Pits İstanbulda Tuyqun Nadirovla görüşüb

“Sentyabrın 25-dək gözləməyimi tapşırdılar”
“Makkabi”yə biabırçı məğlubiyyətdən sonra “Xəzər Lənkəran” rəhbərliyi dörd futbolçu ilə yollarını ayırmışdı. Toni Doblasla Marin Orsuliç heç bir problem olmadan vətəninə yollansa da, Adrian Pitslə Eder Bonfimin “gəmiçilər”lə müqaviləsinin davam etməsi arada çətinlik yaradırdı. Hər iki futbolçu azad transfer hüququ əldə etmək istəsə də, rəhbərliyin buna görə onları heyətində görmək istəyən klublardan pul tələb etməsi arada problem yaradırdı.
Pits ötən saylarımızın birində verdiyi müsahibədə qaranlıq məqamlara aydınlıq gətirərkən Bakıya səfərinin məqsədinin Tuyqun Nadirovla görüşmək olduğunu bildirmişdi. Lakin vitse-prezident İstanbulda olduğundan tərəflərin görüşü baş tutmamışdı. Son duruma aydınlıq gətirmək üçün dünən Adrianla əlaqə saxladıq. Telefonu qapalı olduğundan başqa vasitə ilə işin nə yerdə qaldığı haqda maraqlandıq. Məlum oldu ki, Pits Nadirovla görüşmək üçün İstanbula yollanıb. Və hər iki futbolçunun gələcək taleyinə Türkiyədəki görüşdə aydınlıq gələcək.
Günün sonunda Adrianla danışmaq cəhdimiz alındı. Rumıniyada olduğunu deyən futbolçu bunları söylədi “İstanbulda Tuyqun Nadirovla görüşdük. Ancaq ortaq məxrəcə gələ bilmədik. Başqa kluba transferimin qarşılığında nə qədər pul tələb edəcəklərini açıqlamlrlar. Ona görə də nə edəcəyimi bilmirəm. Bir söz dedilər: gözlə. Sentyabrın 25-dək gözləməyimi tapşırdılar, mən də razılaşdım.  Görək ondan sonra nə olacaq. Hələki Rumıniyada oturub ayın sonunu gözləməliyəm.”
Tuyqun bəyin futbolçuya dediyi sözlərdən nəticə çıxarmaq çətin deyil. “Xəzər Lənkəran” rəhbərliyi öz oyunu ilə azarkeşlərin rəğbətini qazanan Pitsi buraxmaq istəmir. Onlar çox güman, Con Toşakın postundan ayrılacağını qətiləşdirib. Və bundan sonra rumın yarımmüdafiəçi kluba qayıdacaq.  Ayın 25-dək cənublular iki oyuna çıxacaq. “Ağ-yaşıllar” “Bakı”nı evdə qəbul edib, daha sonra AZAL-la səfərdə qarşılaşacaqlar. Görünür, təcrübəli yarımmüdafiəçini komandadan uzaqlaşdırmaq istəmirlər. Deyəsən, Toşak yol üstədi…
 
Həbib
“Futbol+” qəzeti (06 sentyabr 2013)
Bizim QEYD:   “Bosman.az” redaksiyası, müəllifin, “Toni Doblasla Marin Orsuliçin heç bir problem olmadan vətənlərinə yollanması” fikrinə münasibət bildirərək, onu demək istəyir ki, Toni Doblas, komandadan kənarlaşdırıldıqdan sonra sonuncu dəfə “Qarabağ” – “Xəzər Lənkəran” oyununda, “Bakcell Arena”nın şərq tərəfində tribunanın ikinci mərtəbəsində oyunu əvvəldən axıra qədər izləyib.  

