“Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimovun müsahibəsi
– Dünən keçirilmiş mətbuat konfransında baş məşqçi Mustafa Dənizli yeni mövsümün planları barədə danışsa da, bu gün onun istefası barədə açıqlama verildi.
– Əvvəla qeyd etmək lazımdır ki, dünən baş tutmuş mətbuat konfransının keçirilməsi, həmçinin onun yeri və vaxtı sırf məşqçinin özü tərəfindən təyin edilmişdi. Biz də sizin kimi sadəcə tədbirin keçiriləcəyi barədə məlumat aldıq. Mətbuata açıqlamasında Dənizlinin özü də bildirmişdi ki, rəhbərliklə görüş keçiriləcək. Həmin görüş də məhz bu günə nəzərdə tutulmuşdu.
– Bu görüş barədə bir qədər ətraflı danışmağınızı xahiş edərdik…
– Görüşdə hazırda mövcud olan durum barədə fikir mübadiləsi apardıq. Qısaca olaraq deyə bilərəm ki, məsələyə baxışda fikirlərimiz üst-üstə düşmədi. Dənizli də bunu tam anlayışla qarşıladı. O, peşəkar mütəxəssisdir, böyük klubların rəhbərlikləri ilə geniş iş təcrübəsi var. Hər klubun öz strategiyasının olduğunu da çox gözəl dərk edir. Bütün bu faktorlar bizim müzakirələri daha da rahatlaşdırdı, hərçənd ki, yekunda verilən qərar iş birliyimizin sonuna gətirib çıxardı.
– Lakin Dənizli dünən keçirilən konfransda istefa verəcəyi haqqında fikirləri tamamilə təkzib etmişdi. Etiraf edək ki, bu fikirlərin fonunda indiki açıqlamalar gözlənilməz oldu.
– Baş məşqçi ilə yolların ayrılması qərarı bu gün keçirilən görüşün nəticəsi olaraq verildi. Yəqin ki, həmin konfransın görüşdən əvvəl baş tutması bir qədər tələsik addım idi. Dənizli ilə söhbət zamanı bu məqama da toxunduq.
– Görüşün keçiriləcəyi halda, bundan bir gün əvvəl konfransın təşkil olunması nə qədər vacib idi?
– Bir daha qeyd edirəm ki, mətbuat konfransı sırf məşqçinin təşəbbüsü ilə baş tutdu. Dənizlinin klubumuzda çalışdığı bütün dövr ərzində verdiyi bütün qərarlar kimi, buna da tam hörmətlə yanaşdıq, və hətta klub nümayəndələrinin də tədbirdə iştirakını təmin etdik. Bir sözlə, son günə qədər üzərimizə düşən öhdəlikləri tam olaraq yerinə yetirdik. Yeri gəlmişkən, mütəxəssis özü də bunu media ilə görüşündə qeyd etdi.
– Bundan sonra tərəfinizdən hansı qərarların qəbul olunacağını müəyyən etmisinizmi?
– Artıq mövsüm başa çatmaq üzrədir. Vaxtımızın çox az olduğunu anlayırıq. Odur ki, qısa müddət ərzində qərar verməyimiz vacibdir. Son illərin təcrübəsini nəzərə alaraq, bu dəfə soyuqqanlı və düşünülmüş addım atmağımız zəruridir. Geridəqalan mövsümlərdə azarkeşlərimizin nə qədər üzüldüyünün fərqindəyik. Yeni mövsümdə onlara olan mənəvi borcumuzu qaytarmaq üçün əlimizdən gələni etməliyik.
Mənbə: Apasport.az
4 thoughts on “Mənsimov Dənizlinin istefası haqda: Fikirlərimiz üst-üstə düşmədi”
Comments are closed.
Rednik gəlsə inşallah ,onda aeroportda “Xəzər Lənkəran” azarkeşlərinin sayini görəsən kim saya bilər?.
