Bilirsiniz ki, bu gün “Xəzər Lənkəran” əzəli rəqibi “Neftçi” ilə səfərdə qarşılaşır. “Bakcell Arena”da 19:00-da baş tutacaq bu oyuna komandamızın azarkeşlərinin yolu AFFA Nizam İntizam Komitəsinin az əvvəl verdiyi qərarla bağlanmışdı. Orta əsrlər səviyyəsində verilmiş bu qərarda kifayət qədər boşluqlar var idi ki, bu da komandamızı dəstəkləmək istəyənlərə stadiondan izləmək imkanını saxlamışdı. Başa düşürük ki, bu təhlükəsizliklə bağlı işlərinin öhtəsindən gələ bilməyən futbol qurumlarının, eləcə də klubların yarıtmaz işi nəticəsində baş vermiş bir hadisədir.
AFFA İK-nin qərarında olan bu boşluqları “Neftçi” klubu doldurmağa çalışıb. Belə ki, ev sahibi kimi klub satışa 2000 civarında bilet çıxarıb və bu biletlər də komandalarını dəstəkləyəcək fanklublara paylanılıb. Yəni “Xəzər Lənkəran”ın azarkeşlərinin bu oyuna yolu beləcə bağlanıb. Bu yeni qərar AFFA İK-nin köhnə qərarındakı boşluqları aradan qaldırsa da, başqa bir problem yaradıb. Belə ki, ölkənin ən böyük qarşılaşması sayılan bu oyuna neytral futbolsevərlərin də yolu bağlanmış olur. Bu maraqlı qarşılaşmanı “Neftçi” fanatlarından başqa belə çıxır ki, heç kim stadiondan izləyə bilməyəcək.
Belədə “Böyük oyun” yox, “Özəl oyun” xarakteri alacaq bu qarşılaşmanı izləmək televiziya efirinin insafına qalmış olacaq. Komandamıza bu oyunda bütün olanlara rəğmən özlərini tək hiss etməmələrini, azarkeşlərinin dualarının onlarla olacağını bildirmək istəyirik. “Bizim nəfəsimizi özünüzlə hiss edin!”-deyirik! Komandamıza yalnız qələbə arzulayır və bunu da gözləyirik. Bu arada oyunun hakimləri də bəlli olub:
19:00. “Neftçi” – “Xəzər Lənkəran”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Diniyev
“Bakcell Arena” stadionu
26 thoughts on “Azarkeşsiz oyunumuzun hakim təyinatları bəlli oldu”
Comments are closed.
Salam, Mirhafiz bəy! Çox doğru və yerində deyilən fikirdir ki, bugünki oyun artıq “Böyük oyun” yox “Özəl oyun” xarakteri alacaq. Belə də olmalıydı, absurd qərarın saiəsində həm cənublu həm də neytral azarkeşləri oyuna baxmaqdan məhrum etməkdən ötəri çox bic bir plan hazırlayıb adını da qoydular təhlükəsizlik.Bu qərarı verənlər gözəl bilirlər ki, Ölkə kubokunun finalında 20 min azarkeşin arasında heç bir munaqişə olmadı. Qaydasız döyüşü, dava-dalaşı “Neftçi” rəhbərliyi və Saşalar, Mahirlər saldı. Bu da “Neftçi”yə xas olan adətdir. Özlərinə flaqman deyən bir komanda mən deyərdim ki, futbolun yox, futbolda dava-dalaşın flaqmanıdır. Ölkə futboluna hər növdə olan konfliktləri gətirən də elə bu zibil flaqmandır. QƏHRƏMAN AZƏRBAYCAN NEFTÇİLƏRİNİN ZƏHMƏTİ “neftçi”YƏ HARAM OLSUN!
Mirhafiz bəy Sizi və bütün Xəzərsevərləri salamlayıram.bügünkü oyundan komandamızdan ancaq qələbə gözləyirəm.Bu qələbə ilə biz futbolun ölkəmizdə inkişafına mane olanlara layiqli cavab verə bilərik.Çox istiyirdim bu gün stadiondan oyunu izləyəm amma alınmır.Futbolun kütləviliyinin qarşısını alan PFL-in sərsəm qərarına görə.İşdən bilet götürüb gedə bilərdim ancaq onu bir Xəzər azarkeşi kimi özümə sığışdırmadım.
xezer ireli
Çox maraqlıdır ,Neftçinin ev oyunlarında bilet satışı olmurdu axı mən biletsiz getmişdim ,Xəzərlə olan oyuna ,hamı belə gedirdi ,indi birdən bilet satmağa başladılar ?Bəlkə də bilet əllərinə qalıb .Nə deyək Alllahın lənəti olsun ,bunu edənlərə .Deməli Xəzər azerkeşləri daha möhtəşəmdi və möhtəşəmlikdən qorxurlar
çox təssüf ki heç televizya vastəsi ilə baxa bilməyəcəm ,
Onu da deyim ki bu hakimlər briqadası deyil qoyunlar briqadasıdır .
