“Olimpiya” Beltsı (Moldova) matçı ilə “Xəzər Lənkəran Mərkəzi Stadionu”nun tarixinə düşəcək!

“Xəzər Lənkəran” klubu bildiyimiz kimi, Avropa liqası 2009/2010 mövsümündə çıxış etmək hüququ qazanıb. “Olimpiya” Beltsı (Moldova) klubu ilə ilkin təsnifat mərhələsində artıq iyul ayının 1-də, ilk görüşünü səfərdə keçirən doğma komandamız, iyul ayının 8-də cavab görüşünə çıxacaq.
Bu günə qədər Avropa miqyasında keçirdiyi rəsmi görüşlərini doğma meydandan kənarda keçirməyə məcbur olan “Xəzər Lənkəran” klubu nəhayət, bu il ilk dəfə olaraq, ev oyununu doğma şəhərdə yəni Lənkəranda, “Xəzər Lənkəran  Mərkəzi Stadionu”nda, onu özlərinə qurur sayan öz çılğın və sadiq azarkeşlərinin qarşısında keçirməklə tarixə düşəcək. Elə ilk rəqib komanda kimi də “Olimpiya” Beltsı (Moldova) klubu, “Xəzər Lənkəran  Mərkəzi Stadionu”nun ilk beynəlxalq qonağı olacaq.
Düzdür, “Xəzər Lənkəran  Mərkəzi Stadionu”nda iki dəfə əsas və U-21 yığmalarımızın oyunları keçirilib. Amma “Xəzər Lənkəran” klub olaraq, məhz ilk beynəlxalq matçını iyul ayının 8-də “Olimpiya” Beltsı (Moldova) klubuna qarşı keçirəcək.
Ümumiyyətlə, ilk beynəlxalq oyununu 2004/2005 mövsümündə, Avropa kuboklarına vəsiqə qazanmaqla elə Moldovanın “Nistru” komandasına qarşı oyunlarla beynəlxalq tarixə düşən klubumuz, o zamankı ev oyununu “T. Bəhramov adına stadion”da keçirmişdi. O zaman UEFA-nın tələblərinə cavab verən stadionumuz inşa edilirdisə, beynəlxalq uçuşları qəbul edəcək hava limanımızın olmaması bunu əngəlləyirdi (ölkədaxili uçuşları qəbul edən hava limanımızın olmasına baxmayaraq).
İndi, UEFA-nın tələblərinə cavab verən hər bir şəraitimizin qaydasında olması bizi çox sevindirir. Elə doğma şəhərimizdə ilk beynəlxalq oyunda da komandamızın bizləri öz qələbəsi ilə mərhələ adlayaraq, daha bir ilkə imza atmaqla, sevindirəcəyi günü səbirsizliklə gözləyirik.
Həmçinin klub rəhbərliyindən UEFA-nın tələblərinə uyğun yaratdığı şəraitin ardıca, UEFA-nın hər iki liqasının qrup mərhələsində mübarizəyə davamlı bir “Xəzər Lənkəran” formalaşdırmağı  təvəqqe edirik.
Qoy, 2010-cu il iyulun 8-də,  ilk beynəlxalq arenaya çıxacaq Lənkəran şəhərini və onun “Xəzər Lənkəran”ını bütün Avropa tanısın və bununla da beynəlxalq uğurlarımızın başlanğıcı qoyulsun! 
Avropaya, irəli, Lənkəranın Xəzəri ! 
 
Arxiv: Bosman.at.ua

1 thought on ““Olimpiya” Beltsı (Moldova) matçı ilə “Xəzər Lənkəran Mərkəzi Stadionu”nun tarixinə düşəcək!”

  1. 1 Lənkərani (03/İyul/2010 17:05)
    Bu oyunda heçnə edə bilmədik. Çox təəssüf. İnşaallah Lənkəranda keçiriləcək olan oyunda komandamızı birlikdə təstəkləyək. Qələbəyə səsləyək.

Comments are closed.