Salam, Mirhafiz müəllim! Ölkə kubokunun yarimfinalında “Qəbələ”yə məğlubiyyətdən sonrakı abu-hava M.Dənizlinin tezliklə yola salınmasına bir işarəydi. M.Dənizlinin əleyhinə mətbuata sızdırılan müxtəlif çeşidli informasiyalar da onun tezliklə yola salınacağına zəmin hazırlayırdı. Bəzən mənə elə gəlirdi ki, ötürülən məlumatların hamısı dezinformasıya xarakterlidir. Demə məlumatların istinad nöqtəsi, mənbəyi sual altında olsa da, ötürülən xəbərlərdə məqsədəuyğunluq da az deyildi. Bugün həmin xəbərlərin bir qisminin doğruluğu öz təsdiqini tapdı. 5-6 gün əvvəl, çox hörmətli Vaqif Rəşidovun bir şərhini oxuyandan sonra qəti qənaətim bu oldu ki, M.Dənizli yaxın bir həftəyə istefa verəcək. Bugün Vaqif Rəşidovun da hesablaması düz çıxdı.
*****
Salam, Qabil bəy! Siz və Vaqif Rəşidov hansı silah markasından istifadə edirsiz? Hədəfi lap gözündən vurmusuz (mülahizələrinizin doğruluğu belə deməyə əsas verir).
Doktor, mən öz silahımı açıqlaya bilərəm. Özümüzün istehsalı olan “İstiqlal” snayper tüfəngidir.(Hərdən bir az zarafat da lazımdır.)
*****
Təbii, Qabil bəy!
SALAM HAMIMIZIN DEMEK OLAR KI, TARIMA CEKILEN ESEBLERIMIZ AZ DA OLSA HELELIK SAKITDIR. AMMA HEC BIR METBUATA INAM GALMAYIB. BURDAN DEYILIR KI MUSIK ISTEFA VERIB BASGA TEREFDEN DEYILIR KI, HELELIK TURKIYEDEDIR YENE GAYIDAR, AMMA MEN BU YAXINLARDA YAZMISDIM KI, MUSTAFA ISTEFA VERER SADECE BUNU GIZLI SAXLAYIRLAR, INDI ISE GOZLEYEK KI KIM GELER. COXSAYLI AZERKESLER REDNIKI ISTEYIR. MEN DE ONUN TEREFDARIYAM. GORESEN KLUB REHBERLIYI HANSI ADDIMI ATACAG. MEN HEMISE DEMISEM FERGI YOXDUR BIZ AZERKESLER UCUN KIMI GETIRIRLERSE GETIRSINLER. TEKI BU DEDI GODULAR BITSIN VE KOMANDAMIZ FORMALASARAG, GOZEL FUTBOL OYNAYARAG, MEDALLAR UGRUNDA MUBARIZE APARSINLAR.REDNIKIN UGURLARI GOZ GABAGINDA OLDUGU UCUN O GELSE DAHA YAXSI OLAR. CUNKI OZU DEMISDI KI, GAYIDISIM MOHTESEMLI OLAR. INSALLAH XEZERIN BOHRANINA SON GOYULAR. YEGIN KI BUNU REDNIK EDER.
UNUDA BILMEMISIK, COX SEVILEN MIRCAMIZI,
XEZERE GELSIN DEYE, CAGIRMISIG TANRIMIZI.
BIZ ONA SEVGIMIZI, ILK OYUNDA BILDIRERIK,
MUSTAFANIN BURAXAN, SEHFLERINI SILDIRERIK.
AZERKES ORDUMUZLA, YARADARIG FIRTINALAR.
GUCLU DESTEYIMIZLE, SILKELENER TIRIBUNALAR.
XEZERE REDNIK ILE, GAYTARARIG KECMISINI,
GOYACAG KOMANDAMIZ, GAYDASINA HER ISINI.
GEDEREK MESAJ VERDI, MOHTESEMLI GAYIDISA,
SES VERDI XEZERIMIN, DAR GUNUNDE CAGIRISA.
SEVGISI COXDUR ONUN, DOGMA XEZER LENKERANA,
GELISI SON GOYACAG, XEZERDE OLAN BOHRANA.
BU BOHRAN VEZIYYETDEN KOMANDAMIZI ALLAHIN GUDRETIYLE REDNIK CIXARDARAG, OZ MOHTESEMLI GAYIDISI ILE XEZERIN TARIXINDE MOHTESEM UGURLARA IMZA ATACAG.