Eziz qardaşlar!-Bilet satişi ve bu biletlerin hamsinin Neftci fanklublarinin almasina inanmayin.Burda tamamile başqa prosesler gedir.Birinci bilet satişi saxtadir ve formal xarakter daşiyir.İkinci odur ki Neftcinin metbuat katibinin verdiyi melumat yalan cixdi.Cunki bu gun bilet satişi var idi.Ucuncusu ve başlicasi bu tamamile başqa movzudur.Neftci ve XL arasinda olan oyuna cox tamaşaci geler ve bunun coxuda XEZER azarkeşi olacaq.Bu oyunda azarkeş sayini ozune yazmaq isteyirler.BAxin ve şahidi olun!-Bu gun stadionda azarkeş sayi 5000-i kece biler ki -bunuda oz azarkeşleri kimi teqdim ederler.Sadece oyundan sonra bir-iki gun gozleyin.Teşekkur edirem!-XL mutleq qalib gelecek.
Bu kreslo meni cox maraqlandirdi.Bilmirem bu hakimlerin kreslosudu yoxsa Raminin.! ?
*****
Bu bizim kreslo olmalıydı ki, boş qalıb. orda heç əzizləri də otura bilməz!
Bu gun bilet alib ve Neftci-Xl oynuna geden azarkeşlerimiz tarixi bir sehf edirler.Onlar bizim neytral azarkeş adi ile gedenleride oz siyahisina salarlar.Bu başqa meqsed gudur ve ayiq olun!
*****
Fikrinizdə həqiqət var.
Oyunda azarkeş sayinin bir gun evvel men 5000-i kecdiyini demişem.Ne oldu?_2000 bilet artiq 3000-i kecdi?-Qeribe cinler diyarina duşmuşuk qardaş!
Orxan Məmmədovun torba tikmək əməliyyatı öz işinə başladı. Flavinyo topu başla ötürərkən B.Nasimov təmiz oyundankənar vəziyyətdə idi.
*****
Mənə elə gəlir ki, bu epizodda top bizim müdafiəçinin başına toxunmuşdu. Amma başqa iki epizodda 1 və 7 dəqiqədə sarı verməliydi ki, rəqibə onu vermədi. Bir də oyunun orta- axırlarında künc zərbəsi yox idi, “Neftçi”nin oyunçularının təzyiqi altıda bunu da etdi.
Mirhafiz müəllim, mən gözləyirəm görüm Toşak bu bərbad oyuna necə don geyindirəcək.
Kamandamizin son oynu ciddi islahatlar teleb edir.Bu qeder azarkeşi peren-peren salanlar vaxt geler cavab vermeli olacaqlar.
Naxçıvanda Toşak hakimbaşı Xəqanini məşq zamanı meydançaya buraxmadığına görə, bugünki oyunda təyin etdiyi petrəpaça hakimlərin əliylə Toşaka borcunu qaytardı.
Toşakın mətbuata konfransında dedikləri: “Əslində, bizim hədəfimiz Avropa Liqasıdır. Qorxuram ki, bu oyunla Birinci Diviziona düşək”. Mirhafiz bəy, Toşak belə deyəndən sonra, bəs onda hesabı biz kimdən soruşaq? Və ya “Xəzər Lənkəran”ın bundan sonrakı aqibəti necə olacaq?… O qədər müxtəlif suallar var ki…
*****
Toşakın fikirləri yenə də tam verilməyə və bununla da məna tam təhrif oluna bilər.
İndicə Hüseyn Cəbrayıloğluna istinadən oxudum ki, hakimbaşı Xəqani məmmədov deyib, birinci qol oyundan kənar vəziyyətdən vurulub.
4:1 Bu hesab neyi ifade edir?_bilmirem.
Mirhafiz bəy, artıq belə yarıtmaz oyuna biz heç cür haqq qazandıra bilmərik. Komandamız bu gün bacardığında çox-çox aşağı səviyyədə oynadı. Meydanda çox aciz görünürdü və elə bilki, komandada qələbəyə istək yox idi.
Təki canınız sağ olsun dünyanın axırı deyil ki ,Yaxşı ki oyuna baxmadım . .Xəzər bu ilki kimi məğlubiyyətlərə düçar olmamışdı ,8-0 .3-0 ,4-1,2-0. bu qədər uduzmaq olar ? Töşak bir az da olsa .2013-2014 Xəzərin tarixində ən uğursuz ili oldu ,Mirhafiz bəy ,Orxan Məmmədov Rami-Xaqi andına sadıq qaldı ,Rəhimi isə cəza verərək 1-ci dvizyona göndəriblər ,Nəisə axır qəmimiz olsun .amma inanmıram ,Xəzər artıq dzələsi deyil ,Mirhafiz bəy ,siz yanə də inanırsınız.Toşak babaya .
