Fanklubumuzun “Xəzər Lənkəran” klubundan aldığı məlumata görə sabah, yəni 19 İyul 2010 cu il tarixində, komanda Bakı şəhərində bir araya gələrək saat 15:00 da klubdaxili iclas və yeni baş məşqçi Miça Rednikin futbolçular və komanda üzvləri ilə tanışlıq mərasimi keçiriləcək. Daha sonra futbolçuların həkim nəzarətindən keçəcəyi və bir sıra testlər verəcəyi bildirildi.
Bütün bunlardan sonra komandanın yenidən bütöv heyətlə Lənkərana dönəcəyi və məşqlərini doğma şəhərdə davam etdiriləcəyi klub tərəfindən bildirildi. Komandanın məşq planı və gələcək digər planları yeni baş məşqçi tərəfindən müəyyənləşdiriləcək.
P. S. Bu barədə məlumatı sabah 17:00 dan sonra bizim saytda izləyə bilərsiniz