Azərbaycanın ən çox izlənilən futbol verilişlərindən olan “İnterAz” TV-nin “Arena” verilişinin növbəti buraxılışı efirə yayımlanıb.
Sportarena.az xəbər verir ki, Rüfət Nadirlinin müəllif və aparıcısı olduğu verilişin budəfəki buraxılışında kubok oyunları və Premyer Liqanın XXVII turunun müzakirəsi ilə yanaşı, bir sıra maraqlı məqamlara da toxunulub. Verilişdə qonaq qismində “Bosman” fanklubunun rəhbəri Mirhafiz Babayev ilə birgə yer alan “Komanda” qəzetinin və publika.az saytının əməkdaşı Natiq Muxtarlı yerli futbolçulara daha çox pul verilməsinin əleyhinə olaraq bu məsələdə futbol idarəçilərini tənqid edib :
“Bizim futbolçular indiki məqamda heç vaxt xaricə getməyəcəklər. Çünki onlar burada yaxşı pul alırlar. Ona görə də, futbolçularımız belə halda ölkədən kənara çıxarlarmı? Təbii ki, yox, Futbolçularımızın artıq hədəfi yoxdur, bu mühiti kim formalaşdırır, o pulu futbolçulara kim verir…. Yenə də gəlib çıxır futbol idarəçilərinin üzərinə.. Yerli oyunçularımız xaricə getməyəcəklərsə, ölkə futbolu inkişad etməyəcək. Azərbaycan futboluna rəhbərlik edən adamlar dəyişməsə, nə vaxta qədər Ramin Musayev PFL prezidenti, nə vaxta qədər Gülağa Cabbarov AFFA Hakim İnspektorlar Komitəsinin sədri,nə vaxta qədər Xaqani Məmmədov Hakimlər Komitəsinin sədri, nə vaxta qədər Elxan Məmmədov AFFA-nın baş katibi olacaqsa, bax bu söz-söhbətlər həmişə olacaq. Azərbaycan futbolunun idarəetmə sistemində köklü dəyişiklik olmalıdır”.
13 thoughts on “Fanklubumuzun rəhbəri "Arena" verilişinin qonağı olub”
Comments are closed.
Video tam olaraq bu gün baxacam .Amma baxdığım hissədə çox gözəl bir fikrr anladım .Əgər BU fikri Mirhafiz bəy ,əvvəldə deyəsydiniz lap əla olardı .İnanıram ki Mustafa Dənizlini ayılda bildiniz.Buna çox ümid edirəm.
*****
Bu fikri yetişdirdikdən sora deməyin məqamı onda gəldi. Həmçinin ümid edirik ki, azarkeşlərimiz videonu sona qədər izləyəcək.
Salam,hörmətli Doktor! Həqiqətlərlə dolu olan bir verilişi izlədim və əminəm ki, əksər “Xəzər Lənkəran”lı azarkeşlər də bu verilişi izlədilər. Çox istərdim ki, klub rəhbərləri, ələlxüsus M.Dənizli də bu verilişi izləyəydi. Belə bir aktual verilişdə iştiraka görə Sizə, Natiq Muxtarlıya və Sizi bu verilişə dəvət edən Rüfət Nadirliyə öz təşəkkürümü bildirirəm.
*****
Çox sağ olun, Qabil bəy! Amma “12cioyuncu.info” saytında özünü azarkeş kimi göstərmək istəyən bəziləri çürük məntiqlə dolu qısqanclıq hissləri içərisində boğularaq şərh yazmaqdan yorulmurlar. Saytın adminini də işdən gücdən edirlər ki, bu da onların mənasız, lakin dözülməz fikirlərinə cavab verməklə bağlıdır.
Doktor, verilişdə gedən söhbətlər əksər “Xəzər”lini qane edirsə bu bizə bəsdir. Bizi istəməyənlər həmişə olub və olacaq. Bunu Siz məndən də yaxşı bilməmiş deyilsiz. Qaldı o bədxah “lovethegame”yə, onun hansı mənsəbə qulluq etdiyi bəllidir. O adda, o düşüncədə “Xəzər”li azarkeş ola bilməz. Dəqiq yadımdadır, həmin bu “lovethegame” keçən il kubokun finalındakı qoçu döyüşünə haqq qazandıraraq bizim rəhbərlikdə daxil olmaqla yuxarı eşelonu təmizə şıxarmağa çalışırdı. Ancaq öz aramızdır, indiki kimi o vaxt da İslam müəllim “lovethegame”nin cavabını yaxşı vermişdi.Müşahidə etdiyim bir şeyi də qeyd etmək yerinə düşər, məncə. Nə vaxt ki, saytlarımızda rəhbərlik haqda nəsə haqlı tənqidi yazı gedirsə, mütləq “lovethegame” saytımızda qəfil peyda olur.