*****
Yazımız olacaq.
Bəklə Toşak getsin deyirəm ,Bir titul qazandı da .Çempianat oyunlarında bərbad oynayır yetirmələri ,Bir nömrəli günahkar T O Ş A K D IR ,!!Başqa günahkar yoxdur .
İndi qollara baxdım ,Heç elə bil Xəzər yox idi ,Toşakın getmək fikri yoxdur ,
Bilirsiniz negədir .Onlar bizi maralniy sindirdilar. burda 1-2 qol düzkün deyildi.Bizim azərkeşləri stadiona buraxmağiğnna cörə,hakim savadsiz olduğuna görə,Bizə təziyq göstərinə görə biz uduzduq.Hami bilirki onlar naqli oynayrlar.Allah hamisini görür…!!!Şəxsən mən komandamdan inciməmişəm.Komandamiz serovo qələbə qazanacaq…
tosak getde istefa bu ne oyundu
Mirhafiz bəy, Salam! Məni ən çox yandıran komandamızın məğlubiyyəti deyil, komandanın azarkeşlərinə qarşı aparılan xüsusi kompaniya və öz rəhbərliyimizin azarkeşlərinə göstərdiyi laqeyd münasibətidir. Müxtəlif saytlardan götürdüyüm yazı başlıqlarına nəzər yetirin. “Böyük oyun”a polis müdaxiləsi, Cənublu azarkeşlər qovulur, yenə gəlirlər”. “XL-azarkeşləri içəri buraxılmır, stadionun çölündən dəstək verirlər”. “Xəzər Lənkəran” azarkeşini əsəbindən ağlayan gördüm” və sair. Stadionun daxilində isə “neftçi” fanatları 90-dəqiqə ərzində “Xəzər Lənkəran”ın ünvanına özlərinə xas olan küçə söyüşləri ilə təhqiramiz ifadələr yağdırır. İndi ki, stadionda cənublu azarkeş yoxdur, amma yenə söyülğb təhqir olurlar. Mənim özüm üçün çıxardığım nəticə belədir. Deməli, “Xəzər Lənkəran” və “Xəzər Lənkəran”lılar, “Neftçi” və “Neftçi”lilər üçün əzəli RƏQİB yox, əzəli ASİdirlər.
*****
Bu oyunda çox şey göründü. Yazıya qoyulmuş dolu və boş kresloların şəklində çox şey ifadə olunurdu. Oyunla bağlı yaxın saatda yazımız olacaq.
“Xəzər Lənkəran” rəhbərliyi və məşqçi heyyəti əvvəlcədən gözəl bilirdi PFL, hakimbaşı Xaqani və belə bir məsüliyyətli oyuna təyinat alan bayquş Orxan, hansı yuvanın quşudur. Bu bayquşların komandamıza münasibətini bilməyən tapılmaz. Odur ki, ofsaytdan vurulan qoldan sonra verilən müəmmalı penalti qərarı zamanı “Xəzər Lənkəran” başbilənləri oyunu yarımçıq dayandırıb komandanı dərhal oyundan çıxartmalı idilər. Məlum məsələdir ki, dünən komandamıza oyunu yarımçıq dayandırdığına görə texniki məğlubiyyət veriləcəkdi. Amma bu gün hər kəs video görüntülərə baxdıqdan sonra vəziyyəti obyektiv qiymətləndirə bilərdi. Çox təəssüf ki, dünən bu baş vermədi.
*****
Oyunu dayandırmaq və Toşakın nüfuzundan istifadə edib dərhal stadiondan UEFA ilə əlaqə saxlamaq olardı və bunu HK-ə bildirmək olardı.
Gələcək oyunlarda ,bundan istifadə edə bilər Toşak ,çünki bu axrıncı oyun deyil .həmişə Xəzərə qarşı belə olacaq .
Doktor, mən bir rəssam kimi şəkildəki fəlsəfi fikri oxumuşdum. Amma azarkeşlərimizin intellekt səviyyəsini nəzərə alıb ata və uşaqların kreslosunda PFL,”Neftçi” rəhbərlərinin otuzdurulmasıni daha məqsədə uyğun sayardım.
*****
Bu elə siz deyəni ifadə edir. Lakin şəkil üzərində işləyib onu siz deyən hala gətirmək üçün bir fotoşop mütəxəssisi lazımdır. Əsas odur ki, məna başa düşülür, Qabil bəy!
Hakimlara neycin soz diyirsiz? O qadar casmisiz
*****
Burda heç də hakimlərə söz deyilmir Seymur bəy! Azərbaycanda derbi sayılacaq oyunu futbol başbilənlərimiz azarkeşsiz qoyaraq maraqsız etmələrindən söz açılır.