26-cı tura sözardı

Unibank premyer liqasının, final mərhələsinin, hər turu getdikcə gərgin xarakter almaqdadır. Çünki sona artıq, altı tur qalır.Çempionluq yarışında bu qədər az qalan turlar ərzində xal itkisinə yol vermək, sonda hədəfdən uzaq düşməyə gətirib çıxara bilər. Odur ki, demək olar bütün komandalar hər oyuna son matç kimi çıxırlar. Söz yox ki, bu gün çempionluq hədəfinə yaxın və uzaq olan komandalar var ki, bu da onların turnir cədvəlindəki mövqeyi, komandadakı hazırki durum və s. göstəricilərlə şərtləndirilir.
“Xəzər Lənkəran”a gəlincə, komandamız bildiyinizə görə həm çempionluğa oynayır, həm də ölkə kubokuna iddialıdır.Bunun üçün komandamızın turnir cədvəlindəki mövqeyi,ölkə kubokunda ½ final mərhələsində olması,həm potensialı və s. imkan verir. Onsuz da komandamız bu hədəflərə doğru inamla addımlayır. Lakin bəzi Azərbaycan reallıqları bunu əngəlləmək istəyindədir. Belə bir qabarıq cəhd “Xəzər Lənkəran”-“Neftçi”oyununda özünü göstərdi ki, bu oyun ətrafında başverənlərdən xəbərdarsınız. Hakimliklə gözə görünən, lakin kökü çox uzaqlara gedib çıxan komandamızın əleyhinə yönəlmiş bu cəhd iki xalımızın itməsinə səbəb oldu ki, əslində bu gün biz 24 xalla vahid lider olmalıydıq.
Deyəsən bu istiqamətdə klubumuzun rəsmi saytında 1 aprel zarafatı yerinə düşdü. Yəni əvvəlki qalmaqalları nəzərə alan klub “Qarabağ”la oyuna İspan hakimlərin dəvət edildiyini, hətta müxtəlif ispan adlarını belə göstərmişdi.
“Xəzər Lənkəran” azarkeşinin etirazları nəticəsiz ötüşmədi. Əvvəlki turlardan fərqli olaraq, “Xəzər Lənkəran”-” Qarabağ” matçını idarə edən  Anar Salmanov və briqadası özünü elə təxminən ispan hakimlər briqadası kimi apararaq matçı demək olar səhvsiz idarə etməyi bacardı. Hakimlərimiz müəyyən qədər düzgün oyun idarə etməyi bacarırlar digəlki yuxarılar mənfur planlar cızmasınlar.Artıq onların bir qismi cəzaya məruz qalmışlar.
Kim deyə bilərdi ki, “Neftçi” öz meydanında “Qəbələ”yə 1:2 hesabı ilə məğlub olacaqdı. Çünki bu tur Ə.Həmzəyev oyun idarə etmirdi, F.Yusifov və onu kimilərin “gözlərinin odu alınmışdı.”Neftçi” bir 11-metrlik zərbə ilə heç olmasa hesabı bərabərləşdirəcəkdi. A.Neaqa da bombardirlər sırasınada şəriksiz lider olacaqdı -11 top (7-si penaltidən). Heç “Qarabağ”ı demirəm.Bir düzgün oyun apardığına görə Vüsal Əliyevi neçə oyun hakimlikdən uzaqlaşdırdılar.Sonda, futbol başbilənlərinin içərisində olan qaraguruh cəzalandırıldı.Bu cəzalandırılma bizləri arxayın salmamalıdır,ayıq olmalıyıq. Nə qədər ki, Ə.Həmzəyevkimilər, F.Yusifovkimilər var, bizim sivil mübarizəmiz davam etməlidir. Bunu biz azarkeşlər bacarır, əvəzində Azərbaycan futbolu qazanır. Nəvaxtlarsa, Azərbaycan futbolu inkişaf  edib Avropa səviyyəsinə çatıb deyəndə heç azarkeşlərin bu mübarizəsi, bu əməyi yəqin ki, yada düşməyəcək. Biz zatən yadda qalmaqçün çalışmırıq. Bizim məqsədimiz, güclü və inkişaf etmiş olan Azərbaycan futboludur!
Qoy kim güclüdürsə, o qalib olsun!
 
Müəllif:   Mirhafiz M. Babayev   “Bosman” fanklubundan         06.04.2010
 
Arxiv: Bosman.at.ua