Atalar sözləri və zərb məsəllər

*  Yağış qaranquşun gəlişi ilə yazda yağırsa, payızda da gedişi münasibəti ilə yağar!
* Tərsliyi tutmuş at, çaya apardıqda su içmirsə, meydanı su ilə doldursan da yenə içməz!
* Əbəs yerə Höcət etmə, drenajı işləməyən qazonu Pamukla (pambıqla) qurudub, Uğur qazanmaq olmaz!
* Fırtına yaratmaq üçün, Meydanı dənizə çevirsən də, bu yetərli deyil!
* “M”-Billa-Billa (bilə-bilə), komandasının ruhunu öldürər!
* Sacconini Saca qoyub, bişməmiş götürməklə, yemək dadlı olmaz!
* Tutqun rəngin ikinci “t” hərfini dəyişməklə, Nadir rəngə çevrilməz!
* Gəmi gölə çevrilmiş meydanda üzə bilməz!
* Yaxşı idarəçiliklə, komanda Vüsala yetməz!
* Subbotiçin bəxti, voskresenyedə (oyun bazar günü keçirilib) gətirməz!
* İnsan suya minməklə Syomin ola bilməz!
* “Div” xəyali böyük məxluqdursa, dəvə böyük Real canlıdır!
* Con, div yox, Dəvə Toşakdır!
* Nildonu oyunçu biləni, başqaları qoyunçu bilər!
* Dəvənin quyruğu yerə dəyəndə Nildonun topu qapıya yandan dəyər!
* Nildo meydandakını yox, heykəlin sinəsini topa bənzədər!
* Kəlin heyi olmasa, Zohair meydanda heykələ dönər!

23 thoughts on “Atalar sözləri və zərb məsəllər”

  1. Salam Doktor! Yeni atalar sözləri və zərb məsəlləri maraqlı və mənalıdır. Əsasən də 1,2,3,7,8,11,12-ci sıralardakı məsəllər. Qardaşımız Elvar bəy bu məsəlləri Con Toşak üçün tərcümə etsəydi, yaxşı olardı.

  2. 1.Qaranquş her qapida yuva baqlamaz-ele bu kamanda seninle olduqu kimi. 2.Tersliyi tutmuş at dordnala capmaz.-ele bu kamanda senin kimi 3.Höcetleşib pambiq yiqmaq istemeyen Ramukla Uqur qazanmaq isteyer.-ele stadionun drenaji kimi. 4.Firtinadan once coxu meydana geder- ele kecmişdeki kimi 5.“M`Billa-Billa men daq yardim sizincun bes siz -esl “kişi” mektebi kimi 6.Tutqun rengin “n” herfini deyişmekle turşu -tutqu alinmaz.——–Mence atalar misali bes eder.

  3. Alqılşlar atalar sözünün yaradıcısına .Bu daha tutarlıdır ,Sabiranə bir ,şeir də yazılsa..
    Toşakı özünüzə dərd etməyin ,ndan önəmli olanlar var həyatda .dünyanın sonu deyil .Bu il Toşak gəmini səhvən gölə döndərib .Xəzər isə Dənizdir

  4. Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov “Xəzər Lənkəran”a baş məşqçi gətirilməsi ilə bağlı söhbətlərindən danışıb. “Sportarena.az”a açıqlamasında “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi hələlik orda Con Toşakın işlədiyini və bunun üçün də həmkarı haqqında heç bir ifadə işlədə bilməyəcəyini dedi:- Məni tanıyırsız, həmkarım haqqında heç nə danışa bilmərəm. Qaldı ki, mənım “Xəzər Lənkəran”a keçməyim filan, kim ki məni “Xəzər Lənkəran”da görmək istəyir, onlara öz minnətdarlığımı bildirirəm. Ancaq nə qədər ki, Toşak “Xəzər Lənkəran”dadır belə söhbət ola bilməz”.
    “Od yahmasa tüstü çıxmaz”, deyib atalar.

  5. “Xəzər xəbər” in məlumatı. Bizə daxil olan məlumatda bildirilir ki, Bakıda restoranların birində klubun vitse-prezidenti Tuyqun Nadirovla Ağasəlim Mircavadovun görüşü olub. Tərəflər onun yenidən qayıdışını müzakirə ediblər. On illik yubileyində qarşısına çempionluq məqsədi qoyan “Xəzər Lənkəran” rəhbərliyi mühüm addım atmağı düşünür. Əldə etdilimiz məlumata görə Mircavadovun qarşısına Avrokuboklara vəsiqə qazanmaq şərti qoyulub. Amma mətbuatda o da bildirilir ki, “Xəzər Lənkəran” rəhbərliyi təkcə Mircavadovla danışıqlar aparmır. Hazırda “Palmali” şirkətinin əməkdaşı Türkiyədə məşqçilərin bir neçəsi ilə əlaqə yaradıb və eyni şərtlər onlara da çatdırılıb. Yaxın günlərdə “Xəzər Lənkəran”da məşqçi dəyişikliyinin baş verməsi realdı”.

