"Xəzər Lənkəran"da son baş məşqçi təyinatının anatomiyası

Az öncə əsl “Xəzər Lənkəran” azarkeşinə son 10-15 gün, bəlkə də 10-15 il kimi  uzun göründü. Yaranmış tarixi şəraitdə klub başbilənlərindən düzgün dəyərləndirmələrlə hər şeyi yoluna qoyacağlarını gözləyən azarkeş sonunda yenə başbilənlər tərəfindən məyusluğa düçar edildi. Yaranmış tarixi şərait haqqında bir fanklub kimi, hadisələrə münasibətimizi əks etdirən növbəti yazımızda əks olunacaq. Son məşqçi təyinatında əvvəllər də buraxılmış səhvləri təkrar edən klub idarəçiləri, yenə Biçervari hərəkət edib Oğuz Çetin Biçeroğlunu komandanın başına gətirdilər. Amma bu təyinat çoxları üçün gözlənilməz olsa da 2014-cü ilin Aprel ayından saytımızda gedən yazılarda bir fanklub kimi bunu duymuş və işarərər vermişdik.
Yenə Aprel ayında “Arena” verilişində fanklubumuzun rəhbəri bu fikri televiziya ekranından səsləndirmişdi. Ardından bu gözlənilən təyinatı arqument dolu bir yazıyla “Bosman.az”  saytı vasitəsilə təqdim etmişdik.
O vaxta qədər heç bir mətbuat orqanının xəfifcə belə duya bilmədiyi və bu gün artıq reallığa çevrilmiş bu təyinatı bəs biz necə duymuşduq. Əksər mətbu orqanlarından fərqli olaraq biz heç zaman “FLAŞ!”, “ÖZƏL!”, “EKSKLÜZİV!”, “ŞOK!” və sair populist başlıqlarla çeynənmiş xəbər və bu kimi fikirlər dolu üzdəniraq yazılar verməmişik və ya arxasınca sürünməmişik. Bizim fikirlərimiz daha aydın və daha dolğun analizlərin məhsulu olub, və reallıqda da öz əksini göstərib. Bunlara misal olaraq, elə son təyinatın necə baş verəcəyini çox əvvəlcədən söyləyib açmamızı göstərmək olar.
Məhz göstərilən “Arena” verilişindəki fikirlərdən sonra, buna etiraz olaraq, “Xəzər Lənkəran” klubundan fanklubumuzun rəhbərinə zəng edilərək Denizliyə xəyanətdə və işinə müdaxilədə kimləri nəzərdə tutduğu soruşulmuşdu.
Göründüyü kimi söz hədəfi bulmuşdu. Amma onlar belə hesab etmişdilər ki, bu qənaətin bizdə formalaşması üçün klubdan kimlərsə, guya bizə xəbər ötürüb. Amma bir Allah şahiddir ki, bizim klubla və ya hər hansı bir nümayəndəsi ilə heç bir şəxsi müstəvidə əlaqələrimiz yoxdur. Heç kimlə görüşümüz də olmur. Ancaq rəsmi və geniş ictimaiyyətin bildiyi və mətbuatın da işıqlandırdığı işgüzar görüşlərdən başqa. Biz özümüz də bu tipli görüşlərdən həmişə uzaq qalmağı üstün tutmuşuq. Ona görə də klubun rəhbər şəxslərini bizim barəmizdə bir birindən şübhəli qalmamağa çağırırıq. Hər halda göstərilən telefon zəngində və ondan sonra araşdırma cəhdlərindən bunu sezməmək mümkün deyildi. Arxayın olun, biz heç vaxt, heç kimilə xəbər dolandırıcılığı etmərik! “Bosman” hər bir fərdi ilə və bir təşkilat kimi yüksək əxlaqi keyfiyyətlərə malik bir nümunədir!
İndi sizə son məşqçi təyinatının anatomiyasını bir daha aylar əvvəl göstərdiyimiz kimi təkrar təqdim edirik. Biz öncəgörmə anlayışından yox, dəqiq analiz və düzgün nəticə olan “Bir fotonun əhəmiyyəti” adlı yazımızı bir də oxumanızı məsləhət görürük və bundan sonra isə mövqeyimizi bəyan edəcəyik!
“Bir fotonun əhəmiyyəti”

10 thoughts on “"Xəzər Lənkəran"da son baş məşqçi təyinatının anatomiyası”

  1. Bəli!-Gun kimi bu yazinin vaxtinda və ustaliqla verilməyindən agaham.Onda məndə bir az tərəddudlə bu yaziya yanaşmişdim.Heç inanmaq istəmək istəmirdim ki bu realliqda öz əksini tapsin.Amma tapdi.Tapdisa deməli duzgun analizlərin nəticəsini onda görmək olarmiş.Əgər məndə bu nəticəni vaxtinda başa duşsəydim yəqin ki, bu qədər mənəvi əzab çəkməzdim. Sağ olsun “Bosman” az və rəhbərliyi!. Onlar böyuk tarixdirlər.Nə yaxşi ki yanimizda “Bosman” az və 12cioyunçu.info var.
    *****
    Bəy, təşəkkür edirik.

