Elnur Allahverdiyev Ərafda…

Elnur Allahverdiyev Ərafda
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev Toşakın təkidli istəyi ilə komandadan kənarlaşdırıldı. Elnur həm də millinin üzvü idi. Uzun illərdi ki, milli komandada əsas heyətdə yerini qoruyurdu və bu gün də qoruyur. Niyə Toşak, Elnurdan imtina etmək qərarına gəldi? Bunun yəqin ki, bir səbəbi olmamış deyil. Əlbəttə, səbəbsiz heç nə baş vermir. Bunu intizamsızlıqla əlaqələndirirlər. Deyilənə görə transfer pəncərəsinin bağlandığını və “Xəzər Lənkəran”la hələ müqaviləsinin davam etdiyinə görə Elnur klubsuz qala bilərdi ki, “Xəzər Lənkəran” klubunun rəhbərliyi həm onun komandadakı xidmətlərini və həm də millinin oyunçusu olduğuna görə oyun praktikasından məhrum olmamaq üçün ona azad agent statusu verib. Bu isə o deməkdir ki, transfer pəncərəsinin bağlanmasına baxmayaraq Elnur Allahverdiyev istədiyi klubla müqavilə bağlamaqda azaddır. Bu addım alqışlanasıdır.
Kim idi biz “Xəzər Lənkəran” azarkeşləri üçün Elnur Allahverdiyev? Bunu qısaca xarakterizə etməklə biz bu gedişə qiymət verə bilərik. Əlbəttə bundan əvvəl də komandamızdan gedənlər olub və xüsusi motivdə ayrılan futbolçuların gedişinə “Bosman” olaraq həmişə münasibət bildirmişik ki, Elnur da bu qəbildəndir. Elnur intizamsız idi, aqressiv idi, bəzən ipə-sapa yatmırdı, yersiz hərəkətləri ilə sarı və ya qırmızı vərəqə alaraq komandanı pis vəziyyətdə qoyurdu…
Bizim belə xarakterdə bir neçə futbolçumuz olub ki, bunların bariz nümunəsi kimi indi komandamızda köməkçi məşqçi işləyən Emin Quliyevi misal göstərmək olar. Emin Quliyev də müdafiəçi idi. Aqressivliyi ilə seçilirdi. Kapitan olmasına baxmayaraq, bəzən əsəblərinə hakim ola bilməməklə nəinki daxili çempionatda, həm də beynəlxalq oyunlarda da yersiz hərəkətlərinə görə qırmızı vərəqə alaraq komandanı pis vəziyyətdə qoyurdu. Amma o xaraktercə fərqliydi. Azarkeşlərimizə hər hansı bir jestlə hörmətsizlik efmək kimi ayıb hərəkətlərə yol vermirdi. Kiminsə adamı olmurdu. Onu “oğraş gədə bura gəl!” deyə çağırmağa heç kim cürət etməzdi. Deməli kiminsə yanında gözükölgəli deyildi. Rednikə torba tikənlərin alətinə çevrilmirdi və sair və ilaxır. Amma Elnur?
Elnur Allahverdiyevin də müsbət cəhətləri çox idi. O komandamıza gələndə çox sevinmişdik ki, ölkə futbolunun son zamanlar yetişdirdiyi istedadlı bir oyunçu gəlir. Meydanda canını qoyan, nə bacarırsa onun ən yaxşısını edən bir futbolçudur. Komandanın müdafiə xəttində etibarlı oyun nümayiş etdirərək neçə-neçə qoldan qapımızı qoruyub. Komanda yoldaşlarına görə sinəsini qabağa verib. Həm də “Makkabi” Təl-Əvivlə oyunda utancverici “səhv”lər edərək rəqibin qol vurmasına səbəb olub. Sonra da bu “məğlubiyyət” Rednik kimi gözəl mütəxəssisin komandadan ayrılmasına gətirib çıxarıb.
Demək belə, müsəlmanların müqəddəs kitabı olan Qurani Kərimdə Əraf surəsi var. Mənasına görə dünyadan köçən insanlar əməllərinə görə axirətdə ya Cənnətə ya da cəhənnəmə gedəcəklər. Savab əməli çox olanlar Cənnətə, pis əməl sahibləri isə cəhənnəmdə odda yandırılacaqlar. Elə insanlar da var ki, savab əməllərinin çəkisi ilə, günahlarının çəkisi bərabər olduğundan onlar nə cənnətlik deyil, nə də cəhənnəmlik. Allah belə insanlar üçün Cənnətlə, cəhənnəm arasında Əraf deyilən qum təpələrindən ibarət yer ayırmışdır. Lakin belə insanlar da orada əbədi deyil, bir müddət qalacaqlar. Allahın Cənnətdəki sevdiyi insanların çoxu Ərafdakılar üçün dua edib onun bağışlanmasını istəyərlərsə, bir müddət sonra o şəxs bağışlanar və Allah tərəfindən Cənnətə qəbul olunar. Əgər bağışlanmazsa, vay onun halına…  Biz də Elnuru Əraf təpələrinə yola salırıq. Çoxumuz Cənnətə düşsək görəsən nə xahiş edərik?