  6. Sizcə 7 suala Toşak cavab verəcəkmi ,və ya sualları ona necə çatdıracaqlar ?.
    Məncə Toşak sualların hamısını bilir ,amma o səhv etdiyini özü anlamalıdır ,və ya anlayır .bunu boynuna almağı özünə sığışdırmır ,Bir az para yığmaq üçün vaxt uzadır ,Ona Xəzərin vəziyyəti heç də maraqlı deyil ,Çünki o komandanı sevmir ,
    Gələndə vəd verdikləri ,yaşından aslı olaraq unudub xatırlasa belə dilə gətirməz ,çünki sərf etməz onu .

  7. Salam Mirhafiz muellim!.Aciqi,xeyli vaxtdir saytda mövzu yenilenmesini görmuruk.Narahat olur adam!-Sizin şexsi veziyyetiniz necedir?-Hec olmasa bir şerh yazsaydiniz…..
    *****
    Əsəbdən sağlıq durumumda ciddi problemlər yaranıb. İşimə belə gedə bilmirəm. Yəqin ki, bir müddət belə olacaq.

    • Mirhafiz muellim!-İslam Cabbarli xestelendi ve xestexanaya duşdu.Sehheti imkan vermedi ki,saytda azarkeşlerle bu cetin durumda bir yol görsetsin.Onsuzda kamandamizda baş veren yaritmaz işler coxlarini xeste edib.Bele bir anda sizinde xestelenmeyiniz onsuzda agir durumda olan azarkeşlere cox cetin gelir.Hec bir temenna bilmeyen ve menevi cehetden öz bolgesinin vurqunu olan bu insanlar kamandasinin uqursuzluqlarina sebr ede bilmir .Artiq bu coxdan qurur menbeyine cevrildiyinden hec kes “Xezer Lenkeran”-nin unvanina deyilen tenqidlere döze bilmir.Veziyyet ne qeder cetin olsada önde geden Mirhafiz,Islam kimi eline,obasina ve camiyesine bagli insanlar eseblerine hakim olmali,öz saqlamliqini qorumalidirlar.İndinin özunde ,bele cetin meqamda yanimizda olmalisiniz.Buna görede sağliq durumunuza fikir vermelisiniz.Sizleri hemişe yanimizda gormek arzusuyla, Zefer Lerikli.
      *****
      Zəfər bəy bütün azarkeşlərimizi qəlbən salamlayıram. Bu dəqiqələrdə mənəvi dəstəyə görə sonsuz təşəkkürümü bildirirəm. Hətta cavabı özüm yazmasam belə, fanklubun başqa bir üzvünə həvalə etmişəm. Allah izn versə, yenə də davam edərik.

  8. Axşamınız xeyir, Mirhafiz müəllim! Dörd gündür “Bosman.az”da sakitlikdir. Deyəsən “Xəzər Lənkəran”in düşdüyü vəziyyət Sizin də əl-qolunuzu işdən soyutdu.
    *****
    Əsəbdən sağlıq durumumda ciddi problemlər yaranıb. İşimə belə gedə bilmirəm. Yəqin ki, bir müddət belə olacaq.

  9. Axşamınız xeyirli olsun, Mirhafiz müəllim! Sizin xəstələnməyinizi oxudum, çox üzüldüm. Babanızın, Atanızın (Allah onları qəni-qəni Rəhmət eyləsin) və Sizin, adlarınızın qarşısında daşıdığınız Mir kəlməsinə, Peyğəmbər nişanəsinə, Cəddinizə bağışlasın Allahtəala Sizi. Doktor, Allah xatirinə əsəblərinizi qoruyun. Siz və İslam müəllim bizlərə hələ şox lazım olacaqsız. Hər ikinizə Uca Allahdan can sağlığı diləyirəm!
    *****
    Səmimiyyətinizə görə Allah sizi qorusun! Babam rəhmətə getsə də Atam xəstə də olsə sağdır. Allah sizin ölənlərinizə rəhmət, qalanlarınızı da hifz eyləsin bu əziz günlərin xatirinə, İnşallah!

  10. Niyə axı yaxşı insanlar .əzab-əziyyət çəkirlər.Bizlər iki insana özümüzə dayaq hesab edirdik .Onlar da bu ağırlığa dözə bilməyib xəstələndilr. İlahi onları bizlərə çox görmə ,
    Allah şəfanızı versin Mirhafiz bəy .Yaradana sığınmışıq şəfanızı Ondan istəyirik .O böyük və öz bəndələrini eşidəndir ,dualarımız yerinə yetər İNŞALLAH!
    *****
    Bu bir imtahandır, bir sınaqdır. İslam bəyin və dediyiniz kimi mənim xəstələnməyim. Əslində mən bu ilin Aprel ayında daha ağır vəziyyətlə üzləşdim. Onda azarkeşlərimizin çoxunun bundan xəbəri olmadı. Çünki onda bu saytın əvvəlki versiyası olan “Bosman.at.ua”-da çalışırdıq ki, o da mütəmadi izlənmirdi. Ümid edirəm ki, Böyük Allahın mərhəmətinə sığınanları, Allah özü tez bir zamanda, hamımızı birlikdə nicata çatdırar!

