Futbolun “17 ana qaydası”nda III qayda: Oyunçuların sayı

Futbolun “17 ana qaydası”sı
III qayda: Oyunçuların sayı
Hər bir idman oyununda iştirakçı oyunçu və oyunçular, adətən həmin idman növünün adına uyğun formada adlandırılır. Bu futbolda da belədir. Belə ki, futbol oyununu oynamaq üçün meydanda mübarizə aparacaq idmançı şəxslər, Futbolçu adlandırılırlar. Futbol komandası əsas və əvəzləyici heyətə malik olur. Əsas heyət biri qapıçı olmaqla daha on nəfərdən qurulur. Beləliklə, meydanda mübarizə aparmaq üçün komanda 11 nəfərdən ibarət olur. Qaydalara görə hər hansı bir səbəbdən bu sayı düzəltmək mümkün olmadıqda, minimum 7 (yeddi) futbolçunun meydana çıxa bilməsi də mümkün olarsa, oyun baş tutmuş sayılır.
Digər futbolçular ayaq, baş və gövdə (bədənin tərpənməz hissəsi) ilə oynama hüququna malik olduqları halda, qapıçılar özlərinə aid cərimə meydançası daxilində əl və qolla da oynama hüququna sahibdirlər. Özlərinə aid cərimə meydançasından kənarda, yəni Oyun Meydanının başqa hər-hansı yerində isə, onların da artıq bu hüquqları digər futbolçular kimidir.
Oyun zamanı zədələnmələr və ya başqa səbəblərdən, oyunun gedişatına uyğun qanuni sayı qorumaq şərti ilə meydanda olan oyunçuları əvəzləmək üçün ehtiyat oyunçular da gözləmə vəziyyətində olur ki, bunlar da Oyun Meydanının kənarında komandalar və məşqçilər heyəti üçün ayrılmış oturacaqda gözləmə mövqeyində olurlar. Belə oyunçuların sayı 7 nəfər olaraq, nəzərdə tutulur. Meydanda olan futbolçu heyətinin və ehtiyat futbolçuların adları (18 futbolçu), yarışı keçirən quruma əvvəlcədən rəsmən təqdim edilir. Komandada bu saydan daha çox futbolçu ola bilər. Ancaq adları rəsmən təqdim olunan futbolçulardan başqa oyunçu, oyun zamanı meydana buraxıla bilməz.
FİFA, konfederasiyalar, qitələr və ölkə çempionatı kimi rəsmi matçlarda meydanda olan 11 futbolçudan maksimum 3 futbolçu əvəzetmə qaydaları ilə dəyişdirilə bilər. Digər yoldaşlıq və yoxlama oyunlarında isə bu say, əvvəlcədən oynayan tərəflər arasında razılaşdırılır və oyunu idarə edəcək hakimə məlumat verilir. Yox, əgər belə matçlarda da oyunçu dəyişdirmə limiti qabaqcadan hakimə məlumat verilməyibsə, onda rəsmi olan 3 əvəzetmə sayı qüvvədə qalmış olur. Oyundan əvəzetmə ilə çıxarılan futbolçu, təkrar əvəzetmə ilə daha oyuna girə bilməz. Amma əvəzetmə ilə oyuna daxil olmuş hər-hansı bir futbolçu, özü də əvəzlənə bilər ki, bu ümümi əvəzetmə sayından çox olmamalıdır.

Bu futbolçuların, qapıçıda olduğu kimi meydanda vəzifələri olur. Bu vəzifələrə görə də meydanda müəyyən mövqe tutmuş olurlar ki, həmin mövqeyə uyğun ixtisaslaşırlar və ixtisaslaşdıqları mövqeyə görə də əsasən qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu kimi adlanır və taktik baxımdan daha tez və qısa qavranılması üçün hər hansı sxemdə müəyyən rənglərlə ifadə olunurlar Bu mövqelərin beynəlxalq adlandırılması ingilis dilində olub, belə ifadə olunur: 1. Goalkiper (qapıçı) yaşıl rəngdə göstərilir; 2. Defencer (müdafiəçi) sarı rəngdə; 3. Midfilder (yarımmüdafiəçi) mavi rəngdə; 4. Forvet (hücumçu) qırmızı rəngdə. Aşağıdakı sxemdə bunu aydın göstərmiş oluruq ki, daha aydın görmək üçün şəkilin üzərinə klik edin.
Futbolcu_movqeleri
Müasir futbol daha konkretləşdiyi üçün göstərilən bu dörd ana mövqelər, qapıçı mövqeyi xaric, hər üç mövqe, hər biri orta, sağ, sol, nisbətən arxa və ya ön olmaqla daha konkret mövqelərə ayrılır.
Müdafiə mövqeyi, öz qapısına ən yaxın olur və qarşı tərəfin təşkil etdiyi hücumları ən geridə qarşılamaq üçün düşünülüb.
Hücumçu mövqeyi, komandasının xeyrinə rəqib qapısına topu göndərərək, qol vurmaq üçün düşünülüb və rəqib qapısına ən yaxın mövqedə dayanmaqdır.
Yarımmüdafiə mövqeyi, isə bu iki mövqe arasında yer alıb, həm rəqib hücumlarını daha erkən qarşılayaraq, müdafiə xəttinə kömək etmək və həm də hücumların qurulması üçün hücum xəttinə kömək etmək məqsədi daşıyır.
Matçlarda oynayacaq olan həm əsas və həm də əvəzetmədən daxil olacaq futbolçular və onların meydandakı mövqelər üzrə düzülüşləri fərqli olub, bu heyəti oyunlara hazırlayan məşqçilər tərəfindən müəyyən olunur.
Məşqçilər isə bayaq bəhs etdiyimiz ehtiyat oyunçular üçün ayrılmış Oyun Meydanının xüsusi xarici və yan tərəfində olmaqla və xüsusi xəttlə ayrılmış sahə daxilində yer alıb, oyun ərzində öz tapşırıqlarını oradan verə bilər.
Məşqçilər heyətinə Baş Məşqçi rəhbərlik edir və onun komanda heyətinə məşqləri keçirmək üçün, bir və ya bir neçə yardımçıları da olur ki, bu ixtisaslı şəxslər bir yerdə məşqçilər korpusu adlanır.

