Dünən saytımızın elektron ünvanına Habil Hümmətov adlı bir "Xəzər Lənkəran" azarkeşindən məktub daxil olmüşdu. Məktubdan da görünür ki, Habil bəy komandanın son illər uğursuz çıxışlarından başqaları kimi bərk narahatlıq hissləri keçirir. Özünəməxsus yanaşma tərzi ilə seçilən Habil bəy, bildiyi kimi çıxış yolunu da göstərir. Yazını olduğu kimi diqqətinizə çatdırırıq. Çünki saytımız "Xəzər Lənkəran"a xidmət edən bir azarkeş saytı olduğundan, "Xəzər Lənkəran" azarkeşi olan Habil bəyə də tribuna verdik.
Bir vaxtlar məğlubedilməz arenalarından biri olan "Xəzər Lənkəran" mərkəzi stadionu hansı ki, "Fırtınalar Meydanı" adını almışdı, əksər Azərbaycan futbolsevərləri ona Qafqazın "Çelsi"si adını vermişdilər. Bütün bunlar ondan irəli gəlirdi ki, o vaxtlar "Xəzər Lənkəran"da iş duzgun qurulmuşdu. O cumlədən komanda da məzmunlu oyun oynayırdı. Azarkeşlər də bütün tribunaları doldururdular və stadiyonda elə səs-küy yaranırdı ki, rəqib komanda çaş-baş qalırdı. 2004-cu ildə yaranmağına baxmayaraq elə ilik ildəcə xalları bərabər olan "Xəzər Lənkəran " və "Neftçi", Gəncə şəhərində çempionu müəyyən etmək üçün qızıl oyun oynadılar.
Düzdü "Xəzər Lənkəran" o oyunda 1-0 hesabı ilə irəlidə olsa da nətincədə 1-2 hesabı ilə məğlub oldu. Amma buna baxmayaraq, bütün Azərbaycana səs sala bildi. Artıq Lənkəranla oynayan komandalar nəinki Lənkərana gələndə məğlub olmamağı fikirləşirdilər, hətta böyük hesabla məğlub olmamağını özünə böyük nətincə hesab edirdilər.
Komanda 2006/2007-ci il mövsümündə qızıl dubl edərək, həm ölkə çempionu oldu həm də ölkə kubokunu göturdu. 2008-ci ilin əvvələrində "Birlik Kuboku"nun da qalibi olaraq, tarixə adlarını yazdırmışdılar. Düzdü komanda bundan sonrakı mövsumlərdə daha iki dəfə ölkə kubokunu və bir də 18 ilik fasilədən sonra Naxçıvanda keçirilən Azərbaycan Super Kuboku götürdü. Komanda çempion olmasa da həmişə 1-ci yer uğrunda mubarizə aparırdı. Ancaq son iki mövsümdür ki, komanda heç ilk 5 komanda sırasında yer ala bilmir.
Ard-arda məşqçi dəyişikliyi lazımı nəticələrin qazanılmasına müsbət mənada təsir etmədi. Əksinə komandanın demək olar ki, əvvəlki əzəmətindən əsər-əlamət qalmayıb. Əksəriyyət bunu komandanın baş məşqçisində və fudbolçularda görur. Amma bir diqqət edək əziz dostlar, son iki uğursuz mövsümdə 5 məşqçi dəyişdirdik və oyunçuların da tam yarısı demək olar kı, dəyişilib, bəs dəyişən nə oldu ki? Təbii ki, heç nə! Demək burda oyunçu məşqçi problemi yoxdu. Komandanın Prezidenti o cumlədən digər yuksək idarəetmədə olan insanları istefaya göndərmək lazımdır. Komandada yaxşı iş görulmur, lazımı işlər yerində olmur! Biz də oyunçulardan, məşqçilərdən yapışmışıq. Bunun xeyri yoxdu! Artıq dünənki "Simurq" - "Xəzər Lənkəran" oynundan sonra mənim də digər "Xəzər Lənkəran" azarkeşləri kimi səbr kasam doldu! Artıq "Xəzər Lənkəran" oynayanda Lənkəranda mən şəhərdə adam görə bilirəm. Ancaq 2-3 il bundan qabağ "Xəzər"in oynu olan zaman Lənkəranda kuçələrdə adam tapmaq olmurdu. İndi Azarkeşlər demək olar ki, küsüb komandadan.