  11. Premçyer Liqada geridə qalan 13 tur ərzində uğursuz çıxış edən “Xəzər Lənkəran” qışda bir neçə futbolçu transfer edəcək.
    İdmanxeber.com-un etirablı mənbədən əldə etdiyi məlumata görə, Cənub klubu əsasən hücum və yarımmüdafiə xəttinə, eləcə də müdafiəyə futbolçu transfer etmək niyyətindədi.
    Adlarını dəqiqləşdirə bilməsək də, əldə etdiyimiz məlumata görə, bu futbolçulardan ikisi braziliyalıdı. Sözügedən oyunçuları qışda “ağ-yaşıllar”ın heyətində görə bilərik.Teki bele olsun.Qiş transferlerine umidimiz coxdur.
    *****
    Belə xəbərlərə inanmaq istəyirik. Çünki Mario Souzanın işinin bir nəticəsi olmalıdır. Bunu gözləyirik desək yanılmarıq.

  12. Axşamınız xeyir, Mirhafiz müəllim! Necəsiniz, səhətiniz necədir? Yanlışlığa görə Sizdən üzr istəyirəm. Şükür Allaha Mirsalam həkim sağdır, Allah ona şəfa versin. Mirsalam müəllimin yaşamağa daha çox haqqı çatır çünki, o alicənab, nəcib insan yüzlərlə insanı yenidən həyata qaytarıb, hələ yazdığı qəzəlləri demirəm. Belə bir deyim var; “O kəs xoşbəxtdir ki, sağlığında özünə Rəhmət qazanır”. ALLAH hər iki həkimə can sağlığı nəsib eyləsin, AMİN!
    *****
    Qabil bəy, sizə çox təşəkkür edir, minnətdarlığımı bildirirəm. Allah sizi qorusun!

  13. Salam Mirhafiz muellim!-Sozumun evvelinde deyim ki,sizin saqliq durumunuz haqqinda melumat almaqi cox isteyirik.Inanin ki,sadiq azarkeşler bu iki saytda cemlenib ve her kecen gunde yeni xeber almaq ucun bu saytlara uz tuturlar.Ele azarkeşlerimiz var ki ,bu saytlari her gun gözden kecirdir amma şerh yazmirlar.Xezer Lenkeran -Simurq oynunda men cekiliş aparanda yanimda aqsaqqallar ve ilk baxişda ziyali tesiri baqişlayan insanlar oturmuşdular.Onlar bu cekilişin harda yayimlamaqini soruşanda men bosman.az saytini dedim.Hemin insanlar biraqizdan Mirhafiz muellimin sayti!?-deye sual etdiler.Men beli !-deyenden sonra İslam muellimi ve sizi menden soruşdular.İslam muellimin xeste olmaqini ve mualicesi haqda maraqlandilar.Söhbetin esnasinda bu saytlari obyektiv olaraq teriflediler.Meni sevindiren esas meqam o idi ki,camiyemizin ziyalilari baş veren hadise ve xeberlere laqeyd qalmir,doqru-duzgun netice cixardirlar.Hansi terefden baxirsanda futbol sadece bir oyundur.Bu oyun gör camiemizi nece bir araya getirir.Bu bir araya gelmeyin sebebi ise bir-birimize olan sevgidir.Allah bu sevgini bize cox görmesin,inşallah!-Cenabi HAQQ size kömek olsun!-Amin!Hörmetle,
    *****
    Zəfər bəy, xoş o adamların halına ki, bir-birilərinə hörmət hissi ilə yanaşır, hörmətlə yad edir, nigarançılıqla xəbər tutmaq istəyir, Allah Təaladan bir-biriləri üçün duanı əskik etmirlər. Bu əziz günlərdə Allahın əhli-beyti, İmam Hüseyn əleyhissəlam və Kərbəla şəhidləri üçün gözümüz necə yaşlanırsa, onların qoyduğu yol ilə gedənlərin və tanıya bilmədiyim sizin dediyiniz o insanların bir-birindən xəbər tutma yanğısı və arzusu olan qardaşlarımızın halına xoş olsun ki, onlar Allahın buyurduğu hisslərlə yaşayır. Mən Kərbəla müsibətindən gözü yaşlıykən, sizin bu xəbərinizdən də mütəəssir oldum. Nə yaxşı ki, sizin kimi və nişan verdiyiniz o insanlar kimi səxslər camiəmizdə hələ çox var və inanıram ki, daim olacaq. Məhz bu ab-hava mənim tezliklə sağalmama təkan verir. Allah bütün xəstələrimizə şəfa versin, sevdikləri xatirinə, İmam Hüseyn xatirinə! Tezliklə görüşünüzə gələcəyik İnşallah!

  14. hey uşağlar google də alacakaranlik yeni ay yazəb axtarəşa verin sonra orada birincisinə girin sonra gozleyin qoyun reklam getsin sonra da reklam qortarandan sonra izleyin baxin gozəldi yəqin ki bu filmi izləmisiz də yəni türk kanallarina baxıbsiz hey uşağla men azerbaycanliyam 6-ci sinifde oxuyuram sağ olun

Comments are closed.