Bu günü “Xəzər Lənkəran” ailəsində xoş bir gün hesab etmək olar. Çünki bu böyük ailədə hamının sevimlisi və xüsusi hörmət bəslədiyi bir insan doğum gününü qeyd edir. Bu şəxsin Elvar Quliyev olduğunu desək, əlbətdə hamı ona ən xoş ürək sözlərini bildirəcək. Çünki bu şəxs yorulmadan “Xəzər Lənkəran” üçün can yandıran bir insandır. Bunu sıravi azarkeşdən tutmuş klubumuzun rəhbərliyinə qədər hamı təsdiq edər.
Elvar bəy işinə çox diqqət və hörmətlə yanaşan bir insandır. Komandamızın sevincli anlarında onun necə uşaq kimi sevindiyinin dəfələrlə şahidi olmuşuq. Çətin günlərində isə necə pərişan olduğunun və hətta qəhərləndiyinin şahidi olmuşuq. Bax bizim belə kadrlara həqiqətən də böyük ehtiyacımız var. Bu cür can yanğısı ilə işinə yanaşan və peşəkarlığına heç bir şübhə olmayan belə bir insanlardan təşkil olunduğuna görə bütün “Xəzər Lənkəran” ailəsi fəxr edə bilər və əlbətdə ki, daim inkişafda ola bilər.
Təsadüfi deyil ki, onun əməyini qiymətləndirdiyimizə görə ikl il ğncə, saytımız Elvar bəydən geniş müsahibə götürmüşdü. Müsahibədə saytımızın “Elvar bəy, neçə dil bilirsiniz?” sualına o, ilk olaraq ana dillərini, Talış və Azərbaycan dillərini saymaqla başlamış və yeddi dil bildiyini söyləmişdi. Biz isə onun hər kəslə ünsiyyət qura bilməsini və hər kəslə dil tapa bilməsini də bura əlavə edib, onun səkkiz dil bilməsini iddia edə bilərik.
Sentyabrın 20-də 32 yaşını qeyd edən Elvar bəyə ad günün mübarək, deyirik! Sizə saytımız və “Bosman” fanklubu adından ən xoş arzularımızı çatdırır, uzun mənalı ömür və bütün işlərində müvəffəqiyyət arzu edirik. Onu da arzu edirik ki, canınız qədər sevdiyiniz “Xəzər Lənkəran” daim sizi sevindirsin.
“Bosman” Fanklubu 20. 09. 2013
4 thoughts on “Ad Günün Mübarək, Elvar Bəy! Bu ad günü mərasimi komanda ilə birlikdə (Fotolar)”
Comments are closed.
ELVAR-bey sizi semimi qelbden tebrik edirem can saligi uzun omur arzu edirem.
Elvarın poliqlot olması onun intellektual səviyyəsinin bariz göstəricisidir. Xasiyyətcə səmimi, gülərüz, saf qəlbli, öz işinin yüksək səviyyədə peşəkarı və nəhayət ən əsası “Xəzər Lənkəran”a ürəkdən bağlı insandır. İnanmıramki böyük camiəmizdə Elvarı sevməyən kimsə tapılsın. Ad gününü təbrik edirəm.ALLAHIN NƏZƏRİ ÜSTNDƏN ƏSKİK OLMASIN!
Bir azarkeş kimi mende Elvar beyi tebrik edirem ve arzu edirem ki, kamandamizin cempionlar liqasinin finali bextine yazilsin.Uqurlar Elvar bey!
Elvar qardasimizi tebrik edirem.Allahdan ona can sagligi arzu edirem. Ne yaxshi ki Xezer Lenkeranimiz var.Bele bir insanla tanis olmusuq.100 Yasa.