"Şəhər Uşaqları"ndan Lənkəranlı həmkarlarına dəstək

Premyer Liqanın IV turunda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyununda baş verən olaylardan sonra tutulanlar arasında sosial şəbəkələrdə Eliko Ləzginçik kimi tanınan Qusar rayon sakini 1994-cü il təvəllüdlü Elman Davud oğlu Tağıyev haqqında məhkəmə qərarı çıxarılıb. Qərara əsasən o, 2 aylıq həbs cəzasına məhkum olunub. Qeyri-rəsmi məlumatlara görə, stadiona “molotov kokteyl”i atılmasıyla bağlı Eliko sorğu-sual edilib.
Qeyd edək ki, stadionda “molotov kokteyl”i atılmayıb. Stadionda qarşıdurma yaranan zaman meydanın kənarındakı topdaşıyana hücum olarkən Ləzginçik ora müdaxilə edib və buna görə saxlanılıb.
Biz , “Bakı” futbol klubunun  “Şəhər Uşaqları” fan klubu adından gənc dostumuza qarşı atılan bu cür aqressiv münasibəti pisləyir, bu cür addımların problemlərin həllinə yox, gərginləşdirilməsinə gətirib çıxaracağını düşünürük.
Eliko Ləzginçik kimi yerli klublarımıza azarkeşlik edən yoldaşlarımızın həbsdə yatması, Azərbaycan futbolu üçün utancverici bir məsələdir. “Şəhər Uşaqları” fan klubu olaraq, “Xəzər Lənkəran”lı yoldaşlarımıza Elikonun müdafiəsi , onun azad olması yöndə atacaqları bütün addımlara dəstək verməyə hazırıq. Həmçinin bütün yerli futbol klublarımızdan xahiş və tələb edirik ki, bu yöndə aktiv fəaliyyət göstərsinlər.
Mənbə: idmanxeber.com

8 thoughts on “"Şəhər Uşaqları"ndan Lənkəranlı həmkarlarına dəstək”

  1. Sabahki oyunda əgər eyni ilə təkrarləsələr inanaram ki,həqiqətən də bunlar Bakı azərkeşləridir.
    *****
    Məntiqli yanaşmadır.

  2. admin xezer baki oyununda xezerin muhtemmel 11 ri necedi?
    ************
    Komandaya yeni qoşulan futbolçular olduğundan, bunu müəyyən etmək bir qədər çətindir. Açıqlanmayıb deyə, ancaq Toşak bilə bilər. Bəlkə də matç saatına qədər də dəyişiklik nəzərdə tutur, baş məşqçi.

  3. Hər vaxtınız xeyir! “Bakı”nın “Şəhər Uşaqları” fan klubunun Lənkəranlı həmkarlarını dəstəkləməsi təqdirəlayiq haldır. Amma çatışmayan bircə hal varki, oda tək Eliko Ləzginçikin azadlığa çıxmasını dəstəkləməkdir. Axı Eliko tək deyil, onlar beş nəfərdir.
    *****
    Yəqin bu aksiya “Eliko” ləqəbli azarkeş adında ümumiləşdirilmiş formada edilib. Saxlananların hamısının azadlığa çıxmasını əhatə edir. Biz də buna tərəfdarıq.

Comments are closed.