Oynlara 4-5 min insan gedir və getikcə də bu rəqəm azalır. 15 minlik stadionda 16 min insan vaxt olurdu ki, oyunu izləyirdi. 1000-i də ayaq ustə. Təbii ki, imkanları maliyyə cəhətdən heç bir problemi olmayan komanda axı necə belə ola bilərdi ki, ən möhtəşəm azarkeşlər də sənin olan yerdə. Yenə deyirəm komandanın rəhbərliyində işlər lazımı səkildə aparılmır. Həqiqətən əgər fikir versəz əksər futbolçular "Xəzər"dən ayrılan zaman komandadan narazı gedirlər. Pulların kəsildiyini deyirlər. Biri səhv deyər, ikisi səhv deyər bəs niyə bunların əksəriyyəti bunları deyir. Demək daxilində də problemlərimiz var. Mübariz Müəllimin pulları ciblərə axır. Sözün həqiqi mənasında. Təbii ki, bunlar mənim şəxsi fikirlərimdir, ancaq bütün hallarda bunları sizlərlə böluşməyi məqsədə uyğun saydım.
Müəllif: Habil Hümmətov
Xezer Lenkeranin bugunku hali gozel bir filmin soundtrackina oxsayir…
http://www.youtube.com/watch?v=7FDAkpQSJVA
Çox təqdirə layiqdir ki, bu gunlərdə “XL” azarkeşləri saytlarda yazi yazmağa məcbur olublar.Çunki ,artiq biçaq sumuyə dirənib.Heç bir jurnalist biz azarkeşlərə yazi yazmaq istəmir.Başini ağradib və bir yazi uçun çoxlu statistik məlumatlara əsaslanib haqqi deməyə cu”rət etmir.Ona görə ki, haqqimiza deyənləri “baltalamağa” haziriq.Məcbur olub qəzetlərdən yazilari azarkeşlərimizə çatdiririq.Bu gun mən kamandamizin ağir durumuna yanmasam ,sən əgər yanmasan, bəs kim yanar?
Biz özumuz , özumuzu yandiririq.Niyə?.Lənkəran adinda bu bölgənin bir futbol kamandasi var.Bu kamanda maliyəcə və çox azarkeşin ” biznes ” deyə qabardacaq yeganə “XƏZƏR LƏNKƏRAN”_i var.Bu maliyəcədə, biznes maraği olmaqlada kiməsədə ,lap əcnəbiyədə məxsus ola bilər amma mənəvi cəhətcə bizə,biz Lənkəranlilara , leriklilərə ,Masallilara, Cəlilabad və Biləsuvarlilara, Yardimli və bölgəmizdən uzağ və yaxin rayonlarda yerləşən soydaşlarimiza,həmçinin digər bölgələrdə azarkeşi olduğu şəxs və şəxsiyyətlərə aiddir,aid ola bilər.Biz niyə Tuyqun kimilərə görə, stadionda kamandamizin hər bir oyunçunun səhfinə görə ayağa durub, sağ əlimizi irəli uzadib ,ağzimizdan gələn sözlərlə oyunçularimizi geyindirməliyik?.Axi biz imkan duşsə niyə əsəbdən az qala meydana çixib oyunçularimizi “didişdirməyə” haziriq.? Məgər bunu meydanda bir biz göruruk?-bizdən başqa hami kordur.Heç duşunmuruk ki, bizim duşmən kimi rəqiblərimiz var.Elə bilirsiniz ki ,hami “Xəzərlidir”.Yox ,əzizim yox.Öz evimizi özumuz yandiririq ,sonrada qonşuda gunah axtaririq.Bu kamandanin ” ORXANIDA bizimdir, elə NİLDOSUDA” Nildonun səviyyəsiz olduğunuda biz kluba gedib sivil yolla deyə bilərik, elə hər dərdimizidə.Amma belə yolla heç kim bizi qapini döyməyə qoymayacaq.Bu gun klub rəsmilərini gunahlandirmaq və onlari qeyri-peşəkarliqda gunahlandirmaq ucun şərait var amma biz belə hərəkət etsək həmişə gunahkariq..Gunahkar özləri olsada, uzdə biz gunahkar görsənirik, əzizlərim.Məni niyə duzgun başa duşmursunuz axi?-Bəlkə məndə infark olandan sonra məni başa duşmək fikriniz var…
Habil bəy biz də bunları bilirik . Bu ki yeni bir şeyu deyoil . Ağabala demişkən .Axı biz nə edə bilərik .Bu bir şəsin komanasıdır .Əgər O bunu görüb hərəkət etmirsə biz nə edə bilərik ki .
