Lənkəran futbolunun tarixini bilənlər razılaşarlar ki, bizim cənub şəhərində həmişə futbol olub. Sakin Məmmədzadə və Hüseyn Cəbrayıloğlunun müəllifi olduqları “Cənub Bolgəsində Futbolun Inkişaf Tarixi” kitabından oxuyuruq:
“Qocaman insanların yaşlı azarkeşlərin bu ifadəsi ilə tez-tez rastlaşırıq. -“Lənkəranda futbol həmişə olub” Həqiqətən bu gün Azərbaycanda futbol arenaları azakeş üzünə həsrət qaldığı bir vaxtda, Lənkəran şəhər mərkəzi stadionu 15.000 azakeşi öz qoynuna alırsa, müəllim məktəbdə, xanımı evdə, mollası yas mərasimində, masabəyisi toyda futboldan danışan bir şəhərin futbolunun tarixi zəngin, zəngin olduğu qədər qədim və başarılı olmaya bilməz. Lənkəranın futbol tarixi ilə bağlı hansı mənbəyə müraciət etsəniz yalniz bir tarixlə qarşılaşarsız -1975. Görəsən, doğurdanmı bu belədir? Kökündən yanlış olan bu tarixə qədər “Cənub mirvarisi”ndə futbol ən üst səviyyədə olub, şəhərin komandası müxtəlif yarışlarda, turnirlərdə qüvvəsini sınayıb. Hətta xarici ölkələrə getməyə belə vaxt tapıb. Biz bu tarixi dərindən araşdırmaq üçün ilk olaraq doğulduğu şəhərin tarixi ilə bağlı bir çox faktların açılmasına böyük əmək sərf edən, elə vaxtı ikən Lənkəranın “Xəzər” komandasının həkimi işləmiş Səməd Səmədzadənin topladığı materallara istinad edirik:
-Lənkəranda futbolun tarixi XIX əsrin əvvələrinə söykənir. Lənkəran çayının kənarında yerləşən “Əlbəxçatan” məhəlləsinin adı ilə bağlıdır. Bu məhəllədə əski parçalarından top şəklində boxça düzəldib futbol oynanması “Əlbəxçatan” adının yaranmasına səbəb olur və məhəllə bu adla tanınır . 1875-ci ildə Lənkəran qalası söküldükdən sonra “Qala çəməni” ərazisi yaranır. Bu çəmənlikdən isə stadion kimi istifadə edilərdi. Geniş meydanı olan ərazi şəhərin “Ağalar” məhəlləsindədir. Şəhərin yaşlı sakinlərindən biri Əbdüləli Əlizadə deyirdi ki, “biz bu meydanda oynamağı çox sevirdik. Qonşumuz həkim İsabəy Əlibəyov həmişə top alırdı . Özü isə evinin ikinci mərtəbəsində olan eyvanından bizə tamaşa edərdi. Hazırda onun evində Lənkəran Dövlət Universtetinin inzibati binası yerləşir” .
Lənkəran futbolunun tarixində yer alan daha bir maraqlı məqam barədə söz açmaq istərdik. Belə ki, 22-il əvvəl 3-illik fasilədən sonra böyük futbol yenidən Lənkərana qayıtmışdı. Azərbaycanın müstəqilliyini qazandığı (bərpa etdiyi-düzəliş “bosman.az”) ilk illərdə, 1992-ci ildə başlayan ilk milli çempionatımızın startına son hazırlıqlar gedərkən Lənkəranda uzun fasilədən sonra “Xəzər” futbol klubu fəaliyyətini bərpa etdi. Böyük çətinliklərə rəğmən yarışmaya qoşulub mübarizəyə başladı. Klub 4-il çempionatda çıxışdan sonra müxtəlif çətinliklər üzündən fəaliyyətini dayandırdı. Sonrakı illərdə isə klubun yaradıcısı olan Sakin Məmmədzadə klubu yenidən bərpa etdi. Hazırda da fəaliyyətini davam etdirən “Xəzər 92” futbol klubunun müxtəlif yaşlar üzrə komandaları AFFA-nın aşağı yaş qruplarında yarışlara qatılır.
Lənkəranın 22 il əvvəlki “Xəzər” komandası…
Mənbə: 12cioyuncu.info
Muəllim salam!. “Bosman” az saytinin “Xəzər Lənkəran”la qisa muddətə( bunun səbəbləri hamiya aydindir)fəaliyyətinin dayandirilmasi ilə bağli qərari klubun imicinə böyuk zərbədir.Bu zərbə hər keçən saatlarda hiss olunmaqdadir.Sizin qərarinizi anlayişla qəbul edirəm və duşunurəm ki, tezliklə hər şey qaydasina duşər.Ən azi dörd ay!Görun nələri itiririk.Hayif!Bu saytin hər dəqiqəsinin qədrini bilə bilmədilər.
