Gənclərimizin Gənclər şəhərinin gənclərinə ev məğlubiyyəti

Bu gün əsas komandalar arasında oynanacaq 34 tura dünən əvəzedicilərin oyunları ilə start verilib. “Xəzər Lənkəran”ın əvəzedici komandası reqlamentə uyğun olaraq, doğma meydanda “Sumqayıt” komandasının əvəzedici heyəti ilə görüşüb.
Görüş maraqlı və bir qədər də həyəcan notları altında keçib. Belə ki, dramatik oyunda ardıcıl qolları hər iki komanda rəqibinin qapısına vurmaqla oyunu davam etdiriblər. Hesabı 30-cu dədiqədə qonaqların gənc oyunçusu Vüsal Buludlu açıb. Bundan 5 dəqiqə sonra isə Sumqayıtlı gənclərin qapısına təyin olunmuş on bir metrlik cərimə zərbəsini komandamızın gənc oyunçusu Mirqasım Cabbarlı qola çevirməklə tarazlığa nail olub 1:1. Tarazlıq cəmi iyirmi dəqiqə davam edib və Bəhruz Teymurov komandamızın ikinci qolunu vuraraq əvəzedicilərimizi hesabda önə çıxarıb 2:1. Anlaşıldığı kimi bu 55-ci dəqiqədə baş verib.
Lakin komandamızın sevincinə 11 dəqiqə sonra son qoyulub. Vüsal Buludlu dublunu gerçəkləşdirərək 66-cı dəqiqədə əks tarazlıq yaradıb, 2:2. Dramatik davam edən oyunda bu qol da sonuncu olmayıb. Belə ki, Tural Məmmədli 75-ci dəqiqədə daha bir qol vuraraq, Gənclər şəhərinin gənclərini, lənkəranlı gənclərdən önə çıxarıb, 2:3. Oyun bu hesabla da bitib.

7 thoughts on “Gənclərimizin Gənclər şəhərinin gənclərinə ev məğlubiyyəti”

  1. Axsaminiz xeyir.Saytlardan aldigimiz melumatlardan goruruk ki,Denizli rehberlikle raziliga gelib.Mesimov boyukluyun gostererek ona yene sans verib.Mence Mustafa Denizli de boyuk tecrubeye malik bir mutexessisdir.Tengidlerden netice cixarmalidir.O bu biabirciliqla komandani terk etmek istemeyib. Mence var gucunu toplayib guclu bir komanda yaradacagina inaniram.Biz de sebirli olub umudumuzu uzmeyek.Elimizden gelen desdeyi esirgemeyek.Eger komandanin maddi yukunu ceken sans verirse biz de inamimizi itirmemeliyik.INDI SIZ DEYIN;MUSTAFANI BAGISLAMAQ OLARMI.Indide ‘Sumqayitla ‘oyun haqqinda fikrimi bildirmek isteyirem.Ilk evvel mesqci cox duzgun heyyet buraxmisdi.Oyunda cox gozel alindi.Esl ‘Xezer Lenkeran’oyunu idi.Hucumlar suretli qurulurdu,orta sahede Elnurla Ellasda super tendem gorurduk,mudafiede casqinliq yox idi.Azarkesler de bezi oyredilmisleri cixmaq serti ile her gozel zerbeye,oturmelere yerinde alqisla reaksiya verirdiler.Stadion dolu olsa idi esl Ispaniya futbolu gorsenecekdi.

    • Mubariz bəy!. Sizə bir Azərbaycan kinofilmindən xatirlama icazənizlə edim.
      -Abbasqulu bəy ağilli adamdir.Kəlib görər ki, mən yoxam ,işi başa duşər və geri qayidar.
      -Hay qayidi a…
      -Sən hər şeyi öz arşininla ölçmə.O yanima gəlsə ya gərək onunla razilaşam yada arada olan haqq-hesaba qələm çəkəm.Bu mənə ağirdir.
      Mubariz bəy!-İndi siz deyin:
      Onu bağişlamaq olarmi?

