Altılıqlar arası əlaqələrin kəsilməsi və ya 1-ci altılıq “Xəzər Lənkəran”a qarşı

kubok
2009/2010 –cu il Azərbaycan premyer liqasında çempionluq və kubok uğrunda 12-komanda mübarizəyə başladı (1-ci dəstə komandaları xeyli əvvəl kubokda mübarizəni dayandırmışdı). Çempionat bu il başqa bir formatda yəni “6-lıq” sistemi üzrə keçirildiyindən, əvvəlcə 12 komandalıq təsnifat mərhələsi keçirildi. Bununla da 1-ci yerdən 6-cı yer də daxil olmaqla qərarlaşan komandalar çempionluq uğrunda, 7-12 –ci yerlər isə elitada qalmaq uğrunda mübarizələrini davam etdirmək üçün final mərhələsi deyilən iki “6-lığ”a ayrıldılar.
 
Lakin bu iki altılıq arasındakı əlaqə tam kəsilmədi. Kubokda iddiasını ½ final mərhələsinə qədər davam etdirən “Olimpik-Şüvəlan” komandası bu “6-lıq”lararası əlaqəni bu günə qədər yəni 05.05.2010 –cu ilə qədər davam etdirə bildi.
 
Kubokun ½ final mərhələsində üçü birinci “6-lıq” komandaları olan, “İnter”-“Bakı” klubları bir biri ilə və üçüncüsü “Xəzər Lənkəran” olan, yeganə 2-ci “6-lıq” komandası ilə yəni “Olimpik-Şüvəlan”la mübarizə aparırdı. İlk oyunların nəticələri artıq məlum idi, “Bakı” öz meydanında “İnter”ə 0-1 hesabı ilə yenilmişdi, “Olimpik-Şüvəlan” isə son anda qapıçımız Kamran Ağayevin kobud səhvindən sonra hesabı 1-1 etməyə nail olmuşdular. Baxmayaraq ki, “Xəzər Lənkəran” bu oyunda tam əsas heyətlə çıxış etmirdi. Bunun da əlbəttə çempionat oyunu ilə bağlı öz səbəbi var idi. Çoxları finala çıxacaq komandaların artıq birinci cütlükdən “İnter” , ikinci cütlükdən isə “Xəzər Lənkəran” olacağını düşünürdü. Amma onda turnir cədvəlində vəziyyət və başqa amillər başqa söz deyirdi.
 
Bu gün cavab qarşılaşmasında “Xəzər Lənkəran” öz işinin öhtəsindən “Olimpik-Şüvəlan”a 2-1 qalib gəlməklə, vəzifəsini yerinə yetirmiş oldu və finala adlamağı bacardı. Çünki komandamız həm kubok və həm də çempionluq uğrunda mubarizəsini bütün maneələrə baxmadan davam etdirir. Qaldı ikinci cütün taleyinə rəqib meydanında qələbə qazanan “İnter”, nədənsə öz meydanında “Bakı”ya heç gözlənilmədiyi halda 1-3 hesabı ilə məğlub oldu.”İnter” oyunu udmağa heç istəkli də görünmürdü. Yəqin bu matçı televiziyadan izləyənlər də buna şahid olublar. Belə şübhəli məsələlər bir az düsünməyə vadar edir. Və düşündükcə bəzi mətləblər ortaya çıxır.
 
Turnir cədvəlinə diqqət yetirsək,sona iki tur qalır, 27-xalla “Xəzər Lənkəran” vahid liderdir. İkinci yerdə 25-xalla “İnter” klubu qərarlaşıb, üçüncü yerdə isə 24-xalla “Bakı” qərarlaşıb. Növbəti, yəni 31-ci turda”Xəzər Lənkəran” səfərdə “Qarabağ”la qarşılaşır və heç olmasa heç-heçə edib xal itirmək ehtimalı var,belə olan halda “Xəzər Lənkəran” xalını 28-ə yüksəldə bilər. Sonuncu, 32-ci turda isə Lənkəranda “Bakı”nı qəbul edəcəyik. Əgər “Bakı” da əvvəlki üzdəniraq ənənələrini yenə davam etdirməyə,yerə uzanmaq və s.kimi hərəkətlərlə heç-heçəyə nail ola biləcəksə, onda bir xal da artırıb çempionatı 29 xalla bitirə bilərik.
 
31-ci turun digər oyununda “Bakı”, “İnter”i qəbul edir. Burada, “İnter”, “asanlıqla” kubok məğlubiyyətinin “əvəzini çıxır” və xallarının sayını 28-ə çatdırır. Son, 32-ci turda da “İnter” öz meydanında “Qəbələ”ni qəbul edərək qələbə qazanmaqda çətinlik çəkmir və daha üç xal qazanaraq çempionatı 31-xalla zirvədə tamamlayir.
 
Onsuz da çempionluq ümidləri ərimiş olan “Bakı”nın yeganə ümidi kubokadır ki, o da buna belə nail olmaq istəyir, əlbəttə finalda komandamıza qalib gəlməyi bacarsa… Zatən itirəcəyi bir şey onsuz da yoxdur.
 
Sizlər necə razılaşırsınız razılaşın. “Xəzər Lənkəran” qalan iki turda da qalib gələcək, və 33 xalla Çempionluğu, finalda qalib gəlməklə isə kuboka sahib çıxmasını bayram edəcəkdir. Sənin buna gücün yetər “Xəzər Lənkəran” ! Bizi qızıl dublla sevindir İnşaallah!
 
Arxiv: Bosman.at.ua