*****
Qabil bəy, dediyiniz kimi bu ardıcıllıqlar mənim də yadımdadır və bu kimi anları daim nəzarətdə saxlayıram. Mən ona şərh vasitəsi ilə təklif etdim ki, ümumi yox, konkret yanaşma tərzi göstərsin. çünki verilişdə mən də iştirak etmişəm. O isə ümumi şübhə toxumu səpməklə, nə demək istəyir? Qorxursa, bunu etməsin, ya qorxmursa, onda konkretləşdirsin!
Salam. Qabil müəllim, keçən il kubokun finalı zamanı mən, bədxah, hərbi xidmətdə olmuşam)
12cidə yazdığım şərhlə medianı tənqid etmişəm. Heç o verilişə bir saniyə də olsun baxmamışam. Qorxacağım bir şey yoxdur. Son şərhimdə də “Bosman” və 12ci-nin yazılarına müsbət fikrimi də bildirmişəm. O şərhdən sonra gəlib burada təsadüfən özüm haqqında fikirləri oxudum. Mən heç vaxt öz azarkeşimizə zidd söz yazmaram. Qeyri-peşəkar media haqqında isə daim fikrimi bildirmişəm və bildirəcəm. Xahiş edirəm, qarışdırmayasınız.
Bu verilişə baxmadan da deyə bilərəm ki, Mirhafiz müəllimin orada səsləndirdiyi fikirlər düzgün və əsaslı olub. İslam müəllim də orada olsaydı – eyni cür. Mən 10 minlərlə üzvü olan Facebook səhifələrini idarə edən, amma məntiq baxımından əziyyət çəkən müəyyən şəxslərlə mübahisə edərkən daim bu iki saytı, burdakı kontingenti misal gətirirəm. Siz isə hansısa qorxudan, qısqanclıqdan, mənsəbdən danışırsınız.
*****
Sizinlə məntiq məqamına qədər razılaşmaq olar. Əgər məntiqə önəm verən adam böyük jurnalist ordusunda obyektivliyinə, cəsarətinə və sair müsbət keyfiyyətlərinə görə Natiq Muxtarlını fərqləndirmirsə, onda bunun izahını gərək versin. Bir də ki, Mirhafiz bəyə belə önəm verirsə, onu “çayxana söhbətləri”nin iştirakçısı kimi təqdim etməklə hansı məntiqə söykənir? Təşəkkür ediəm.
Mirhafiz bəy çayxana söhbətinin iştirakçısı kimi təqdim edilməyib. Yəni, şərh bu istiqamətə yozulub, amma şərhin məqsədi başqadır. Şərhin məğzini qorumaqla, Mirhafiz bəyin xətrinə dəyidiyi üçün üzr istəyirəm. O ki qaldı verilişdə iştirak edən media nümayəndəsinı, yenə də deyirəm, onun dediklərinin yalan və ya həqiqət olması mənim üçün müzakirə predmeti deyil. Sadəcə, o futbolu qoyub bir kənara. O tək yox, elə hamı belədir. İndi bir az baxdım verilişə. Baxın, deyir “Qarabağ” niyə bundan qabaq neçə ildi çempion ola bilmir, indi olur. Yenə yozur qaranlıq məqamlara. Halbuki, bunun oyun baxımdan izahları var. “Qarabağ”ın nəticələrini göz qabağına qoyub fərqi görmək olar. Buyurun.
Salam! Özumu çox saxladim ki, şərh yazmayim , yazilan şərhləri oxuyub və özu-özluyumdə bir nəticəyə gəlim.Yenə dözmədim və yaziram.Kim ki ,özunu həqiqi futbol bilicisi bilir və yazilan savadli şərhlərə “ağiz buzur” və özunu hamidan “ağilli” bilir,çixib öz fikirlərini desin.Və subut etsin ki, həmin dediyi şəxsin fikirləri duzdur və real həqiqətlərə söykənib.Əgər kiminsə zəhmətinə xəbis fikirlərlə gölgə salmaqla və özunun intelekt səvviyyəsini hamidan yuksək tutmaqla nəsə əldə edirlərsə, bunu açiq yazsinlar.Yox əgər bunlarin xasiyyəti budursa yox olsun elə xasiyyət!
Azarkeş görur ki, kamandasi gunu-gundən “iflic” olur qələbə qazana bilmir, klub bu oyunlara laqeyd yanaşir, məşqçi hələ nə dediyini anlamir.Futbol başbilənlərin heç bir məntiqə siğmayan siyasətinin nəticəsinin savadsiz və məntiqsiz görəndə nə etməlidir ki …Axi azarkeşi bəzən heç bunlar duşundurmur,ona görə ki qələbə istəyir yaxşi futbol istəyir.Kiminsə hansi eybəcərliyinə qarişmağa heç luzumda bilmir ki ,əgər məcbur edilməsə…
Mən dəfələrlə bu verilişə təkrar-təkrar baxmişam,hələ İnter.az kanalinda.Sonra bu veriliş sayta verildi ki, həqiqi azarkeş haqqi bilsin.Onuda qeyd edə bilərəm ki hələ heç kim özundə cəsarət tapib belə açiq və real həqiqətə söykənən fikirlər deməmişdi.Bəzi şeytani fikirli insanlarin maraği ondadir ki həqiqət gizlədilsin.Bu tipli adamlar gundə bir fikir dəyişir və azarkeşləri çaşdirmaqla onlari mənən sindirmaqla ruhdan salmaqla məkrli niyyət sahiblərinə çevriliblər.Həqiqəti deyən adamlara “ilişir” ,özluyundə “ağilliliq məktəbi” formalaşdirir və özunu o sadə azarkeşlərdən ustun tuturlar.Bunlarin marağinin nə olmasini hansi mənsəbə xidmət etdiyini anlamaq çətindir.Həqiqi “XL” azarkeşlərində bu kimi hallar yoxdur və olada bilməz.Bu adamlar saf və təmiz bulağdan gələn şəffaf suya rast gələn “maneə”lərdir.
