A.Mircavadovun bu oyunla bağlı müsahibəsi

agaselim2.gifAğasəlim Mircavadov: “Bu, biabırçılığın son həddi idi”
«Xəzər Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov dünən “Neftçi” ilə oyun zamanı baş verən olaylara sərt reaksiya verib. Qol.Az-ın müxbirilə söhbətində A.Mircavadov bildirib ki, hakim Əfqan Həmzəyev və onun köməkçiləri oyunu qərəzli şəkildə idarə ediblər: “Yaxşı bir oyun alınacaqdı, amma hakimlər buna imkan vermədilər. Dünən qərəzli hakimlik vardı. Onun fikri nə idi, mənə hələ də qaranlıq qalır. Mən hakimlər haqda pis fikirdə olmamışam. Amma deyim ki, dünən hakimlər stadionda 15 min azarkeşin əsəbləri ilə oynadılar. Bilmirəm, ona kimsə demişdi belə hakimlik elə, yoxsa… “Simurq”a Zaqatalada 2:1 hesabı ilə qalib gəldiyimiz oyunda da Əfqan Həmzəyev biabirçı hakimlik etdi”.
A.Mircavadov son vaxtlar “Xəzər Lənkəran”a qarşı təzyiqlərin olduğunu da bildirib: “Bundan əvvəl “İnter”lə oyunda hakimliyin səviyyəsini gördünüz. Orda da qərəzli hakimlik vardı. “Altılıq”dan əvvəl belə şeylər yox idi. “Qarabağ”a Quzanlıda uduzduq, amma mən bunu normal qəbul etdim. Son iki oyunda baş verənlər isə, sadəcə olaraq, biabırçılıqdır. Bəlkə də bütün bunlar məqsədli şəkildə həyata keçirilir. Dünən oyunda hakimlər elə qərarlar verdilər ki, 15 min azarkeş, klub rəhbərliyi əsəbindən otura bilmədi. Camaata nə qədər yalvarmaq olar?! Onlar da insandırlar, əsəbləri bu qədər ədalətsizliyə dözmür”.
A.Mircavadov AFFA nümayəndəsi Namiq Məstənovu vurması barədə yayılan xəbərlərə də münasibət bildirib: “Ona kim sələhiyyət verib ki, meydançaya girsin. Hər dəfə meydana girəndə azarkeşlər ayağa qalxırdılar. Mən onu vurmamışam, amma möhkəm mübahisəmiz olub”.
A.Mircavadov bildirib ki, son olaylardan sonra onda futbola qulluq etmək həvəsi aşağı düşüb: “Dünənki olaylar biabırçılığın sən həddi, nöqtəsi idi. Kimə lazım idi bunlar? Kim tərəfindən edilib bilmirəm”.
Mənbə: Qol.az saytı
 
Arxiv: Bosman.at.ua