Futbol mütəxəssisi Ağasəlim Mircavadov müsahibəsində futbol üzrə Topaz Premyer Liqası, Berti Foqtsun milli komandanın sükanı arxasında işinə mümkün davamı və Yuri Syominin bu vəzifəyə namizədliyi haqda danışıb.
– Çempionatı izləyirsiniz?
– Əlbəttə. Düşünürəm ki, hər şey öz axarında gedir. Məhz güclü olan qalib gəlir. Ancaq hazırda çempionluğun taleyi üç komanda arasında həll olunur. İkinci dövrə artıq sona yaxınlaşır. Cəmi iki tur qalır və ən çox xal yığmağı bacaran komandaya üçüncü dövrənin əvvəlində daha asan olacaq. “İnter” “Xəzər Lənkəran”la oyunda xal itirməsəydi, bu mübarizəyə qoşula bilərdi.
Qarşıdakı iki turda çox şey həll ola bilər. Birinci və üçüncü yerlər arasında fərq cəmi iki xaldır. Əgər komandalar çempionluğa can atırlarsa, öz yolunda hamını məğlub etməlidirlər. Buna rəğmən, sonda “qızıl”ı kimin götürəcəyini demək, çətindir. Hər şey dəyişə bilər. Düzdür, 9 xal geridə qalmış komandanın rəqabəti saxlaması halı bizim çempionatda yoxdur. Bu, İngiltərə premyer-liqası deyil ki, mümkün olsun. Ancaq qeyd edim ki, oyuna görə çox komandalar yaxşı təsir bağışlayır. Ancaq xallara gəlincə cəmi üç komanda irəlidədir.
– Yəqin ki siz, yarış cədvəlinin iki lideri – “Qarabağ” və “Neftçi” arasındakı son oyuna (3:1) baxmışınız?
– Neftçi sanki qalib ruhunu, istəyini itirib. “Qarabağ” isə çox yaxşı oynayır. Komanda aşkarca öz axarındadır. Mən deyərdim ki, fevral və martda bizi çox maraqlı və çətin oyunlar gözləyir.
– Bəs yarış cədvəlinin alt sıralarında olan komandalar gəlincə?
– Bilirsiniz, 10 komanda 4 dövrə oynayır. Bu, ona gətirir ki, bir komanda digər rəqiblə dörd dəfə görüşür. Ancaq rəqibdən aşkar güclüsənsə, bu az qala 12 xalın təminatıdır.
– Qarşıda qış fasiləsidir və transfer pəncərəsi açılır…
– Qışda komandalar yaya hazır olmaq üçün, kimlərlə güclənmək barədə düşünməlidir. Ancaq bu vaxt ərzində oyunçu tapmaq asan deyil. Çünki çoxlarının qüvvədə olan müqaviləsi olur. Əgər bizim komandalar avrokuboklarda uğurlu çıxış etmək istəyirsə, onda indidən hazırlaşmalıdırlar ki, oyunçular yeni kluba öyrəşsin.
– Bu yaxınlarda “Xəzər Lənkəran”ın sükanı arxasına məşhur türk mütəxəssis Mustafa Dənizli keçdi və o, bu vəzifədə digər məşhur mütəxəssis, uelsli Con Toşakı əvəzlədi. Necə hesab edirsiniz, Dənizlinin “Xəzər Lənkəran”da işləri alınacaq?
-Mən çox istərdim ki, alınsın. “Xəzər Lənkəran”a çempionluğa köklənən komanda kimi həmişə hörmət etmişəm. Əlbəttə ki, azarkeşlərə də. Lənkəranda işləmək və yaşamaq çətindir. Bu mənada ki, məşqdən sonra sərbəst vaxtını harada keçirəcəyini və istirahət edəcəyini bilmirsən. Axı futboldan da arada bir qədər yayınmaq lazımdır.Artıq psixoloji təzyiq olmaz. Mən hesab edirəm ki, baza stadionun yaxınlığında olmamalıdır ki, komanda mənən futbol meydanı üçün darıxsın.
– Klub suallarından milli tərəfə keçək. Artıq dekabrın 18-də yığmanın baş məşqçisi sualına aydınlıq gətirəcək AFFA-nın İcraiyyə komitəsinin iclası keçiriləcək. Necə hesab edirsiniz, Foqts öz postunda qalacaq?
– Hazırda, mən belə başa düşürəm ki, Foqts qalacaq. Çox söz-söhbət olub. Ancaq hər şey buna gətirir ki, çox güman ki, o, komandanı tərk etməyəcək. Ancaq əvvəlki tək, onun qarşısında qoyulan məqsədlər aydın deyil. Hər halda, qərarı İcraiyyə komitəsi qəbul edəcək və onun qarşısında məqsədləri müəyyən edəcək.
–Berti Foqtsun millini Avro-2016-nın final mərhələsinə çıxarmaq istəyi yada düşür.
– Söz-söhbət var və rəsmi müqavilələr var. Çox şey danışmaq olar. Əsası isə, müqavildə olandır. Yox əgər əcnəbi dəvət etmək qərarına gəlsələr, qoy yaxşısı budur ki, Foqts qalsın. O, artıq oyunçuları da, yerli klubları da tanıyır.
– Bu günlərdə Rusiya mətbuatında bildiriblər ki, “Qəbələ”nin baş məşqçisi Yuri Syomin Foqtsun yerinə əsas namizəddir.