  2. Vallah çaş-baş qalasi zəmanədir.Heçnə anlaşilmir.Mətbuat bu gun yazdiğini bir saatdan sonra təkzib edir.Deməyə söz qalmir.Gözləməkdən başqa.Hami ola biləcəkləri səbrlə gözləyir.Kamandamizin oyunlari arxa plana keçib…dəhşətdi bu.
    *****
    Zəfər bəy, dəhşət bu yox, buna qədər olanlardır ki, bu günki vəziyyətə səbəb olub. İndi dəhşətarxası dönəm yaşayırıq. Amma elə bilirəm ki, uzaqda bir işıq da görünür.

    • Muəllim, sizə inaniram amma bu xəmir hələ çox su aparacaq.
      *****
      Xamırın mayası nədən tutulubsa, elə hey… su aparır. Yaxşı ki, hələ Toşakın atı su istəmir, yoxsa bunlara su çatdırmaq olardı?…

  3. Salam, Müəllim! Məncə M.Dənizlinin əvvəl istefa verib sonra geri götürməsi komandadaxili vəziyyəti bir xeyli gərginləşdirəcək. Çünki, son iki oyunda özünə oxşamağa başlayan “Xəzər Lənkəran” indiki heyətlə çətin ki, M.Dənizlinin rəhbərliyi altında keyfiyyətli oyunlar sərgiləsin. Hazırda baş məşqçiylə oyunçular arasında yaşanan gərginlik bunu deməyə əsas verir. Bu heyəyi M.Dənizli özü formalaşdırmışdı hansı ki, indi aralarında gərginlik yaşanmaqdadır. Ən əsası, yubiley ilində komandanın zəif çıxışı Rəhbərliklə Dənizli arasında bir inamsızlıq yaradıb. Bir sözlə, əgər M.Dənizli öz postunda qalarsa, narazı rəhbərlik və narazı oyunçularla ona işləmək olduqca çətin olacaq.
    *****
    Salam, Qabil bəy! Əgər klubun sahibi Denizliyə qayıt!-izni veribsə, onda vəziyyəti araşdırıb və nəzarət altında saxlayacaq. Bu hal isə Denizlinin və komandanın xeyrinə olacaq. Burda “Yeni yollar” fikirləşib tapılana qədər uğur gözləniləndir (Denizlinin ilk 7 turu). Sonrakı vəziyyət isə sahiblə “yeni yol axtaranlar”ın müstəvisində həll olunacaq.

  4. DOKTOR, Sizinlə indiki zamanda razıyam. Amma, keçmişdə baş verənlərdən yaman gözüm qorxub. Məsələn, keçən il “Makkabi”yə 0-8 məğlubiyyətindən sonra C.Toşak da istefa vermişdi. Əvəzində, fəxri prezident istefanı qəbul etmədi və sonrakı nəticə hamımıza məlumdur. İndi yenə elə bil tarix təkrar olur.
    *****
    Qabil bəy, əgər Mustafa Denizli qalacaqsa, yəqin ki, bu həna, o hənadan olmayacq.

  5. SALAM YEGIN DENIZLI KOMANDANIN DAXILINDE GEDEN PROSESLERI HAGGINDA MUBARIZI MELUMATLANDIRIB.MUELLIM DOGRU GEYD EDIRSIZ KI, EGER KLUBUN SEFI DENIZLIYE GAYIT DEYIBSE VEZIYYETI NEZARET ALTINA ALACAG.BIRDE KI BU GOCA VAXTINDA KORYERASINI UGURSUZLUGLA BITIRMEK ISTEMIR. 40 MILYON DOLLARDA ONUN UCUN ISTENILIB KI NESE ETSIN.YASAYARIG INSALLAH GORERIK.
    *****
    Yox, Telman bəy. Dənizli təcili ABŞ-a uçub, oradan da Keniyaya uçmalı olub və Keniyada yolun bir hissəsini də atla getməli olacaq. Çünki Barak Obamanın əmisi oğlu Keniyada ucqar bir kənddə yaşayır. Axı Denizli onu mütləq tapmalıdır ki, birlikdə Obamanın yanına getsin və oradan Mənsimova zəng elətdirsin. Axı, bilmirsiniz ki, “Xəzər Lənkəran”ın məsələləri dünyanın yuxarı dairələrində həll olunur?! Hətta buna görə Rusiya da Ukrayna siyasətini arxa plana keçirib. (Xəbər Amerikanın səsi, CNN, BBC, Al Jazera kanalları ilə gündə bir neçə dəfə doymadan yayılır)

Comments are closed.