Əvəzedicilərimizdən əzmkar qələbə

Topaz premyer liqasında çıxış edən klubların əvəzedici komandalarının çempionatında “Xəzər Lənkəran” növbəti qələbəsini qazanıb. Komandamız səfərdə “Qəbələ”nin qonağı olub. Ötən tur evdə “Neftçi”ni 6-1 hesabı ilə darmadağın edən gənclərimiz matçın böyük hissəsini azlıqda keçirməsinə rəğmən “Qəbələ” önündə də əzmkar qələbə qazanıblar. İlk hissənin 2-ci dəqiqəsində Elnur Cəfərov başla dəqiq oynayaraq hesabı açdı. Ev sahiblərinin bərabərlik qoluna 36-cı dəqiqədə Ağabala Ramazanov cavab verərək növbəti dəfə “Xəzər Lənkəran”ı önə keçirdi. İlk hissə bu hesabla da başa çatdı. İkinci yarıda qapımızdan buraxdığımız qol sayəsində hesab bərabərləşdi və az sonra yarımmüdafiəçimiz Cavid Bağırov 55-ci dəqiqədə qırmızı vərəqə almaqla “Xəzər Lənkəran”ı meydanda azlıqda qoydu. Bununla belə 65-ci dəqiqədə Masum Qəmbərlinin qolu ilə hesabı 2-3 -ə çatdıran komandamız sona qədər diqqətli oynamaqla növbəti üç xalını qazandı.
Mənbə: Lankaranfc.com

1 thought on “Əvəzedicilərimizdən əzmkar qələbə”

  1. ADMİN qardaş! Mən keçən əsrin 7o-ci illərindən “Xəzər lənkəran”ın azarkeşiyəm. 1994-cü ilə kimi komandanin əsas heyət üzvləri Lənkəran idman məktəbinin yetirmələri idi. Sevindirici haldırki, yaxın gələcəkdə ELNURLAR, KAMRANLAR, KAZIMLAR və neçə-neşə belə gənc oyunçular öz doğma komandası üçün qələbələr qazandıracaq. Niyə də Lənkəran məktəbinin yetirmələri əsas 11-likdə oynamasın? HAYDI ELNURLAR, KAMRANLAR, ARTIQ VAXTDIR!
    *****
    Dediyiniz dövrləri mən də xatırlayıram. Allah o vaxtkı oyunçularımızdan kim dünyasını dəyişibsə, onlara qəni-qəni rəhmət eləsin. Onlar əbədi yaddaşlarımızdadırlar. Qalanlarına da uzun və sağlam ömür versin. Əlbəttə sizin dediyiniz kimi onların yerli əvəzləyicilərinin əsas heyətdə çoxalacağı gün çox da uzaqda deyil, məncə.

Comments are closed.