Sabah XXIX tur çərçivəsində Lənkəran şəhərində keçiiriləcək “Xəzər Lənkəran” – “Qəbələ” matçından öncə adıçəkilən komandaların əvəzedici kollektivləri, bu gün saat 16:00-da “Xəzər Lənkəran Mərkəzi Stadionu”nun ehtiyat meydançasında qarşılaşıblar.
Qarşılaşmanı iksi qadın hakim olmaqla aşağıdakı hakimlər briqadası idarə edib: Azər Məmmədov, Mirzə Fərzəliyev, Gülyana Güvəndiyeva, Fəridə Lütfəliyeva.
Matç maraqlı və gənclərimizin ardıcıl hücumları şəraitində keçib. Komandamız üstün oyun sərgiləsə də qonaqların qapısına yol tapa bilməyiblər. Elə “Qəbələ”li gənclər də əllərinə düşən fürsətləri dəyərləndirə bilməyincə, hesab, oyunun başlanğıcında necə idisə, sonu rəsmiləşərkən də eyni olaraq qalıb, 0:0. Beləliklə gənclər rəqibin qapısına qol vurmamaqla bir-birlərinin xətrinə dəyməyiblər.
XXIX turdan sonra gənclərimiz turnir cədvəlinin IV pilləsində qərarlaşaraq, bir növ əsas komandaya nümunə göstərməkdədir. Aşağıdakı cədvəli aydın görmək üçün üzərinə klik edin.
6 thoughts on “Əvəzedicilər: Rəqiblər bir-birinin xətrinə dəymədi”
Comments are closed.
Muəllim salam! Azərbaycan hava yollarina aid bir helikopter sifariş etmişəm ki, sabahki oyuna yarim ssat qalmiş “Firtinalar meydanina” eniş edəm.Nəsə ehtiyyat meydaninda enişə icazə verirlər….
*****
Zəfər bəy, ona görə də ehtiyatlı olmaq lazımdır…
Muəllim!-Bir məsələni sizinlə aydinlaşdirmaq istəyirəm.Çunki, məni narahat edən məsələ əslində, indi “XL” azarkeşlərini ən çox narahat edən məsələlərindəndir.Söhbət “XL” kamandasinin uğursuz oyunlarindan gedir.
Sözumun əvvəlində Etibar muəllim Cəbrayiloğlunun “…pulu Dənizliyə” yazisinda bir fikrini nəzərinizə çatdirmaq istəyirəm: “”Axı klubun sahibi futbolçuların başına görə olmasa da, ayaqlarına görə kisə-kisə pul xərcləyir. Mustafa hocadan bunun səbəbini niyə soruşan yoxdu? Dənizli ki dənizlərin o tayında, uzaqlarda deyil…””
Həmçinin, Huseyn bəy Cəbrayiloğlunun musahibəsindən: “”Dənizliyə sual verisnlər-Bəlkə onun işinə müdaxilə edən var, yaxud bir dediyi iki olur? AZAL-a, “Rəvan”a öndə olarkən rəhbərlik məğlub olmayıb ki? Transfer zamanı rəhbərlik yox, bu futbolçunu mütləq almalısan deyibsə Dənizli desin deyilib. Bu gün ehtiyatda oturan və Azərbaycanın hazırda ən bahalı futbolçusu Elias Ribeyronu da baş məşqçimiz istəyib. Gənc olmasına rəğmən fantastik əmək haqqına klubumuza cəlb olunan və hələ bir oyunda meydanda olmayan Orxan Əliyevi də baş məşqçimiz istəyib. “”
Əslində bu fikirlərdən ortaq bir məxrəcə gəlmək olar.Əgər Etibar muəllimin dediyi kimi qəbul etsək, onda oyunçularin başina görə yox ,ayaqlarina görə kisə-kisə pul xərclənirsə, onda bu oyunçular niyə hazir deyillər..Əgər oyunçu bilərəkdən məşqdə özunu zədələyirsə və ya Dənizlinin sərt intizamina qarşi məsuliyyətdən yayinmaq uçun “əvəzçixma” taktikasi seçirsə,yada ki, klubda kiminsə tapşiriqlarini yerinə yetirirsə, —-bunu M.Dənizli niyə demir?.
