A, qılquyruq qırqovul…

Çox maraqlıdır. Saytda çox gözəl, mahiyyət açıcı yazılar gedir. Belə yazılara nədənsə azarkeş şərhləri az olur. Hərdən mənə elə gəlir ki, bu saytda yalnız şərh yazanlar ”ikili xarakter” numayiş etdirənlərdir. Komandasının həqiqi azarkeşi belə yazıları dərindən oxumalı və nəticəyə varmalıdırlar. Gözləmək olmaz ki, hər şey açıq, yalnız muəllifdən gəlsin. Əslində ,muəllif hər şeyi açıq deməyi bacarır və bunu həmişə oxucusuna deməklə, həmçinin az bir qismini oxucunun öhtəsinə buraxmaqla edir. Nə edək ki, bu həmişə öz effektini vermir, çunki bəlkə də bu yazılar üçün yetişməmişik. Unutmaq olmaz ki, bu yazılar üçün “yetişmiş” insanlar əks mövqe numayiş etdirməklə bizim kimi sadə azarkeşləri çaşdırır və onlardan öz ambisiyalari üçün məharətlə istifadə edirlər.
Komandamız uduzan kimi hami ilk növbədə üzdə olanları, daha doğrusu oyunçuları, məşqçini və nəhayət klub rəhbərlərini qınayır. Bu qınamalar real ünvana çatmayinca, bu kimi şərhlərdən maraği olan kimsələr istifadə edir. Bu kimsələrə komandamizın stabil oynu heç cür sərf etmir. Bu kimsələrin adını demək indiki anda bəlkə də mümkün deyil. Mümkün olsa belə, bu çox qınaq obyektinə səbəb olar. Bunun yeganə səbəbi bizim hələ bu kimi hallara düzgün yanaşma tərzimizin formalaşmaması mane olur. Kimsə bu yazımın hesabını məndən soruşa bilər və onlara bir cavabım var. Komandamızın oyunlarının əvvəl əzmkarlığının səbəbi ilə son oyunlardakı cılızlığı ilə müqayisə etsinlər. Qənaətə gələ bilməsələr , əvvəlcə öz vicdanları qarşısında cavab verməyə çalışsınlar. Əgər yenə cavab tapa bilməsələr onda nə deyirlər, qoy desinlər. Lakin bizim daha aldanmaq istəmədiyimizi anlasınlar və düzgün yola gəlməklə fəaliyyətlərini davam etdirsinlər.
Komandasına ləyaqətlə və heç bir təmməna düşünmədən xidmət edən bir neçə sayt mövcuddur. Bu saytların kifayət qədər düşməni olduğunu heç düşünmək istəməzdim. İndisə açıq deyirəm. Üzdə dost kimi görünməyə çalışanların bəziləri (belə ki, biz bunları ayırd etməkdəyik) əsl xəyanət altında gizlənənlərdir. Necə olur ki, saytda gedən əksər yazıya fikir bildirməyə xəsislik edənlər, tənqidi və haqlı yazılar qarşısında “futbol biliciləri” olurlar. Onlara bir sözum var: Qırqovul başını kolda gizlədib, amma quyruğundan xəbəri yoxdur!”
Müəllif: Zəfər Lerikli

11 thoughts on “A, qılquyruq qırqovul…”

  1. Salam Müəllim! Salam Zəfər qardaş! Mən demişdim axı sayta sərbəst şəkildə yazı yazmaq Sizdə alınar. Buda zəhmətin bəhrəsi. Mövzu aktual, yanaşma tərzi də sadə və başadüşülən. Əminəm ki, yazını bu işdə bir peşəkar olaraq hörmətli Doktor da bəyənər.
    Mövzuya aid fikrimi “12 ci oyunçu”da bildirmişəm və bu işdə Sizə uğurlar arzulayıram.
    *****
    Salam, Qabil bəy! Amma biz sizdən də yazı gözləyirik.

  2. ZƏFƏR qardaşım! Sizin “Necə olur ki, saytda gedən əksər yazılara fikir bildirməyə xəsislik edənlər tənqidi və haqlı yazılar qarşısında “futbol biliciləri” olurlar” yazdığınız haqlı fikrinizi alqışlayıram. Çünki,bu halı saytımızda dəfələrlə mən də müşahidə etmişəm. Azarkeş saytında qəfil peyda olan belələri, azad azarkeş adı altında maskalananlar məlum məsələdir ki, kimlərin “zakaz”ını yerinə yetirir. Onsuz da belə “maskalı”lar çox da uzağa gedə bilməz çünki, bir azca dərinə gedən kimi maskası yırtılacaq…