– Birincisi, onun “Qəbələ” ilə müqaviləsi var. Bizdə, Azərbaycanda “müqavilə” sözünü heç də həmişə ciddi qəbul etmirlər. Ancaq bu, peşəkar fəaliyyətdir. Orada nəyi etmək, nəyi etməmək göstərilib. Əgər ona bu təklif edilibsə, onda son qərarı klub prezidenti verəcək. Belə ki, onun qüvvədə olan müqaviləsi var. İkincisi, məşqçi klub və yığmada işləyəndə bu, həmişə xeyirli deyil. Öz təcrübəmdən deyirəm. Ötən əsrdə Valeri Lobonovskinin işindən daha məşhur misal gətirmək olar. O zaman Lobanovski Kiyev “Dinamo”sunun və SSRİ yığmasının məşqçisi vəzifəsini icra edirdi. SSRİ yığmasında uğurlu zaman kəsiyi vardı. Ancaq ümumilikdə alınmadı. 80-ci illərin sonunda uğurlu çıxışı xatırlamaq olar. Ancaq onda yığmanın 90 faizi Kiyev klubunun oyunçularından təşkil edilmişdi.
İstənilən halda, məşqçinin uğur gətirməsini istəyirəm. Ancaq mən özüm yerli məşqçinin tərəfdarıyam. Çünki yerli, mentaliteti də bilir, oyunçuları da tanıyır və dil əngəli yoxdur. Bütün bunlar müsbət təsir edir.
Mənbə: azerisport.az
6 thoughts on “Ağasəlim Mircavadov: "Lənkəranda işləmək və yaşamaq çətindir"”
Comments are closed.
Mən Ağanin musahibəsini oxumuşam.Nədənsə ,belə musahibələr onun zərərinə işlədiyini bilə-bilə yenə eyni sözləri təkrarlayir.Bu gun Ağaya rəsmi təklif olsa sevindiyindən neynədiyini bilməz.Futbolcu nazir deyil ki…..əgər pulu ona coxluq edirsə getsin öz olkəsində istirahətinidə öz olkəsinə uyğun etsin.Əgər klubu qəbul edibsə buranin qayda-qanunlarina tabe olsun.Mircavadov ucun Baki uzaq deyil və onada təklif olmayib.İndi nədən gileylidir ki ?-Hələ onu Lənkəranda cox azarkeş istəyir….bundan onun xəbəri yoxdur ki..Beləsə,-bu aciqlamalari qoy əcnəbidən eşidək.
Axşamınız xeyir, Mirhafiz müəllim! A.Mircavadovun müsahibələrinə demək olar ki, müxtəlif saytlarda hər həftə rast gəlirəm və hamısını da oxuyuram. Ona görə ki, jurnalist Mircavadova “Xəzər Lənkəran” haqda mütləq sual ünvanlamalıdır. Məncə klubumuz haqda verilən suallar həm iki tərəfli razılaşdırılmış suallardır həm də A.Mircavadovun marağındadır. Çünki, heç kim ona əvvəllər işlədiyi “Gəncə”, “Şəmkir”, “Neftçi” haqqında suallar vermir və verilən suallar məhz “Xəzər Lənkəran” haqda olur. Mən düşünürəm ki, A.Mircavadov üçün artıq “Xəzər Lənkəran” səhifəsi qapanıb. Çünki, klub rəhbərliyi A.Mircavadova iki dəfə şans verib və onun “Xəzər Lənkəran”da işləmək limiti bitmiş hesab olunur.
LENKERAN-seheri o,biri rayonlardan hecde darixdirici deyil.Denzi mesesi zengin metbexi ve, sade insanlari var.Bu haqda cox sey yazmaq olar..
Premyerlqada oynayib ve hal-hazirda oynayan eyalet komandalarina nezer yetirsek LENKERAN seheri onde gedir. IMISLI-BERDE-TOVUZ,-YEVLAX kimi rayonlarda futbolcular darixmir, LENKERAN kimi seherde darixir?????? Kime xos deyil gede biler, biz hec kimi gucle saxlamiriq…
A.Mircavadovun ikinci dəfə baş məşqçiliyi dönəmində sonuncu turda “Fırtınalar meydanı”nda “Bakı”ya məğlubiyyət bizi çempionluqdan məhrum etdi. Şəxsən mən həmən gecə səhərə kimi yata bilmədim. Bir həftə sonra yenə “Bakı”, ölkə kubokunun finalında komandamızı kubokdan məhrum etdi. Bizim böyük ümid bəslədiyimiz A.Mircavadovun komandanı əsas oyuna kökləyə bilməməyinin ucbatından həm çempionluq həm də ölkə kuboku əldən getdi.
*****
Bizcə burda A. Mircavadovun günahı yox idi. Bu onu göndərmək istəyənlərin günahı idi.
Axşamınız xeyir, DOKTOR! Mənim üçün həm maraqlı, həm də anlaşılmayan odur ki, A.Mircavadovu göndərmək istəyənlər(torba tikənlər) niyə məhz çempionluğun bircə addımlığında bu addımı atdılar. Məgər istədikləri planı çempionluqdan sonra və ya çempionatın əvvəlində, ortasında həyata keçirə bilməzdilərmi?
*****
Həmin oyunu yada sala bilsəniz, hər şey sizə aydın olar, Qabil bəy. O cürə heyətin qətiyyən əvvəlki oyunlardakı döyüşkənliyi yox idi. Elə bil qaynar sudan çıxmışdılar. Hə, bir də çempionluğun əldən verilməsi, böyük səbəbdir axı. Məqamı əldən vermək olmazdı. Onun komandaya gətirilməsi “böyük xahişdən” sonra baş tutmuşdu deyə, “böyük səbəb” lazım idi.