Martın 29-da turun daha 2 qarşılaşması olacaq. Günün və turun prinsipial oyununda “Neftçi” “Xəzər Lənkəran”ı qəbul edəcək. Turnir cədvəli baxımından bu oyun yalnız “Neftçi” üçün əhəmiyyətli sayıla bilər. Ancaq klubların rəqabəti baxımından yanaşsaq bizi gərgin mübarizənin gözlədiyi şəksizdi. Cənublu fanatlar üçün “Neftçi” ilə oyunun əhəmiyyəti olduqca böyükdü. Çempionatda bütün iddiasını itirən “Xəzər Lənkəran”ın futbolçuları necə, bunun əhəmiyyətini anlayırlarmı? Son oyunlar göstərir ki, “Xəzər Lənkəran”ın futbolçuları ruhən ölmüş vəziyyətdədirlər. Mustafa Dənizli isə onları diriltmək əvəzinə, “biz çempionat oyunlarına diqqət ayırmırıq” deməklə, futbolçularını daha da ruhdan salır. Deyəsən nəinki futbolçuların, türkiyəli mütəxəssisin özünün də Lənkəranda mübarizlik əzmi itib.
Rəqiblər çempionatda 29-cu dəfə qarşılaşacaqlar. Bu qarşılaşmalarda “Neftçi” 9, “Xəzər Lənkəran” 7 qələbə qazanıb. 12 oyunda tərəflər meydandan bir xalla ayrılıb. “Ağ-qaralar”ın 30 qoluna lənkəranlılar 23 dəfə cavab verə bilib.
10-cu qələbəsinin astanasında olan “Neftçi” son 5 ev oyununda meydanı qolsuz tərk etməyib. Paytaxtdakı son 3 dueldə hər iki komanda qol sevinci yaşayıb. “Xəzər Lənkəran” “Böyük oyun”larda qonaqların 2148 günlük qələbə həsrətinə son qoymağa çalışacaq. Belə ki, 6 ilə yaxındı rəqiblərdən heç biri səfərdə qalib gələ bilmir.
Əzəli rəqib dediyimiz kamandanin saytlari bizə çoxdan “informasiya muharibəsi” elan ediblər. Ən azi bir dəfə saytlarina gedib və onlarin bizim haqqımızda necə neqativ rəylərinin formalaşdirdiqlarini bilmək bəzi azarkeşlərimizə dərs olardi. İndi mənim kimi çox insanlar haqqi demək istəyir və çox vaxt da bunu qorxa-qorxa edir. Nəticədə ilk zərbəni elə özununkundən alir. Həmişə demişəm və həmişə də deyərəm. Azərbaycan futbolunun “mənbə”si uzun və müəmmali bir çayin başlanğıcına oxşayır və yerdən lil kimi çirkabla çıxır. Bu durulmaq əvəzinə sonraki nöqtələrdə birazda murdarlanır və axa-axa “PREMYER LİQA” əmələ gətirir. “Xəzər Lənkəran” azarkeşi isə tamam saf və pak bir bulaqdır. Suyunu nə qədər bu gölməçəyə axıtsa da durulaşmasına nail ola bilmir. Çünki bizim bulağa da yəqin o cirkabdan nəsə yeridilib. Bizim xəbərimiz olmasa belə…
Müəllif: Zəfər Lerikli (Müəllif: Yazıda “Publika.az” saytının məlumatlarından da istifadə etmişəm)
2 thoughts on “2148 günlük qələbə həsrəti”
Comments are closed.
Muəllim yazi mənim deyil,uzr istəyirəm.Bu yazini publika. az saytindan kocurmuşəm.Sizə demədiyim ucun uzr istəyirəm.Yazi həmin saytin zəhmətidir.
Əziz oxucu!Məlumati əldə etmək uçun publika .az saytindan istifadə olunmuşdur.