    • Qabil qardaşim!. Sizə təşəkkur edirəm və bildirmək istəyirəm ki, artiq “XL”-la bağli haqsizliqlara qarşi mubarizəyə fəal azarkeşlər dolğun yazilari ilə cavab verməlidir və urəyi sinəsində çirpinaraq haqqi ayird etməyə çalişmalidirlar.12cioyunçu.info saytinda təhqirlərin əleyhinə olmuşam və həmişə təhqirlə sözlərini ifadə etməyə çalişanlarin duzgun mövqe tutmadiqlarinda təqsirləndirmişəm..Son zamanlar buna muəyyən dərəcədə nail ola bilmişik.Söz yox ki, həmişə “XL” adi gələndə varliği ilə bu kamandaya ,əslində bu bölgəyə, bu camiyyəyə ,bu azarkeşlərə hamimizdan yaxin olan İslam muəllim Cabbarlinin zəhmətini qeyd etməmək olmur.Sizin kimi yuksək intelekt sahibi insanlarinda xidmətləri əvəzolunmazdir.İstənilən mətbu orqani savadli oxucularinin sayəsində kəsərli söz sahibi olur.Bu son aylarda əgər fikir vermisinizsə , yuksək intelektli peşə sahiblərinin saytda söz ifadəsinin azadliği ilə dedikləri yazilari belə ,-aqresiya ilə qarşilanir. (ETİBAR CƏBRAYİLOĞLUNUN yazilari belə)Bunun səbəblərini analiz etmək istəyirəm.Ən çoxda məni belə bir sual duşundurur. Görəsən kamandamizin qeyri-stabil oynanasi kimləri vəzifəsində saxlamağina zəmin yaradir və əgər kamandamizda hər şey qaydasinda gedərsə ,onda kimlər kamandamizin rəhbərliyində olmayacaq!?-Bu barədə duşunsəmdə ,hələ heçnə qərara gələ bilməmişəm.Əgər nəyinsə izinə duşmuşəmsə ,deməli tapa bilərəm.Nə qədər ki ,heçnə tapa bilməmişəm, duşunməsinlər ki ,heç vaxt tapa bilməyəcəyik.(Artiq cəm halinda).Biz ki, hələ bu axtarişin izinə duşməmiş muəyyən klub rəsmiləri sirasinda yer alan insanlar öz işlərini əməlli -başli analiz etsələr və duzgun yola istiqamət götursələr, yəqin ki , fayda taparlar.XL kamandasi maddi cəhətdən əcnəbiyədə malik ola bilər amma mənəvi cəhətdən bizə bağlidir və bu bağliliği heç bir maddiyyat ələ keçirdə bilməz.Ən azi bunu bilmək gərək.

  3. Gozel yazidir. Ellerinize sagliq. Davami gelsin hemise. Ugurlar!
    *****
    Sizə də uğur arzulayırıq!

  4. Zəfər bəyin azrkeş qayğısı ,komandası üçün belə yanması çox alqışlanaısı haldır, bu yazı bir şeri parçasından misrasını yadıma saldı.
    .
    Sən yanmasan ,mən yanmasam
    Necə çıxar qaranlıqlar,aydınlığa?
    *****
    Zəfər bəy kimi bir-iki nəfərimiz yatanları və məqsədli “yatanlar”ı ayılda bilmir. Yenə dahi Sabirin şeiri yada düşür:
    Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!
    Nə də tərpənməyir üstündəki yorğan, ölübə!..
    Bu qədər qışqırığa durdu qonum-qonşu təmam,
    Dəbərişməz də, veribdir, deyəsən, can, ölübə!
    Demək olmaz dirilərtək yatıb, əlbət, duracaq,
    Ölülər yatmağıdır, yox buna payan, ölübə!
    Çox sovuqdur çıxan ahəstəcə tək-tək nəfəsi,
    Bədənində donuşub, ləxtələnib qan, ölübə!
    Cumuxub canına bitlər, birələr, hiss eləmir,
    Çalsa əqrəb də hənuz eyləməz əmman, ölübə!
    Hansı bir doktora ərz etdim onun illətini,
    Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölübə!
    Nə “massaj” ilə, nə “məsnui-tənəffüslə” bunun –
    Və nə “dağ” ilə olur dərdinə dərman, ölübə!
    Bunu hətta düşünüb cümlə müsəlman uşağı
    Hər vilayətdə deyirlər: pay atonnan, ölübə!
    Məzəli lap bu ki, bir parə urus “dama”ları
    Qoşulub bunlara derlər ki, müsəlman ölübə!
    Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,
    Tapmasan çarəsini sən də de ordan: ölübə!..

