xəstəyik.
    Siz medal istəkli
    Biz yan üstəyik.
    *****
    Neynirəm o medalı, “Fair Play”sız gələ,
    Sonra illər keçsə də məni salırlar ələ.
    O medal yox, “qızıl teşt”di ki, gündə yuyuram,
    Çünki, hər an, hər zaman, “içinə qan qusuram!”

  3. Məşqçi işinin ağ ləkələrini tam heyətlə oyuna buraxılmış komanda tərəfindən 8250 kv. m-lik çəmənliyin heç də tam örtülməyən sahəsində hətta ağarmış bəbəklərlə də görmək olar. Amma bu ağsaqqal görmür, durub deyəsən görmək istəmir, istəyir axı, amma görmür. Heç bir gələcək planlarf hesablanmış passivlik bu günkü nizamsızlığa haqq qazandırmaq üçün yarımaz, burada nə qüvvələrin və ya qüvvətlilərin qənaətcil israfindan, nə həlledici əhəmiyyətli gedişlərin sirrini açmamaqdan, nə XL plasdarmında yeni tətbiq olunan sınanmış Mustafabolun hələ bərkiməyən addımlarından, nə də (paradoksal səslənsə belə) istək azlığından söhbət gedə bilməz. Məlumdur ki, istənilən orqanizm RABİTƏ varsa, vardır, rabitənin zəifləməsi orqanizmin zəifləməsi, yoxluğu məhvi deməkdir. Futbol Klubunun orqanizm kimi gücü rabitənin futbolçu-futbolçu, məşqçi-futbolçu, məşqçi-komanda, azarkeş-komanda kimi qollarının qırılmazlığı ilə ölçülür. XL-də bu gün rabitə zəifdir, şükürlər olsun ki, yox deyildir. zənnimcə bu rabitənin gücləndirilməsinin administrativ yollarına alternativ yoxdur. Keçirdiyi on il ərzində sahibi tərəfindən bu komandaya həmişə liqamızın iki-üç komandasına bəs edəcək qədər etibar limiti ayrılmış, amma bu etibarı nankorluqla batıranlar az olmamış, həmin nankorluq dalğası ilə azarkeş məhəbbəti limiti də zaman-zaman xeyli tükənmiş görünür.
    *****
    Bir azarkeş kimi acı etiraflar… Bunlar bizə heç yaraşırmı? Komandamıza məhz belə anlarda daha yaxın olmalıyıq, ruhdan düşməməliyik. “Xəzər Lənkəran” sevgisi bizə daha da güc verməlidir. Biz bu çətinliyi də adlayacağıq. Bir sadiq azarkeş kimi, dəfələrlə komanda haqqında düşünərək, gecəni səhər saatlarına qədər yuxusuz keçirən bir azarkeş kimi deyirəm və bu gün də həmin günlərdən biridir. Bu cavabımı yazarkən çox kövrəlirəm. Amma bu kövrəlmə nəinki məni ruhdan salır, əksinə mənə güc verir və bu güc özü ilə bir inam bəxş edir insana. Bu inam isə deyir: “Ağır günlər yaşamaq, həyatda hər kəsin taleyində ola bilər. Ümidini üzmə, biz mütləq toparlanacağıq və bu günləri arxada qoyacağıq!

    • Ey Azərbaycanli həmvətənlim!-Duşunmə ki , yazdiğin yazilarinin fərqinə varmayib və sizi anlamaqda hami çətinlik çəkməklə ya sizi anlamaz ya da mənasini izah etməyə çətinlik çəkəcək ,ağ bəbəklərinin görə biləcəyini kimsə görməyəcək,buna izah verməyə kimisə köməyə çağiracaq,turk adli-sanli məşqçini savadsizliqla gunahlandirib və onda “uçuncu quvvə” axtaracaq, istək və realliği anlamadan danişacaq,kor olmuş futbolumuzun hər dəqiqəsində “XƏZƏR” dənizinin altinda yatan “neft” kimi od puskurən əjdaha ilə mubarizəyə qalxacaq bir guc tapib və aslanlar kimi hayqiracaq,rabitənin başinda duranlarin əsl koorupsiya ilə kamanda yaradacağini deməklə elə burda “Yuyucu tozlardan -omo , dərya,oriol taparaq ,elə burda yuyacaq qohumlar taparaq adminstrativ yollarla yaho – həmişə təmzə çixarsa ————-elə belə əndrabadi cumlələrədə yer qalmaz. Bura politika meydani yox azarkeşin tribunasidir.

      • Təsəvvürümdə çoxminli azarkeşlər biçilmiş futbol qazonu kimi eyni formalı və ölçülü deyil, olmamalıdır, eləcə də onların fikirləri. Müxtəlifliyi, o cümlədən fikir müxtəlifliyini qəbul etmək görünür hər azarkeşin işi deyil.

        • Fikir muxtəlifliyini mən təbii qəbul edirəm.Sizin bu murəkkəb cumlələrinizdə işlətdiyiniz dil tərkibcə alinan sözlərinin qəlizliyini anlamaq hər azarkeşin işi deyil və 12cioyunçu saytindada digər azarkeşlər tərəfindən birmənali qarşilanmamişdi.Sadə yazmağinizi sadəcə istəmişdim ki, anlaşiqli olsun.

  4. Mirhafiz-bey Ponamariyovun dovrunde XL-Lenkeranda Bakiyla qarsilasmisdi hemen oyun menim yadimdan cixmir amma o, oyunun videosunu tapa bilmirem 3-0 qalib geldik men deyerdim XL-en yaxsi oyunlarindan biri idi. Duzdur Panamariyovun vaxtinda yaxsi futbol gormedik amma oyuncularimiz azerkesler ucun bu oyunu oynadilar qalan o, biri oyunlari ise torba tikdiler/
    *****
    Malik bəy, odur ki, camiədə hər üç tərəf, komanda (futbolçu və məşqçilər heyəti), rəhbərlik və azarkeşlər qarşılıqlı olaraq bir-birinə hörmət etməyi bilməli və bacarmalıdırlar. İlk növbədə bütün uğurların açarı bundadır. Biz haçansa buna nail olmuşuq və bütün uğurlarımız da bu dövrlərdə olub. indi də bunu əldə etmək üçün çalışırıq və belə olan təqdirdə heç bir pozucu qüvvə ortalığa rəxnə sala bilməz.

Comments are closed.