Ad gününüz Mübarək!

Bu gün ”Bosman” fanklubu üçün daha iki məqamla yadda qalan bir gündür. Fanklubumuz iki üzvünün doğum gününü qeyd edir.
Bu dəyərli üzvlərimizdən biri Kamran Abdullayev, digəri isə Ağamir Dadaşzadədir.
”Xəzər Lənkəran”a sonsuz sevgisiylə bağlı olan bu insanlar ona görə ”Bosman”çıdırlar ki,çünki “Bosman”ın baxışlari ilə onlarının baxışları üst-üstə düşür.
Abdullayev Kamran Sahib oğlu öz fəaliyyəti ve məsləhətləri ilə həmişə öndə gedən üzvlərimizdəndir. O, keçən ilin sentyabrında xoş bir təsadüf nəticəsində, Minsk şəhərində UEFA prezidenti Mişel Platini ilə də görüşməyə imkan tapmış və ”Xəzər Lənkəran” haqqında kiçik dialoqun iştirakçısı olmuşdur ( bu barədə əvvəllər mediada məlumat getmişdir)
.

Agamir ad gunuDadaşzadə Ağamir Mahir oğlu isə gənc olmasına baxmayaraq, fanklubun işlərində ”Xəzər Lənkəran”a dəstək baxımından xeyli fəalliq göstərən üzvlərimizdəndir.O,yorulmadan ”Xəzər Lənkəran”
harada, biz də orada! şüarına sadiq olan ən fəal üzvlərimizdəndir.

Hər iki Bosmançıya doğulduqları bu Mart ayının bahar təravətini, gələcək həyat və fəaliyyətlərində uğurlar, can sağlığı, ən böyük arzularından olan doğma klubumuzu daim yüksək zirvələrdə görməsini və çempionluğunun şahidi olmalarını arzu edirik!
 ”Bosman” fanklubunun idarə heyəti         11.03.2010

Arxiv: Bosman.at.ua

3 thoughts on “Ad gününüz Mübarək!”

  1. (11/Mar/2010 15:25)
    Kamran bey ve Ağamir beyi doğum gunleri munasibetile tebrik edirem. Hemise Xezer Lenkeranimizin yaninda olsunlar. Biz de onlarla fexr edek. 100 Yaşayin.

  2. (12/Mar/2010 20:25)
    Butun fankulub uzvlerini salamlayiram ve minnetdarligimi bildirirem.Sayitimizin yaranmasina gore de butun ”Bosman” fanklubunun uzvlerini tebrik edirem.Sayitimiz uzun omurlu olsun!!!
    INSALLAH

Comments are closed.