5 thoughts on “Elnur Allahverdiyev Ərafda…”

  1. Hər vaxtınız xeyir! Elnur komandamıza gəldiyi ilk vaxtlar hər şey normal idi. Tədricən Elnurun xasiyyətindəki çılğınlığın sayəsində ipə-sapa yatmamaq, idmançıya yaraşmayan bəzi hərəkətləri ümumi komandanın əleyhinə işləməyə başladı. Elnur ürəkli, mərd, qorxmaz oyunçu olub, amma heç vaxt nümunəvi futbolçu olmayıb. Əvvəllər Onun komandamızda yaxşı oynunu görmüşəm, son yarımildə isə heç bir oynu ilə yaddaşlarda qalmayıb. Bir növ Elnur başdan-başa təzaddır. Elə xasiyyətindəki o təzadlar, onun “Xəzər Lənkəran”dakı karyerasına nöqtə qoydu. Elnura bir azarkeş kimi arzum budur. Yolun daim açıq olsun!

  2. Elnur haqqinda ne deyim!?-Elnurun xasiyyetinin butun cehetlerini qeyd etmisiniz.Meydanda aqresiv hereketlerle yanaşi kubok oynunda merdliyinide gorduk.Tessuf doquran odur ki, Elnur azarkeşlere qarşi hereketi ile ozunu yandirdi.Hemin anda tribunada onun oz valideynide otura bilerdi.Kim onu yeniden kamandamizda gormek isteyir,- oz işidi.Cennete duşesi olsam- Elnuru yeniden XEZERDE gormek istemirem.Geri qayitmasi ucun dua etmerem.Uzr isteyenden sonra onu baqişlamişdiq amma bu, o demek deyildi ki, biz menliyimizi bir uzr istemekle oyuncaq yerine qoyariq.Getmeyi duzgun idi, buna gore TOşaka minnetdar olmalidi.Yoxsa novbeti oyunlarda Elnura qarşi azarkeş tenesini hec yiqişdirmaq olmazdi.Elnur gedib!_Xoş gedib.Dunyanin axiri deyil ki….

  3. Salam.Mən bilərəkdən dərhal şərh yazmadım.Görünür yanılmamışam.Onun verdiyi son müsahibələri oxuyandan sonra tam əmin oldum ki,o,doğurdan da nankordur.Qaldı onun canını,oyun zamanı,meydançada qoyması bu onun boynunun borcudur.O,aldığı maaşının qarşılığını verməli idi ya yox.Onun Toşaq haqqında dedikləri doğurdan da onun tərbiyəsiz olmağının bariz nüminəsidir.Mənə elə gəlir ki,onun XLdan qovulması gec də olsa düzgün qərardır.Bu mənim sübyektiv fikrimdir.Onun gedişi XLnınzəiflənməsinə yox əksinə güclənməsinə gətirib çıxaracaq.XL rəhbərliyinin Elnur haqqında verdiyi açıqlamanı pisləyirəm.Nə qədər ki,Toşaq XLnın baş məşqçisidir rəhbərlik rəhbərlik idtəməsə belə baş məşqçinidəstəkləməlidir.Belə baxanda mən qarışıq hamı Rednikin gəlişini istəyirik,lakin bu gün məcburiyyətdən Toşaqa dözməliyiksə deməli hamımız onu dəstəkləməliyik.Çünki o,bizim sevlmli komandamızın bu gün baş məşqçisidir.
    ******
    Ağsaqqal sözü dəyərli olur, Təşəkkürlər!

  4. Rednik 100 faiz cennetde olacaq, ve bir cox Xazar Lankeran azerkesleri ele bilirem onlar ELNURU Arafdan cennete gelmek ucun ALLAHA dua ederler.
    *******
    Orda Rednikin rəyi böyük rol oynayacaq, yəqin ki! Çünki bütün haqsızlıqlar ona və bununla da azarkeşlərimizə qarşı olub!

Comments are closed.