"Araz-Naxçıvan"ın I Divizion rekordu

“Araz-Naxçıvan” və “Ağsu” arasında keçirilən oyunda rekorda imza atılıb. Orasport.az-ın məlumatına görə, oyunu stadiondan 7000 azərkeş seyr edib. Qeyd edək ki, matç naxçıvanlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu məlumata cavab olaraq, sağlam rəqabət və güclü azarkeş marağı baxımından, “Bosman.az” saytı bunları bildirmək istəyir. 
Bu məlumatdan sonra Naxçıvanda da futbola böyük azarkeş marağının olduğu qənaətinə gəlinir. Vaxtı ikən SSRİ çempionatının ikinci dəstəsinin, doqquzuncu zonasında “Xəzər” (Lənkəran)-lə eyni divizionda mübarizə aparan Naxçıvanın “Araz” komandası, Azərbaycanı digər komandalarımızla birlikdə layiqincə təmsil edirdilər.
Demək olar ki, cari mövsüm qarşısına Premyer Liqamıza vəsiqə qazanmağı məqsəd qoymuş “Araz-Naxçıvan” I-divizoonda çox mükəmməl çıxış edir. 17 turda cəmi bir dəfə məğlub olan bu komanda turnir cədvəlində liderdir. Qalan turlarda da uğurlu çıxışı nəticəsində, yəqin ki, yuxarı diviziona vəsiqəni təmin edəcək komadalardan biri olacaq.
Beləliklə, Premyer Liqamızda “Xəzər Lənkəran”dan savayı tribunalara azarkeş yığmaqda çətinlik çəkən klublarımız “Araz-Naxçıvan”a bu cəhətdən həsəd apara bilərlər. Yəqin ki, Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə oyunlar daha artıq maraq kəsb edəcəyindən, “Araz-Naxçıvan”ı dəstəkləmək üçün tribunalara daha çox adam cəlb edəcək. Bu isə çox sevindirici hal olub, “Xəzər Lənkəran” azarkeşlərinin də marağına səbəb olacaq və güclü, eləcə də sağlam rəqabətə yol açacaq.
İndi isə sizlərə I Divizionun turnir cədvəlini təqdim edirik:
I-divizion

5 thoughts on “"Araz-Naxçıvan"ın I Divizion rekordu”

  1. Bu sevindirici haldir. Men bu komandanin logosundaki yaranma tarixine baxdim : 1967.
    Bir coxlari kimi men de, bizim komandanin yaranma tarixi narahat edir. Dusunurem ki artqi bu movzu haqqinda da diskusiyalar etmeliyik. Hem de fan klublar buna oz munasibetini bildirmelidirler. Huquqsunaslar ne deyir buna ? kecmis Xezer komandasi alinarken onun yaranma tarixi qoruna bilinerdi mi ? Eger bunun hec bir dexli yox idise onda klub niye yaranma tarixini kohne ile gostermir ? Hetta dusunurem ki ola biler onlar ozleri de bunu bilmerekden edibler. Yaddan cixarda bilerler. Cunki illerdir biz, bezi idarecilerin idareciliyinden eziyyet cekirik. Yeqin ki bu da onlarin sehvlerinden biri…
    *****
    Çox hörmətli İdrak bəy, Siz “Bosman” fanklubunun təsisçilərindən biri kimi, bu barədə müəyyən məlumata maliksiniz. Ancaq son dövrlər ölkə xaricində olmusunuz deyə, bir şeyi nəzərinizə çatdırmaq istəyirəm. Bizim ötən il klub nümayəndələri ilə görüşdə şəxsən mən bu fikri səsləndirdim. Bunun çox önəmli məsələ olduğunu onların diqqətinə çatdırdım.
    Cavabında Tuyqun Nadirov dedi ki, siz özünüz ziyalılardan ibarət bir fanklubsuz və daha başqa ziyalıları da cəlb etməklə, bu işi araşdırın. Araşdırıcı bir qrup düzəldin və fəaliyyətə başlayın. Tutarlı nəticələr və faktlarla bunu bizə təqdim edin. Biz, başda klubun sahibi də daxil olmaqla, bir klub olaraq, həmin tarixi sözsüz qəbul etməyə hazırıq. Bu yöndə klubun hər hansı bir köməyinə ehtiyac duysanız, ona da canla-başla hazırıq. Təbii ki, bu işə çoxlu vaxt və sərmayə lazımdır. Biz də klubdan para yardımının əleyhinəyik. Bunu siz də gözəl bilirsiniz. İnşallah daxili imkanların hesabına bunu etmək böyük arzumuzdur.
    Biz, bu məsələ ilə maraqlandıqdan sonra ortaya qəribə bir təzad çıxdı. Aldığımız bilgilərə görə “Xəzər Lənkəran” tərəfdarları və hətta veteranları arasında da bu barədə fikir ayrılığı var. Məlumat isə tarixi şahidlər kimi onlardan da toplanmalı idi. İndi bunları bir araya gətirmək və yekdil rəy üçün görün nə qədər orta mövqedən çıxış etmək lazımdır. Buna isə həddindən çox vaxt gərəkdir. Hərdən klubu günahlandırdıqda, gərək öz günahlarımızı da deyək.

  2. İdrak qardaşımızın fikriylə mən də şərikəm. Mən həmişə komandamızın indiki tarixini hər hansı bir yazıda oxuyanda xəcalət çəkirəm. Bu yaş məsələsini indiki cavan nəsil bilməsədə mən də daxil olmaqla çoxumuz hələ 60-70 ci illərdən “Xəzər”imizin rəsmi oyunlarına sevə-sevə baxmışıq. Bu tarix məsələsi bizim ən ağrılı yerimizdir. Heç olmasa bir vaxtlar komandamızla çiyin-çiyinə SSRİ çempionatının ikinci dəstəsində bir qrupda oynayan “Araz”dan nümünə götürək.

  3. Salam, Mirhafiz müəllim! “Araz-Naxçıvan”ın Premyer Liqaya vəsiqə qazanması çox yaxşı olardı. İlk növbədə “Araz Naxçıvan” çempionata yeni rəng qatmaqla mübarizəni daha da rəngarəng edəcək. Naxçıvanlılar da bizim kimi futbolu çox sevir. Əgər birinci divizion komandası öz meydanında 7- min tamaşaçı yığırsa bu rəqəm “Xəzər Lənkəran”ı çıxmaq şərtiylə qalan komandalar üçün əlçatmazdır.
    *****
    Tamamilə doğrudur, Qabil bəy!

Comments are closed.