Deyvid Sacconi: "“Xəzər Lənkəran”dan çox futbolçu gedəcək”

“Xəzər Lənkəran” klubunun braziliyalı futbolçusu Deyvid Sacconinin müsahibəsi
 
– Komanda ilə müqavilənizin müddəti başa çatmaq üzrədir…     
– Düzdü, müqaviləm bitir. Braziliyaya qayıtmalıyam. Burada oynamadım və bu, mənə pis təsir etdi. Həm də çox zədələndim.
 
– Lənkərana gəldiyiniz ilk vaxtlar azarkeşlərin sevimlisi idiniz. Sonra nə oldu?
– Nə baş verdiyini bilmirəm. Hər halda, bu barədə məni meydana buraxmayanlardan soruşun. Bilirsiniz, ilk vaxtlar özümü komandada xoşbəxt sayırdım. Çünki meydana çıxırdım, yaxşı oyun göstərirdim. Elə buna görə də azarkeşlər məni çox sevirdilər.
 
– Komandaya Con Toşakın dönəmində gəldiniz. Amma uelsli mütəxəssis sizi meydana buraxıb, elə birinci hissədə də əvəzləyirdi…
– Bu amil futbolçuya çox pis təsir edir. Düzdü, Toşakın zamanında gəldim və forma geyinmək şansı da qazandım. Amma sonradan niyə meydana buraxılmadım, “18-lik”dən kənarda qaldım bunları başa düşmədim.
 
– Gedəcəyinizlə bağlı seleksiyaçı məşqçi, həmyerliniz Mario Souza ilə söhbətiniz olubmu?
– Hələlik yox. Çoxları elə bilir ki, məni komandaya Mario gətirib. Amma elə deyil. O, mənim menecerim deyil. Başqa menecerlərim var və onlar bu işlərlə məşğul olurlar.
 
– Braziliyada adlı-sanlı  “Quarani”, “Palmeyras”, “Braqantino” kimi komandalarda oynamısınız. Niyə orda qalmadınız?
– Avropaya gəlmək, özümü ölkə xaricində sınamaq istədim. Fikirləşdim ki, bəlkə daha yaxşı olacaq.
 
– Amma Avropa karyeranız uğursuz alındı…
– Uğursuz alındı demək olar. Çox təəssüf edirəm ki, Avropada yaxşı oynaya bilmədim. Burada istədiyim kimi karyera qurmaq çətin oldu. Amma özümü yenidən sübut etməyə çalışacağam. Bunun üçün öncə Braziliyaya geri dönməliyəm.
 
– Bəzi futbolçular Azərbaycana pul qazanmaq məqsədilə gəlirlər. Siz də “Xəzər Lənkəran”a bu fikirlə keçmişdiniz?
– Mənim Braziliyada da maddi durumum pis deyildi. Komandalar futbolçulara elə Azərbaycandakı qədər pul verirlər. Amma diqqət mərkəzində olmaq üçün Avropaya gəlmək lazımdır.
 
– İkinci dəfədir legioner həyatı yaşayırsınız. Bundan öncə də Yaponiyada “Veqalta Senday” klubunda oynamısınız. Orada da karyeranız yaxşı alınmayıb…
– Düzdü, legioner kimi karyeram yaxşı alınmayıb. Çünki Yaponiyada da oynamaq üçün şans qazanmadım. Orada cəmi bir dəfə meydana çıxdım. Azərbaycanda da eyni şey oldu.
 
– Azərbaycandan hansı təəssüratlarla gedirsiniz?
– Azərbaycan gözəl ölkədir. Premyer Liqada maraqlı çempionatdır. Təəssüf ki, mən burada oynaya bilmədim.
 
– Mustafa Dənizlinin istefasına münasibətiniz necədir?
– Nə deyim? Yəqin ki, uğur qazanmadı deyə getdi.
 
– “Xəzər Lənkəran” uğur qazanmaq üçün nə etməlidir?
– Bu heyətdən çox futbolçu gedəcək. Çünki bu, hiss olunur. Ona görə ki, komanda pis vəziyyətdədir. Yeni futbolçular gəlib “Xəzər Lənkəran”ı ayağa qaldıra bilər.
 
ELSEVƏR
Mənbə: Apasport.az

4 thoughts on “Deyvid Sacconi: "“Xəzər Lənkəran”dan çox futbolçu gedəcək””

  1. Salam! Artıq bir il olar ki, Deyvid Sakkoni “Xəzər Lənkəran”ın heyyət üzvüdür və onun xeyli futbolçunun göndəriləcəyi fikri həqiqətə uyğundur. Deyvidin dediyi kimi komandaya yeni nəfəs lazımdır. Mənim fikrimcə isə ilk növbədə “Xəzər Lənkəran”a aparıcı, lider azərbaycanlı futbolçular gərəkdir. Bu məsələ kökündən həll olunsa, komandadan uğur gözləmək olar.

  2. “Dostum” Pits gedir.Darixaram onunçun.Hələ ondan nələri öyrənmək olardi….heyf!–Kaş Rednikin əlinin altinda bir oyun keçirdib gedəydi..Görəsən ilk baxişda “yaziq sifətli bu adam”in sifəti neçə cur olardi..

  3. Suallara cavabları ilə Futbolçu olduğu görünür, nə etməli bizdə alınmadı. Uğurlat Deyvid.

  4. Salam Müəllim! Deyvid Sakkoni komandamız üçün normal futbolçu sayıla bilərdi.Çünki, yeni gələndə özünü təsdiq etməyə başlamışdı. Məncə, Deyvidin vaxtsız zədələnməsi və bəzi qaranlıq məqamlar onun “Xəzər Lənkəran”da parlamasına deyil, paslanmasına şərait yaratdı.
    *****
    Salam, Qabil bəy! Görün neçə belə layiqli fitbolçumuz bu taleyi yaşayıb?!

Comments are closed.