1950-Cİ İLLƏRDƏN ALTIMIŞA DOĞRU
AZƏRBAYCANDAN KƏNAR İLK UĞURUMUZ
1950-ci illərin ortalarına döğru Lənkəranda futbol artan templə inkişaf edirdi. Bu illərdə şəhərdə yeni qurulan zavod və müəssisələrə Sovet İttifaqının müxtəlif guşələrindən işçi və mütəxəssis axını başlamışdı. O cümlədən şəhərdə məskunlaşan, Sovet ordusu hissələrinin sayı da çoxalırdı. Bu isə öz növbəsində iş saatlarından sonra istirahət vaxtlarında müxtəlif idman növlərinin kütləvililıyini artırırdı. Xüsusilə, müəssisələr arasında keçrilən futbol üzrə rayon birinciliyi geniş vüsət aldı. Lənkəranda yerləşən hərbi hissəllərin əsgər və zabit heyəti də rayonda futbolun inkışafına xüsusi töhfə verib. Həmin illəri xatırlayan futbolsevər insanlar bidirirlər ki, bəzən əsgərlərin arasında xidmət dövründən əvvəl Rusiyanın müxtəlif klublarında top qovmuş futbolçular da olarmış. Həftə sonları isə yerli komandalarla hərbçilər arasında keçrilən futbol matçlarına xeyli azarkeş tamaşa edərmiş. Xüsusilə, dəniz sahilində yerləşən “sərhəd otryad”ının və tank polkunun gözəl futbol meydançaları olub. Hər iki meydan həftə sonları futbol matçları və bu matçlara tamaşa edən azrkeşlərin say çoxluğu ilə yaddaşlarda qalıb.
İlk uğurumuz -“Qızıl Sünbül “
Ümumittifaq kənd komandaları arasında keçirilən spartakiadanın kubokunu Azərbaycana Lənkəran futbolçuları gətirir.
1959-cu ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsinin Həzi Aslanov adına sovxozunun futbol komandası adından dövrün məşhur “Qızıl Sünbül” Ümumittifaq futbol turnirində iştirak edən futbolçularımız, turnirin Azərbaycanda keçirilən mərhələsində uğurla çıxış edib çempion adını qazanır. Əsasnaməyə uyğun olaraq əsas final mərhələsi Rusiyanın Krasnodar vilayətində keçrilir. Burada Sovet İttifaqının müxtəlif respublikalarının çempionları ilə final mərhələsindən sonra qalib məlum olacaqmış. Bütün oyunları uğurla başa vuran Lənkəranlı futbolçular birinci yeri tutub kuboku Azərbaycana gətirir.
Futbol tariximizdə Azərbaycandan kənarda ilk uğurumuzu qazanan heyətin üzvləri bunlardır:
Faiq Qasımov, Səyyad Cavadov, Əzizağa Babayev, Qaraxan Talışınski, Əbdül, Kamal, Bezvestnıy, Smirnov, Kolyagin, Əliherdər Qarayev, Adil (Akula ləqəbli), Firdovsi Mahmudov, Əliheydər Məmmədov.
Mənbə: “Cənub Bolgəsində Futbolun İnkişaf Tarixi” kitabı.
Kitabın müəllifləri: Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu.
Yazı, 12cioyuncu.info saytından götürülüb
QEYD: Mövzuya qoyulan şəkil simvolikdir.
2 thoughts on “Lənkəran Futbolunun Tarixindən:1950-60 cı illər…”
Comments are closed.
Bu dünya çempianatı çox maraqlı və zövqülüdür .nəhənglərin qurupda qalması sanki möcüzədir.Kosta-Rika,Çili,Uruqvay, mıllılərinin sürprizləri, Qana millisinin Almanlya ilə baş-başa oynaması,Avstraliyanın Hollandiyaya çətin anlar yaşatması bütün bunlar futbolu sevməyimizin vüsətini elə yüksəldib ki yazmaqla qurtaran deyil ,bir sözlə əsl bayram yaşayırıq.Hələ fikrimcə sürprüzlərin ardı olacaq.
Az qalmışdı ki futbola nifrət yaransın .Bu qədər iyrəncliklər olan ölkə futbolu az qala son verəcəkdim baxmağa
Nə yaxşı ki bu ilə düşdü bu çempianat.Zövq korlanmadı.bizdə səriştəsiz ancaq ciblərini düşünən insanlar korladı futbolumuzu.
Verdiyiniz bu hissə o vaxt əsl futbolun olduğunu şahidi oluruq.Onlar futbolu sevərək oynayıblar.Eh dərinə getdikcə əhval korlanır.Nə isə yaxşı ki bayram davam edir.
*****
Zövqlü futbol izləməyinizi arzu edirik. Həqiqətən bu il gözlənilməzliklər daha çoxdur. Elə futbolun gözəlliklərindən biri də budur.
Bizleri kecmise apardiginiz ucun tesekkurler. Bir sualim olacaq. Yazini oxuyarken mende bir sual yarandi. Kohne illerde qazandiqimiz medallar, titullar ve s indi haradadir, harada saxlanilir? Bu haqqda melumat verseniz ela olar? Evveleceden tesekkurler.
*****
Köhnə komandanın nə stadionundan, nə bazasından, nə internet məlumatlarından, bir sözlə bütün tarixindən məhrum ediblər. Bunu sanki bilə-bilə ediblər. Uzun səmərəli axtarışlar lazımdır. Bunun üçün xeyli vaxt lazım olacaq.