Edu Oriolun İspaniya mətbuatına Müsahibəsi

“Xəzər Lənkəran”ın futbolçusu Edu Oriol İspaniya mətbuatına müsahibə verib. Müsahibədən anlaşıldığı kimi, 27 yaşlı hücumameylli yarımmüdafiəçi “Saraqosa”dan ayrılmasından və ölkəmizə gəlişindən danışıb.
 
– Bu yay “Saraqosa”nı xeyli futbolçu tərk etdi. Siz də onlardan birisiniz. Buna nə səbəb oldu?
– Ay yarımdan çoxdur oranı tərk etmişəm. Baş verənləri unutmaq istəyirəm. Sanki məndən də, digərlərindən də zəhlələri gedirdi. Kluba hər gələn öz ideyalarını sırıyırdı, biz isə bu ideyalara uyğun gəlmirdik.
 – Niyə belə idi, nə baş vermişdi?
– Bilmirəm. Onu bilirəm ki, klubdan narazılıqla ayrıldım. Çünki belə münasibətə layiq deyildim. Mənə şans verməli idilər. Lakin bunu etmədilər. Baxmayaraq ki, mən faciəvi dərəcədə zəif deyildim.
 – Belə münasibətdən sonra müqaviləni sülhlə pozdunuz?
– Hə. Bir-birimizin əlini sıxıb ayrıldıq. Belə addım hər iki tərəf üçün faydalı idi.
 – Lakin bəzi komanda yoldaşların məhkəmələrə, federasiyaya, hətta FİFA-ya qədər gedib müqaviləsinə erkən bitməsi üçün kompensasiya tələb edir…
– Mənim işim futbol oynamaqdı. Başqa məkanlarda “döyüşməyi” xoşlamıram. Bu üzdən pula görə savaşmayacağam.
 
– İndi İspaniyadan uzaqdasınız. “Saraqosa” kənardan necə görünür?
– Komandanın hər matçını internetdən izləyirəm. Mən elə belə də start gözləyirdim.
 
– Sizcə “Saraqosa” Primeroya qayıtmağa namizəd sayılmalıdır?
– Əlbəttə ki, oyunçuların səviyyəsinə görə namizəddir. Ənənələrinə görə isə daha çox layiqdir.
 
– Nəticədə Azərbaycana getdiniz. Toni Doblasın ayrıldığı “Xəzər Lənkəran”a…
– Doblas komandada qalmayıb. Amma başqa ispaniyalı – Alvaro Silva var. Onun bu klubdan heç bir şikayəti yoxdur.
 
– Bəs uzaq ölkəyə getməyinizin səbəbi nə idi?
– Bura gəlməyə qərar verməyim maliyyə məsələsi idi. İspaniyada mənim səviyyəmdə futbolçuya istədiyim pulu verməzlər. Mən cəmi 2 illik gəlmişəm.
 
– Oradakı şəraitdən razısınızmı?
– Burada hələlik hər şey ən yüksək səviyyədə , 10 ballıq şkala ilə “10”a layiqdir. Klub rəhbərliyindən çox razıyam. Söz verdikləri bütün şərtlərə əməl edirlər.
 
Mənbə: Apasport.az
 
 
 

3 thoughts on “Edu Oriolun İspaniya mətbuatına Müsahibəsi”

  1. Axşamınız xeyir Admin! Bugün Edu əvəzedicilərin heyətində Bakıya qarşı 45-dəqiqə meydanda oldu, əvəzedicilərin oyunu bitdikdən sonra isə Edu əsas heyətlə sabahkı oyunun hazırlıq məşqinə qatıldı. İlk baxışdan yaxşı təsir bağışladı amma, hələ komandaya tam uyğunlaşmayıb. Elə bilirəmki yaxın günlərdə Edu oynuyla öz sözünü deyəcək və bizi sevindirəcək.
    *****
    Bu məlumatınız həm bizim üçün, həm də digər izləyicilərimiz üçün də çox maraqlı oldu. Hətta klubun rəsmi saytı da bu barədə çox qısa məlumat vermişdi və sizin dedikləriniz heç orada da yox idi. Məlumata görə çox sağ olun!

  2. Her vaxtiniz xeyirli olsun.
    “Bura gəlməyə qərar verməyim maliyyə məsələsi idi. İspaniyada mənim səviyyəmdə futbolçuya istədiyim pulu verməzlər”
    Vallah hami bura pul qazanmaga gelir.Bir nefer demir ki gelmishem ozumu subut edim, ne bilim peshakar tecrubemi bolushum ne bilim daha neler neler
    sabah belelerinin ipini ustune odun yigmaq olmaz….Hardasan ay Meshedi Kazim….
    P.S. Duz deyibler buralar deyesen “ariq eshsheyin yaylagidir”

Comments are closed.