Sonda öz şəxsi fikrimi deyim.Kamandamizdaki oyunçularimiz özunə zəhmət vermək istəmirlər.İlk baxişdan adama elə gəlir ki, butun klub yalniz bunlarin nazi ilə oynamalidir.Azarkeşlərdə bunlara yalvarmalidir ki ,mən ölum, sən ölmə -biraz oynayinda…
Kamandada intizam azalib.İndi yalniz oyunçularin dediyi kimi hərəkət etmək lazimdir amma bunu bacarmaq əgər olarsa….Toşak bu sərbəstliyi verdi, alinmadi.İndi M.Dənizli bu sərbəstliyi almaq istəyir,ala bilərmi?- Uzaqdan azarkeşlərə bir “sehrli aləm” kimi görunur “XL”
İndidə dini qadağalari qabartmaqla M,Dənizlini “vurmaq ” istəyirlər.Məgər heç kim Turkiyədə ibadət etmirmi?-M.Dənizlinin heç ibadət edən oyunçulari olmayibmi?.Turkiyənin baş nazirinin və xaniminin ibadət etməyindən bəlkə M.Dənizlinin xəbəri yoxdu….
*****
Zəfər bəy, sorğunuz çox əhatəli yanaşmaya söykənən geniş bir cavab tələb edir. Amma onu da deyim ki, Denizli haqqında məqsədyönlü azdırıcı fikirlər formalaşdırılır. Bura nə Hüseyn bəyin və nə də Etibar Cəbrayıloğlunun fikirlərini əlavə etmək olmaz. Çünki Etibar bəy Mustafa Denizlidən hesab sormağın vacibliyini göstərir və rəhbərliyin, “onu yuxarıdan qoyublar, nə biz və nə də heç kim Denizlidən bir şey tələb edə nə də soruşa bilməz” fikrini tənqid edir. Rəhbərlikdə isə belə fikir var ki, hətta Denizlidən heç nə soruşmaq və tələb etmək olmaz. Səbəbini isə bir qədər əvvəl qeyd etmişəm. Bilirsiniz ki, əvvəlki şərhlərə cavablarda mən qeyd etmişəm ki, “Arena” verilişindən sora klubdan mənə zəng edərək bildirdilər ki, bəs, biz Mustafa Denizlinin işinə qarışmırıq. Sonra da “Arena” verlişinin saytımızda və “12cioyuncu.info” saytında yerləşdirilmiş videoyazısı olan xəbərinin şərhlər bölümündəki münasibətlər də yəqin yadınızdan çıxmayıb. Əslində isə “Xəzər Lənkəran”dakı problemli, həlli çətin görünən məsələlər heç də mürəkkəb olmayıb, bunların cavabı (əslində xeyli dərəcədə mürəkkəbləşdirməyə çalışıblar) çox sadədir.
Mirhafiz bəy ,bir baxın İslam bəy necə əsəbləşib bu yayıma görə ,Allh etməsin ikinci dəfə infarkt vurar .Mən şərh yazdım lap əsəbləşdi ,blkə siz nəsə yazasınız.Siz həm də bir pisxolqsunuz ,şərhi verməsəniz də olar.
*****
İslam bəyi, Etibar bəyi və bir neçə insanlarımızı qorumaq lazımdır. Onların yazıları ilə gördüyü işləri, bir çoxları əllərində başqa vasitələr də olsa, görə bilmirlər!
Mirhafiz bəy .Qalatasaray- Fənərbaxça matçının keçidini yerləşdirə bilərsinizmi ?
*****
Baxa bildinizsə, demək işə yaradı.
Çox sağ olun Allah köməyiniz olsun.
*****
Siz də sağolun!
Bəli baxdım .bilsəydim ki mümkündü və sizə zəhmət deyil əvvəldən ( 21 .00 -dan ) yazardım .Amma ki buna Şükür ki müəyyən hissəsinə baxdım .belə oyunları buraxmaq olmaz .təssuf ki bu oyunu Təkcə bir tv kanal göstərir.
Bir daha təşəkkür edirəm .
*****
Dəyməz.