Necə oldusa komandamız Lənkəranda “Simurq”a da uduzdu, özü də 1:3 hesabı ilə. Necə olmasını bilənlər onu da bilirlər ki, bu gözlənilən idi. Çünki bununsəbəbləri “yetişmişdi”.
Səbəb isə nə M.Dənizlidir, nə komandadir, nə də klub. Bunun səbəbi tribunada azarkeşin olmamasıdır. Axı “Xəzər Lənkəran”in əsas gücü həmişə onun çoxminli azarkeşlərində olub: Səsi batana qədər qışqıran cavanlar olub, hər şeyi unudub komandaya dəstək vermək üçün əlindən gələni edən yaşlı nəslin nümayəndələri olub, hər bölgədən maşın-maşın gələn futbolsevərlər olub…Hanı bəs indi həmin o azarkeşlər?
Onlar indi ona görə yoxdurlar ki, yuxarıdan uzanan əllər, qara əllər, kirli əllər, murdar əllər “Xəzər Lənkəran” komandasının azarkeşlərini pərən-pərən saldılar, bu azarkeşlərin içində “üçüncü qüvvə” axtardılar, həbsxanaya atdılar-heç dinən danışan oldumu!? –“Xəzər” azarkeşlərinin harayını eşidən oldumu ? Yox! Bəs niyə? Ona görə ki, biz hələ formalaşmamışıq, sivil etiraz etməyi bacarmırıq. Mən və bir neçə həmfikirim vaxtında etiraz kimi bir neçə oyuna getməməyi və bununla etirazımızı bildirməyi xahiş etdik. Onda əksəryət bu təklifi edənləri kamandamıza düşmən kimi tanıtdırmağa çalışdi. Bəs hanı həmin dolu tribunalar, bizi günahlandıranlar niyə doldurmurlar tribunaları?..
İndi bir çoxları şərh yazmaqla başını qarışdırır və bununla da işini bitmiş sayır.
Şərt o deyil ki,çoxlu şərhlər yazılsın. Şərt odur ki ,şərhlərdə bir məna olsun. Bu ya tam çılpaqlığı ilə deyilməlidir, ya da şərhin mənasını darta-darta gətirib elə bir nöqtəyə çatdırmaq lazimdir ki, izləyici onu başa düşmək üçün öz təxəyyülündən istifadə edib faydalansın. İdmanla bağlı ən çox izlədiyim demək olar iki sayt mövcuddur ki, evdə komputerdə, işdə telefonla izləyirəm. Bu 12cioyunçu.info və Bosman.az saytlarıdir. Səbəb nədir? Səbəb burada intelekt səviyyəsi yüksək olan muxtəlif peşə sahiblərinin toplanmasıdır. Məhz bu iki saytda mənə həmfikir tapmaq asan olur. Təəssüf ki, son zamanlar 12cioyunçu.info saytında elə şərhləri görürəm ki, mən özüm burada heç şərh yazmaq istəmirəm. Heç kim məndən inciməsin,son zamanlar iki və uç sözlə şərh yazırlar, nə demək istədiklərini bəzən özləri də bilmirlər, o ki, qaldı o şərhi oxuyana.
Bizi birləşdirən sonucda Azərbaycan gəncliyinin sağlamlığıdır,bu ölkənin idmanıdır. Biz bu gun Lənkəranın futbol komandasını mudafiə edib dəstəkləməklə Azərbaycanda idmanın inkişafına misilsiz xidmət etmiş oluruq. Bizim xidmətimiz futbol qurumlarından bəlkə də çoxdur. Çünki, biz rəqabət yaradırıq və idmanı zəifləməyə qoymuruq. Amma bu qurumlar bizi həbs etməklə futbolun inkişafından danışırlar. Belə futbol qurumlarının toruna da gənc nəsil duşur və indi elə şərhlər yazırlar ki, elə bil hansısa “ÇAT”dadırlar. Bu kimi cəhətlər bizim zəif tərəflərimizdir ki, kənardan çox birabırçı şəkildə görünür. Bu və digər mənfi cəhətlər isə öz növbəsində bizi qınayanlara, həbs edənlərə, vəhşi kimi tanıtmaq istəyənlərə bəhanələr verir.