7 thoughts on “Pits İstanbulda Tuyqun Nadirovla görüşüb”

  1. Adrian Pits Xezerden ayrilmaq istemir.Onun problemi Toşakladi.Toşakin meşqcilik etdiyi muddetde Pits bacardiqindan cox aşaqi seviyyede oynayirdi.Bele ki kamandada ayri-tirelik yaranmişdi.Xezerde hemişe narazi qalanlar bu metoda el atiblar.Bezileri muveqqeti isteyine catib amma azarkeşin gozunden yayina bilmeyib.Pits yaxşi oyuncu olsada onun etdiyi peşekarliqa siqmir.İnden bele Pitin yeniden kamandaya qaytarilmasi sehf addimdir.

  2. admin elnur allahverdiyev qovulub?
    *****************************
    Belə bir xəbər bizə də çatıb. Amma rəsmi olaraq hələ açıqlanmayıb.

    • 99 faiz qovulub.Elnur coxdan getmeliydi.Kamran Aqayev ucun cox darixib.Tezlikle bir kamandada eyni amallari paylaşarlar….ele Lenkerandaki kimi…
      **********************************
      Bu fikirlərinizdə çoxlu həqiqət olduğunu görürük.

  3. Axşamınız xeyir! Bugün Adrian Pitsin bəzi saytlarda yayımlanan yeni müsahibəsini oxudum. Onun Tuyqun Nadirovla ikilikdə İstanbuldaki görüşündən ətraflı məlumat verilməsədə, Pitsin sentyabrın sonuna kimi gözləməsi, onun komandaya qayıdacağı anlamına gəlir.Beləki müsahibəsində Pits arxayıncasına bildirirki, mən komandaya qayıdıb oynamaq istəyirəm. Mənim problemim yalnız Toşakladır, başqa heç bir problemim yoxdur.
    *****
    Əxlaqsız və nadürüst Pits. Əllərdə oyuncağa çevrilib Rednik kimi kişiyə torba tikən şəxsiyyətsiz biri. Əgər o da komandaya qaytarılsa aqibəti Kamrandan artıq olmayacaq. Gedib ehtiyatda qalmaqla çürüyəcək. Həmin xarakterindir ki, səni aşağı yuvarlada-yuvarlada “Roma” kimi komandadan buralara III dərəcəli futbol ölkəsinə gətirib. İndi III dərəcəli futbol ölkəsinin klubları da bəyənmir səni kimi nadürüstü, əllərin oyuncağını.İndi də deyir, Toşakla problemim var. Nə var, nə var artıq Toşakı da müəyyn dairələr hörmətdən salırlar. Bu əclaf da o momentdən bəhrələnmək, qidalanmaq istəyir. Futbolçu haranın itidir ki, məşqçiyə qarşı çıxa. Alex və başqaları kimi onun o saat burnu ovulmalıdır.

  4. Admin qardaş, əgər mümkünsə MİLLİFUTBOL.AZ saytında Pitsin yeni müsahibəsinə bir nəzər yetirərdiniz. Mənə elə gəlirki, adını yazmaq istəmədiyim kimlərsə bu Pits məsələsində ikibaşlı oyun oynayır. Rednikin gedişində danilmaz rolu olan Pitsdən, sonra Toşaka qarşı istifadə edilib və indidə istifadə etdikləri Pitsdən qurtula bilmirlər. Bu gizli oyunlar nəvaxta kimi davam edəcək? Sevimli komandamızın sonuncu pillədə lövbər salması bunlara dərs olmadımı?
    *****
    Biz, “Bosman.az” saytının redaksiyası olaraq bu mövzunu azarkeşlərin müzakirəsinə çıxarmağı vacib bildik.

  5. Hörmətli ADMİN! Bu günün aktual mövzularını işləyib biz azarkeşlərin ümumi müzakirəsinə verməklə məni sevindirdiniz. ALLAH Siziəri həmişə sevindirsin! Komandamızın ən ağır günlərində belə, tutduğunuz düz mövqe, düz söz, düz yola görə Sizlərə minnətdaram!
    *****
    Sevgimiz olan “Xəzər Lənkəran”ı bu çətinliklərdən sizinlə birlikdə çıxarmalıyıq. Təşəkkürlər dəyər verdiyinizə görə!

Comments are closed.