*****
Salam, Zəfə bəy! Biz bu qərarı birdən-birə verməmişik. Bu geniş təhlillərdən və uzun illərin təcrübəsindən sonra düşünülərək verilmiş bir qərardır. Biz hərdənxəyal deyilik və düşünülməmiş addım da atan qədər qeyri-ciddi insanlar deyilik. Bunu bəyan etdiyimiz mətndə də kifayət qədər dəqiq göstərmişik. Bizim heç kimlə haqq-hesabımız da yoxdur. Sadəcə mətndə deyildiyi kimi sonda bu qərar qəbul olunub. Bu qərarı “Bosman”ın idarə heyəti qəbul edib. Hamının da buna hörmətlə yanaşması tələb olunur. Əlbəttə biz arzulamırdıq ki, bu belə olsun. Biz Lənkəran futbolunun həmişə öndə getməyini istəmişik və bunun üçün də nəyə gücümüz çatıbsa, onu da əsirgəməmişik. Yeri gələndə vuruşmuşuq, döyüşmüşük. Bunu “Bosman”ın həyat yoluna nəzər saldıqda aydın görmək olur. Biz də mövqeyi olan hər kəsə hörmətlə yanaşırıq. Çünki mövqe varsa, bu özü hörmətlə yanaşmanı tələb edir.
lənkəranda futbolun tarixi çox uzaqlara gedir.Lənkəranda 1921-ci ildə (hələ bu tarixdə futbolun daha əvvəldən olduğunu bildirir) futbol olub.
Cox heyif onlar meydanda can qoyurdular.. Men usaq idim 6-7 yasim vardi Atam hemise meni futbola aparardi… Stadionumuzun kohne qurulusuda yadimdadir cox maraqli idi.. Seherimizin gozelliyinin bir terefide stadionumuz idi..
Kas ki, o, stadionumuzu sokmeyeydiler qalardi hey indi doyunca baxmaq isterdim.. cox heyif.
Axşamınız xeyirli olsun,Doktor! Köhnə “Xəzər”imizi yad etməklə çox xeyirxah iş görmüsüz. Çünki, köhnə “Xəzər”imiz bizə daha çox doğma idi. Şəkildəki bu heyət bütünlüklə Lənkəran məktəbinin yetirmələridir. Demək olar ki, əksəriyyəti ilə şəxsi münasibətlərim indi də davam edir. Eyni vaxtda müəllim və yetirməsi Elşad Rzayev və Məhərrəm(Makar)”Xəzər”in şərəfini qoruyurdu. Şəraitsizlik və maddi köməklik yox dərəcəsində olmasına baxmayaraq, uşaqlar həmişə həvəslə oynayırdı. Məncə keçmiş komandamızla indikini müqayisə etməli olsaq, keçmiş heyətə indiki heyyət üçün yaradılan şəraitin və maddiyyətin 25-30 faizi çempion olmağa kifayət edərdi.
*****
Salam, Qabil bəy! Dediklərinizə mən də şərik oluram. Bir də ki, bu işdə sizin də köməyiniz lazım olacaq. Axı siz bu canlı əfsanələrlə tanışlıqdan söz etdiniz. Əl-ələ verib Lənkəran futboluna öz xidmətimizi göstərsək bu əsl bir ziyalı mövqeyi olar. Tarixdə hər şeyi olduğu kimi yaddaşa çevirmək ziyalılıq borcumuzdur. İnanıram ki, bu yöndə köməyinizi əsirgəməzsiz.
Salam, Mirhafiz müəllim! Bu xeyirxah işdə Sizə köməklik göstərmək borcumuzdur. Siz ipucu verin ki, mən nə edəcəyimi planlaşdırım. Məsələn, Lənkəranın “Xəzər” komandasının 80-90 ci illərdəki heyətinin üzvləri, başda Elşad Rzayev, Rasim Abdullayev, Bəxtiyar Mirsadıqov, Habil, Məhərrəm, Mircəlal və digərlərinin Sizinlə görüşünü təşkil edə bilərəm.
*****
Salam, Qabil bəy! Bu əvəzedilməzlərin bir çoxu ilə mənim də münasibətlərim var və bununla qürur duyuram. Sizin əsas işiniz elə bu görüşlərdə əlaqələndirici olaraq bir də müsahibələr təşkil etmək işində bizə yardımçı olmağınız böyük kömək olar. Biz heç kimə artıq əziyyət vermək istəmirik. Amma əziyyət çəkənlərə böyük dəyər verəcəyik. Dediklərim mənəvi xarakterdən nəzərdə tutulur. Bir də bizə yazdığınız şərhlərlə gələn e-mail ünvanınıza bu işlə bağlı başqa məsləhətləşmələr aparmaq üçün yazmaq olarsa, bunu da edərik. Təşəkkür edirik! Lənkəran və onun futbolu naminə tarixdə qalmağa dəyər!