"Bakı" azarkeşlərinə müraciət

12cioyuncu loqo kohne
“Futbol+” qəzetinin 15-16 iyun 2010 sayında, 7-ci səhifədə “Bakı”lılar “12-ci oyunçu”nun cavabını verdi sərlövhəli yazısını biz də oxuduq. Orada göstərildiyi kimi, Vinfrid Şeferin “Bakı”ya gəlişindən sonra “12-ci”-lər kubokun finalındakı məlum “qolla” bağlı ona bir neçə sual ünvanlamışlar. Bu isə “Bakı” fanklubunun rəhbəri Ruslan Hənifəyevi narahat etmiş və o da öz növbəsində “12-ci oyunçu”nun rəhbəri İslam Cabbarlıya zəng edərək onunla danışacağını bildirmişdir.
Sonrakı gedişatdan da göründüyü kimi, Ruslan bəy həqiqətən də İslam bəyə zəng edərək ona öz etirazını bildirmiş, qəzetdə olduğu kimi qeyri-etik sözlərə yer vermişdir. İslam bəyi qıcıqlandırıcı suallar verməkdə ittiham etmişdir.
Biz isə öz növbəmizdə Ruslan bəyin diqqətinə çatdırmaq istəyirik ki, məlum “qol”dan sonra əksər KİV-lər,  futbol ictimaiyyətinin nümayəndələri, PFL prezidenti, Millinin baş məşqçisi Şeferin həmvətəni, kolleqası və bir zamanlar futbolçu yoldaşı olmuş cənab Berti Foqts, “Bakı” klubunun rəsmisi Zeynal Məmmədovun mətbuata verdiyi açıqlamada”mən bu qola sevinmədim” deməklə bir çox rəsmi şəxslərin münasibətinə diqqət yetirsin. Bu tək İslam bəyin deyil, minlərlə “Xəzər Lənkəran” azarkeşinin suallarıdır. Həmçinin Ruslan bəy bir azarkeş kimi, bunları normal qarşılamalıdır.
Cənab Vinfrid Şeferin məşqçilik təcrübəsini, onun dünya futbolunda tanınmış bir isim olduğunu və Azərbaycan futboluna verə biləcəyi xeyirləri nəzərə alaraq biz, səmimi olaraq, bu seçiminə görə “Bakı” klubunu, o cümlədən onun azarkeşlərini təbrik edirik. Gələn il ölkə çempionatının daha maraqlı keçəcəyinə ümid edirik.
 
“Bosman” fanklubu                              16.06.2010
 
Arxiv: Bosman.at.ua