    • Əgər Molla əmisi açsa kitab, baxsa fala
      Tapmişam çarəsini, sizdə bilin: ölube!
      Olulər tək yatsada ,dirilərtək duracaq
      Qinayacaq bizi o ,olsa ölutək ,ölube!
      *****
      Bilinir dərdi nədir, dəvası yox, böylə yatıb!
      Öylə yatmış ki, baxan da deyir: o, tiryək atıb.
      Onun öz sevgisi var idi, işin cağ elədi,
      Sahibi aldı da sevgisin oyuncağ elədi.
      Bu səbəbdəndi ki, oğlan yetəməz mətiləbə,
      Sən də gennən baxaraq söyləmə, oğlan ölübə.
      _________________
      Bir para yaşlılar ilə, bir para başlıların,
      Üzdə düşmən də olub, arxada qardaşlıların.
      Oğlanın sevgisini verdi belə cəngə fələk,
      Naxələflərlə bir oldu, belə ahəngə fələk.
      Qənim olsun belə iştahlara, əziz Kəbə,
      Sən də gennən baxaraq söyləmə, oğlan ölübə.
      ____________________
      Media ilə PFL də qolun çırmaladı,
      Hardan imkan var isə, sevgini ordan daladı.
      Verdi badə, neçə illər yaşanan sevgiləri,
      Sevgini anlamayanlarda bu hiss var, ötəri.
      Yatmağa vadar edən, bax da agah ol, səbəbə,
      Sən də gennən baxaraq söyləmə, oğlan ölübə.
      ____________________
      Bir çox Anar kimilər, yazdılar üç-beş quruşa,
      Yalnız aldıqlarına, aldılar alma-qruşa.
      Susdu vicdan, yaladı şeytanın o, əllərini,
      Allahın qəzzəbi var, bağlayacaq dillərini.
      Elə zənn eyləyir onlar, bizə qarşı qələbə,
      Sən də gennən baxaraq söyləmə, oğlan ölübə…
      ____________________
      Mütilik göstərərək, bizkilər onlar ilə bax,
      Oğlanın sevgisi yandı, ay aman müşkülə bax.
      Paranın sahibi, söz sahibi olmuş denilir,
      Bax bu işdə olur əksi, para, sahib, yenilir.
      Nəki oğlan, buna heç allana bilməz də bəbə,
      Sən də gennən baxaraq söyləmə, oğlan ölübə.
      _____________________
      Bir şərəf mülkü var idi, sevgi vardı “Xəzər”ə
      Sahibi qoymadı, verdi onu bir başqa ərə.
      Bu səbəbdən idi, oğlanlar ilə cəng elədi,
      Etdiyi səhvlər ilə, onları diltəng elədi.
      Sevgi mülkündəki hisslər belə haldan, sönübə…
      Sən də gennən baxaraq söyləmə, oğlan ölübə…
      ___________________
      Nə qədər biz varıq əlbəttə məhəbbət “Xəzər”ə
      Qoymarıq, sevgini versinlər olar, başqa ərə.
      Edərik naleyi-əfqan, çəkərik həm də nərə,
      Sevgi qismət olacaq, qədrini bilən kəslərə.
      Zamanında duracaq, zənn edəməzsən, gömübə,
      Sən də gennən baxaraq söyləmə, oğlan ölübə.
      (Nəzirə Mirhafiz Babayevə məxsusdur)

      • Nə qədər ki, olacaq qəlblərdə istək Vətənə,
        Deyə bilməz kimsə ki, qalmayib sövda”, “Xəzərə”
        O ləpələnib çixar şahə , məcrasindan çixaccaq,
        Bilsinlər bunu onlar, deməsinlər yoxdur,ölube

  5. Salam, Mirhafiz müəllim! Dahi Mirzə Ələkbər Sabirə Allah qəni-qəni Rəhmət eyləsin! O böyük şairin gözəl şerinə elə Sabirsayağı gözəl nəzirə yazan şairin həmişə əlləri var olsun! ALLAHIN nəzəri üstünüzdən əskik olmasın, AMİN!
    *****
    Sizə də salam olsun, Qabil bəy! Necə deyərlər: az-az uydururam yeri gələndə…

  6. Şairin “qiyməti” artar, oxuyan şeri biləndə,
    Doktor, deməyin “uydururam yeri gələndə”.
    Sabirsayağı yazmağa həm hünər gərəkdir!
    Yazdığlarınız bizlər üçün böyük örnəkdir!
    *****
    Qabila, şeirdə örnək götürək böylərimizdən,
    O böylərki vəzni də çox yaxşı bilir, əksərimizdən.
    Hələ biz öyrənirik Vaqifimiz, Sabirimiz, Mailimizdən,
    Öyrənməyərək yazsaq, utannıq, tökülən bu tərimizdən!

  7. Her vaxtiniz xeyirli olsun!Yazan eller var olsun!Gozel mentiqi yazi ve mentiq sherhler.!!! ve oz qisa cavabli fikrim
    Əyilib baş əyirəm yazan əllər qabağında Diri bə
    Sözsüzəm bu yazılan haqlı iradlar yumağında Diri bə

Comments are closed.