  2. Salam, Mirhafiz müəllim! Sizin apardığınız düzgün analiz və analizdən doğan analitik yazılar zaman keçdikcə şəkk-şübhəsiz, bir-bir özünü doğrultmaqdadır. Elə “Bir fotonun əhəmiyyəti” buna əyani sübutdur. Dünən Oğuz bəyin geniş müsahibəsin oxudum. Jurnalist Oğuz bəydən “Xəzər Lənkəran”in baş məşqçisi olacağını nə vaxt bildiyi barədə soruşanda cavabında Oğuz bəy söylədi ki, sonuncu turda “Qarabağ”la oyundan bir gün əvvəl rəhbərlik mənə dedi ki, baş məşqçi sən olacaqsan. Əgər rəhbərlik Oğuza söz vermişdisə bəs onda Redniki niyə ortalığa atmışdılar? Yenə rəhbərlik tərəfindən ənənəvi ikibaşlı, üçbaşlı oyunlar oynanıldı. Qeyri peşəkar rəhbərlikdən bundan artığını gözləmək də mümkünsüzdür. Azarkeşi o həddə çatdırıblar ki, elə ilk məğlubiyyətdə Oğuza “İstefa!” sədaları eşidəcəyik. Nəticədə itirən “Xəzər”imiz olacaq.
    *****
    Salam, Qabil bəy! Nə yazıq ki, bizim və sizin dedikləriniz acı həqiqətdir.

  3. Vəziyyət daha çox ona oxşayır ki, Klub bir tərəf kimi bu Mustafa Çətin tandemi ilə sazişə gələndə ipi necə əldən veribsə, sazişi pozmaq məsələsi ortaya çıxanda ipin də, itin də getmə təhlükəsi real görünüb. Odur ki, leşi öldürənə sürütməklə müqavilə müddətini də sürtmək məcburiyyətində qaldılar.

  4. Axsaminiz xeyir.Tenqidcinin yazisini oxuyanda “12-ci oyuncuda” mene 1988 ci ili xatirlatdi.Onda da populist sozler veten,torpaq.qeyret ,agsaqqala hormetimizden,lenkeranciliqdan danisilirdi.Futboldan uzaqda olsa yaziram.Lenkeranda qonagi evin boyukleri qarsilayirdilar.Lenkeranda agsaqqallar cibin yox xalqi fikirlesibler.Lenkeranli qadin Rusiyanin bazarlarinda yox evinde olub.Siz ise bu meneviyyati komandaya mesqci qoymaqda gorursunuz? Hani o agsaqqal Lenkeranda yasilliqlar qirilir.Hani o ziyali?Ziyali rusvet almaz menim fikrimce.Siz ise meneviyyati futbolda axtarirsiz.Futbol olmasa da olar,nece ki nece iller yox idi.

    • Hər vaxtiniz xeyirli olsun!
      Eh keçən gunlər keçən həftələr!. Vaxt vardi qonşu kəndə Əhməd kişinin kefi saz olanda qonşu kəndlərdə olan problemləri eşidəndə tez köhlənini yəhərləyib ora tələsərdi.Dağlardan yel kimi ,çaylardan sel kimi keçib özunu həmin yerə çatdirar və ağsaqqalliq edib ,çözum yolu tapardi.Hami Əhməd kişinin sözunu qəbul edər və sözundən çixmazdi.
      Kəndin böyuyu Sovet kişidə bunlari görub ,özunu bilməməzliyə vuraraq dillənməzdi.Vədə çatanda Sovet kişi rəhmətə getdi.Əhməd kişi bu xəbəri eşidən kimi tez Demos kişinin yanina getdi.Demos kişi ona nə dedisə Əhməd kişi demokrat oldu.
      O gundən gunah axtarilir amma həqiqəti deyən yoxdur.Bilinmir ki, gunah Əhməd kişidədir yoxsa Demos kişidə.Indi Demos Əhməd kişiyə nə deyibsə –Əhməd kişi elə bilir ki ,hamsi demokratdir.Neynəmək olar ki , sovet kişinin nəvələridə ucda-bucaqda qalib.