1 thought on “Futbolun “17 ana qaydası”nda III qayda: Oyunçuların sayı”

  1. Ağa salam!. Gun olmaz ki ,mən bu sayti izləməyim.Həmişə yuksək intelektə malik yazilari ilə göruşumuzə gəlib.Bu yazilar nəinki futbol aləmində , həmçinin mədəniyyət və etiqa sahəsindədə fərqlənib.Ona görə biz azarkeş və sayt istifadəçilərin həmişə inam yeri “Bosman”az olub.İndi heçdə bu saytin xidmətlərindən danişmaq istəmirəm.Onsuzda kifayət qədər xidmətləri olub və davam etməkdədir.
    “Xəzər Lənkəran”-la bağli fəaliyyətinə “Bosman”az saytinin qisa muddətdə son qoyulmasi bizi uzur.Sizin mövqeləriniz hörmətlə qarşilanir və məndə bu fikirdəyəm.Amma mənə elə gəlir ki, bölgəmizin idman azarkeşləri və futbolu çox itirir.Biz itirə-itirə hara gedirik?.Çox istərdim ki, tezliklə “Bosman”az yenə sevimli “Xəzər”imizdən yazsin.Kamandaya sevğini yenə azarkeş ordusunda bərqərar etsin.Bu sevgini yaradanlardansiniz.Bunu klubda kimsə anlamirsa, gunahlari öz boynuna olsun.Əgər “Bosman”az sayti birazda bunu davam etsə, kamandamizin azarkeş sayi kəskin azalacaq.Kamandamiz uğurlari siralasada- yenə azarkeş sayini bərpa edə bilməz kimi realliq görsənir.Bunu bizlər göruruk amma klubda hələdə bunu görən azdir.
    Biz bilirik ki, biz azarkeşlərə klub daxilində böyuk hörmətsizlik olundu.Bunlarida demək istəmirəm.İstəyim “Bosman”az saytinin daimi uğurudur.Axi bu uğur həmdə biz azarkeşlərindir.Hansi ki, qəlbən bu camiyyəyə bağli insanlardirlar.İnşallah tezliklə hər şey qaydasina duşər və “Bosman”az saytinin idarə heyəti bizi bəzi saytlardaki zövqsuz yazilarla baş-başa qoymaz.
    Sonda muqəddəs ramazan gunlərində sizə səbr arzulayiram.Allah nəfsinə hakim ola bilməyənləri hidayət etsin ki ,bizdə bu camiyyənin uğurlari ilə sevinə bilək.
    *****
    Zəfər bəy, sizə də salam olsun və bu əziz Ramazan günlərinin hörmətinə Allah hamımıza yar olsun! Saytımız haqqındakı dəyərli fikirlərə görə təşəkkür edirik. Qaldı ki, komanda və ona münasibət dəyişikliyi barədə arzularınıza, biz hörmət və ehtiramı uca tutmağa həmişə çalışmışıq. Bunu gözləməyə də haqqımız çatır. İndiki qarışıq zaman bir az əhalinin keyfiyyətini dəyişib. Əvvəlki Lənkəranın əzəmətini, kişilərin sayılmasını və hörmətin nə dərəcədə önəmli olduğunu yəqin siz və bir çoxları xatırlamamış deyil. O zamanlar sanki bir ümumi əxlaq kodeksi bütün cəmiyyəti müəyyən xoş və hörmətcil müstəvidə saxlayırdı. Əhalinin əksər hissəsi əsilzadələr ruhunda davranır və öz əsilzadəliyinə, həm də münasibətdə olduğu tərəfin əsilzadəliyinə çox dəyər verirdi. Bax, sağlam cəmiyyət doğurdan da belə olmalıdır. Biz hamımız bu kökün pöhrələri kimi davranmalıyıq ki, yetişən cəmiyyət də bu keyfiyyətlərdə formalaşsın. Qaldı bizim etimadımızı doğrultmaq işinə, qarşı tərəf hələ bu mənada çox imtahanlardan keçməlidir. Arzularımız tək pullu və imkanlı yox, fiziki, ruhi və əxlaqi baxımdan sağlam cəmiyyətdir. Bu Azərbaycanı həqiqətən sevən hər bir kəsin arzusudur, tək bizim yox!..

Comments are closed.