Bəli, futbol ictimaiyyəti bizi qınayır, futbol qurumları aramızda “üçüncü qüvvə” axtarır, polis isə aramızdan seçim edir “aparır”, onun seçdiklərini də məhkəmə həbsə göndərir, idman mediası da İngilis bayrağı kimi ölkə futbolunun başı üzərində havalanır. Bayraqla yanaşı ölkə futbolunun öz başı da havalanır demək olar. Azarkeşlərimizin əsas kütləsi futboldan iyrənir, qalanları “Xəzər Lənkəran” rəhbərliyindən inciyir, o biriləri Junior Nildoya görə stadiona getmir, digərləri biletə görə oyunu televiziyadan və ya komputerdənizləyir. Nəticədə isə “Xəzər Lənkəran” komandası, futbolçularımız dəstəksiz qalırlar. Və, və sonda komanda geri gedir. Çünki ruh yoxdur indi “Xəzər Lənkəran”da, qələbə ruhu yoxdur, mübarizə ruhu yoxdur. Həmin ruhu komandaya verən azarkeşlər yoxdur tribunalarda. Belədə meydanda tək qalan “XL” görünür, əzgin, cılız, zəif, üzüntülü, aciz, kimsəsiz, yiyəsiz, maraqsız və ən kiçik ölçülü “XL”…
ZƏFƏR LERİKLİ
Mirhafiz bəy yəqin ki El-klassikoya baxdınız .və əsl futboldan zövq aldınız .Bir simfoniyadır sanki .
*****
Əlbəttə əsl zövq verici futbol, adamı nə qədər gərginləşdirirsə, sonda bir o qədər rahatlıq duyğuları gətirir.
Salam.Zəfər bəy o şərh yazanlardan biri də mənəm.Sizin yazdığınız fikirlər komandaya kömək etmək deyil,əksinə şərh yazan azərkeşlərlə haq-hesab çürütməyə yönəlib.Komandanın bərbad oyun göstərməsi təkcə azərkeş amili ilə bağlamaq düzgün deyil.Bugükü XL komandasında bir oyun uslubu,oyun intizamı yoxdur.Bu o deməkdir ki,o yöndə baş məşqçi az işləyir.Mən daha uzağa gedib baş məşqçinin hoqqabazlığını qabardardım.Görunur yazını yazanda çox əsəbi olmusuz.Nəisə……..
Hörmətli Rakif bəy!-Mən əslində şərh adi ilə söyuşə və təhqirə yol verib və nə istədiyini heç özu başa duşməyən azərkeşlərə təhqirdən uzaq olmaği ,həmcinin sivil yolla kamandamizi dəstəkləməyi qabattmağa çalişmişam.Deməmişəm ki ,stadion azarkeşlə dolsa kamandamiz qələbələri siralayacaq.Azarkeşin kamandadan kusməsinin səbəblərinin “mənbə”sini gizlicə və ehtiyatla deməklə ,həmdə özumdə bir azarkeş kimi elə azarkeşlərin yaninda dayanib onlarin haqqini mudafiyəyə qalxmişam.İndi sizdə məni belə qinayirsinizsa,onda biz neynəməliyik.Bildiyimə görə siz yaşli nəslin numayəndəsi və hörmətli ağsaqqallarimizdansiniz.İnanin ki, mənim həmin yazida heçdə pis niyyətim olmayib.Əgər belə bir niyyətim olsayda, dunya dağilsaydi belə ,hörmətli İslam muəllim Cabbarli yazimi saytinda mövzu kimi verməzdi.
Təşəkkur edirəm sizə, Rakif bəy!