  5. Mustafa Denizlini biz azerkeslerin eli ile qovdular.. Serhlerde her gun yazilirdi Mustafa HOCA istefa get artiq qocalmisan.Kulub azerkeslerden yenede istifade etdiler. ISTEFA rehberliye aiddir.. Indi rahat oldunuz? Tosak Mustafa hec de pis mesqci deyildiler onlari burda deli etdiler,, Onsuzda REDNIKI getiren deyildiler.Mustafadanda olduq…
    *****
    Malik bəy, biz hər zaman hadisələrə futbol prizmasından yanaşdıq və peşəkar məşqçiləri də hər zaman müdafiə etdik. Yadınızdadırsa, Toşak və Denizlinin müdafiəsinə çox açıq şəkildə qalxdıq. Nəhəng, lakin bizdə sürünən futbol adlı yazı(http://bosman.az/torero-v%c9%99-ya-matador-ii-p%c9%99rd%c9%99/) verdik amma çoxları ayılmadı. Ayılmayan çox-çox azarkeşlər isə rəhbərliyin əlində oyuncağa çevrildilər, istefa qışqırdılar elə ərəblərin dediyi kimi Mustafa bəyi hoydu-hoyduya götürdülər (http://www.youtube.com/watch?v=MeVflzvz0to).

  6. Mirhafiz-bey Men bilirem Bosman saytinda ki yazilar cox ehemiyyetli olur, cunki onu siz yazirsiniz, ona gore ki siz XL-nin esil azerkesisiniz.. Buna subhe ola bilmez.. Men matador yazisini oxumusdum oxumayanlarada demisdim ki oxuyun mezmununuda sifahi izah etmisdim.. Cox teesuf ki, coxlari bu yazini oxumayib…

  7. Salam doktor.Bizim bu ‘Bosman’saytini ziyali sayt hesab etdiklerine gore size muraciet etmeyi mandan xahis edibler.Men de yazmaqla oz missiyami yerine yetirirem.Size bildirmek isteyirik ki,bundan bele ele tebligat aparilsin ki,azarkes her hansi ecnebiye gore komandani,komandanin rehberlerini tehqir atesine tutmasinlar.Hele cempionat baslamamis texribatlar hazirlanir,’Istefa’suarlari teklif olunur.Her bir rehberin oz strategiyasi olur,maliye mesrefleri hesablanir ve qerar verilir.Eger maliyyeci ne meslehet gorurse onunla barismaqdan basqa elimizden hec bir sey gelmeyir.Atletiko Madrid cempion olan oyuncularin satisa cixarir onda azarkesleri rehberliyi boykot etmelidir?Gelin imkan verek cempionat baslasin gorek komanda nece oyun gosterir,eger bes oyundan sonra zeyif cixis elese hamiliqla istefa suarina el atariq.Biz azarkesler ucun hec bir ferqi yoxdur kim mesqci olur olsun teki komanda yaxsi oynasin . Diskusiya aperdigimiz azarkesler de texribatci yazilari ayira bilirler.Onlarin texribatlari hec bir netice vermeyecek.Komandamiz xatirine hami birlesmelidir.Bezileri komandanin buraxilmasindan yazirlar.Eger kimise qane etmir komandayla maraqlanmasin,nece ki,10 il bundan qabaq.Komandanin adinda Lenkeran sozune etiraz edenlere demek isteyirem ki, Lenkeranin qeyretini cekmeye bundan da pis isler var ,istese men onun ucun sadalayaram.Doktor xahisimiz budur hec olmasa ‘Bosman’ saytinda texribatlara yer vermeyek.
    *****
    Mübariz bəy sizi və sizdən bu müraciət üçün xahiş edən bütün azarkeşləri “Bosman” fanklubu adından salamlayırıq. Hər birinizin sevgisini anlayışla qarşılayırıq. Onu demək istəyirik ki, “Bosman” fanklubu və onun nəşri olan “Bosman.az” saytı heç zaman nə təxribat yaradıb, nə də təxribat işlərinə yuva olub. Bəziləri kimi də dəyişkən mövqe nümayiş etdirməyib. Bizdən arxayın olmaq üçün keçdiyimiz yola nəzər salmaq kifayət edər. Biz LƏNKƏRAN FUTBOLU naminə və ona xidmət üçün öz ziyalı mövqeyimizi ortaya qoymuşuq və həmişə də bu prinsiplərə xidmət etmişik. Biz heç kəsə və ya hansısa holdinqə görə bu fanat hərəkatına qoşulmamışıq. Bundan sonrakı fəaliyyətimizi də LƏNKƏRAN FUTBOLU naminə həmişəki kimi davam etdirəcəyik. Bizim heç bir ayrı marağımız olmayıb və bundan sonra da olmayacaq. “Bosman” fanklubu düşüncə azadlığı ilə bütün bunlara münasibət bildirəcək və mövqeyini tarix baxımından ortaya qoyacaq! Hamınıza təşəkkür edirik! Sağ olun ki, hər hansı mövqe ortaya qoymusuz. Mövqeyi olan hər kəsə hörmətlə yanaşırıq!

  8. Salam doktor.’Bosman az.saytinintexribatlara ol vermediyine gore tebligat ucun size muraciet etmisik.Insallah komandani desteklemek ucun ‘Bosman’ fanklubu etrafina birlesmek haqqinda fikirlesirik.

Comments are closed.