Hər şeyin bir vaxti var.Zaman hər şeyi həll edə bilməsədə, çox qaranliqlari uzə çixardib.Necə ki, hər şeyin bir səbəbi var, səbəbində yaradani.Allah bilən yaxşidir.
Her sey cox gozel vurgulandi. Xususile sonda… Arife bir isare bes eder…Umid edirik ki, Mustafa Beye sondaki meqami catdirarlar. Mirhafiz Beye ve Natiq Beye gozel cixislarina tesekkur edirik. Nadir Bey siz de sagolun ki gozel mutexessisleri devet edirsiz.
Hormetle
Deyəsən, şərhlərimdən biri dərc olunmadı. Hər halda, ümid edirəm ki, anlaşılmaz məqam qalmadı.
*****
Digər şərhlər verildikdən sonra, sizin aidiyyatlı şərhinizi cavablandırarkən təcili iş çıxdı və işi qurtardıqdan sonra cavab yazıldı. Buyurub oxuya bilərsiniz.
Salam Mirhafiz muəllim!-Bir “XL” azarkeşi kimi sizə və sizinlə birgə İnter.az televiziya kanalinda “Komanda” qəzetinin və publika.az saytının əməkdaşı Natiq Muxtarlıya səmimi qəlbdən təşəkkur edirəm.Ona görə ki, futbolumuzda olan neqativ olaylara cəsarətlə və obyektiv yanaşma tərzinizlə aydinliq gətirdiniz.Sizin haqli mövqeyiniz və rəhbərlikdə bəzi səriştəsiz fəaliyyət görsədən təşkilatlara unvanlanmiş iradlariniz,sizdən sonra “Neftçi”nin prezidenti Sadiq Sadiqovdanda bu gun eşidildi.Ən azi o eşidildi ki ,Sadiq Sadiqov Affa -da baş katib Elxan Məmmədovu, Pfl-də Ramin Musayevi və HK-də Xəqani Məmmədovu sərt tənqid etdi.S.Sadiqovun bu tənqidlərinin qaranliq məqamlari oxucuya aydin olmasada ,hər halda sizin cəsarətlə dediyiniz fikirlər sozun hər mə”nasinda qibtə ediləsidir.Sizə uğurlar arzulayiriq və sizin kimi mubariz insanlarin sayəsində Azərbaycan futbolunun tərəqqi tapmasina olan umidlərimiz çoxalib.Gələcəkdə inşallah təmiz futbolu elə sizin kimi insanlarin sayəsidə cəmiyyətə qaytara bilərik.Cox sağ olun!
Hörmətlə,
*****
Mən də sizi salamlayıram, Zəfər bəy! Tutduğunuz obyektiv azarkeş mövqeyinizi də alqışlayıram!
Mən də Sizi salamlayıram, Lovethegame müəllim! Mən demirəm ki, Siz kubok oyunundan sonra fikirlərinizi yazmısız. Amma həmin kubok oyunundan bir xeyli sonra “12-ci oyunçu”da gedən,və həmin hadisələri də əhatə edən bir yazıda Sizin şərhləri nəzərdə tutmuşam. İndi vaxt məhdudiyyəti olduğundan, sonra lazım gəlsə mən yazdığınız şərhləri arxivdən axtarıb taparam baxmayaraq ki, buna xeyli vaxt sərf etməli olacağam. Səhv etmirəmsə “12-ci oyunçu”da Sizin yazdığınız şərhlər “Xəzər Lənkəran” rəhbərliyinin AFFA-ya ünvanladığı bir məktubun məzmunu barədəydi. Onu da qeyd edim ki, Siz mövzuya aid yazdığınız şərhlərdə heç bir tutarlı arqument gətirmədiyinizə görə artıq “12-ci oyunçu”da özünüzə mənfi imic qazanmısız.
Düzdür, məktub barədə fikirlərim olub, amma finaldakı qoçuluqlara haqq qazandırmaq – heç vaxt. Qalan deyilənlərə qaldıqda isə, canınız sağ olsun.
Belə başa düşürəm ki ,lövethegame kulub əməkdaşıdır.bu hər şeyi deyir.və birdə hələ cavandır.Mustafa Dənizlinin videonun sonunda Mirhafiz bəyin dediklərini çatdıran olubmu.?