Hec vaxt duzelmeyecek
tewekkur
“Xəzər Lənkəran”ımızın bu kökə düşməsinin birinci və ən ümdə səbəbi klubda idarəçiliyin düzgün qurulmamasıdır. Bu da ondan irəli gəlir ki, klub rəhbərliyində peşəkarların olmamasıdır. M.Dənizli qış fasiləsindən sonra çox yaxşı start götürmüşdü. Əgər onda rəhbərlik peşəkarcasına komandaya dayaq dursaydı,indi komandamız liderlər qrupundaydı və onda biz tamam başqa mövzuda şərhlər yazardıq.
Salam,əzizlərim.Habil bəy,sizinlə tam razılaşa bilmirəm.Çünki mənim fərqli düşünməyimə səbəb komandanın göstərdiyi oyundur.Bir anlıq soyuq başla düşünsək görərik ki,bu həqiqətən də belədir.Komanda qeyrisabit oyun numayiş etdirir.Qarabağı,qəbələni səfərdə udan komanda Simurqa öz evində uduzur.Mən bəlkə ağlımı itirmişəm bilmirəm,ancaq mən burda rəhbərlik bir şey görmürəm.Mən bütün bunların səbəbini baş məşqçi və oyunçularda görürəm.Baş məşqçi komandaya can yandırmır.Komandanın oyun uslubu yox və fiziki cəhətdən cox zəifdir.Mustafanın Toşaqdan heç bir fərqi yoxdur.Məşqlərin lazımi səyiyyədə keçirilməməsi vəziyəti kritik həddə gətirib çıxarıb.Komanda üzərində azərkeş nəzarəti olmalıdır.Bu isə o deməkdir ki,aktiv azərkelərin nümayəndə qurupu yaradılmalıdır.Bu qurupdakı insanlar sırf azırkeşlər tərəfindən seçilməlidir.Bunlar hər keçirilən oyunu mükəmməl təhlil etmək qabiliyətinə malik olmalıdırlar.Onlar rəhbərlikdən,baş məşqçidən və habelə oyunçulardan hesabat tələb etmək səlahiyətlərinə malik olmalıdırlar.Onların çıxardığı hər bir qərar azəkeşlər tərəfindən dəstəklənməlidir.Mubarizənin sivil yolunu mən belə təsəvvur edirəm.Bu mənim tam olaraq subyektiv fikrimdir.
*****
Rakif bəy, salam! Şərhinizin 1-ci hissəsindəki, yəni komandada olan problemlərlə bağlı, mən bu gün rəqəmli (“Çifrovoy”) kanal olan “İnteraz” kanalında, saat 20:30-da yayımlanacaq futbol verilişində fikirlərimi bildirmişəm və oradan rəhbərliyə və baş məşqçimiz Mustafa Denizliyə müraciət etmişəm. Qaldı ki, şərhinizin 2-ci hissəsi ilə bağlı məsələyə, bu haqda da bizim proyektimiz var amma azarkeş birliyinə nail olmaq və dediyiniz qurumun tam saf olub, nəticə verən fəaliyyət göstərməsinə nail olmaq, bu mənada bir qədər çətinlik törədir (içərisinə xüsusi öyrədilmiş adamlar yeridilərsə, bu qurum iflic vəziyyətində olacaq və əziyyətlə yaradılmış qurumun imicini heçə döndərəcək).
Bu qurumu təşkil edəcək üzvlərin kim tərəfindən və necə seçilməsinə dair sizin fikirləriniz olduqca maraqlıdır və əsas çətinlik də bununla bağlıdıdır. Təşəkkür edirəm!
Hörmətlə: Mirhafiz M. Babayev
Qabil bey tamamiile haqlisiniz
MALİK qardaş, fikirlərimə önəm verdiyinizə görə çox sağolun. Mən obyektiv səbəblərdən bu fikrə gəldim ki, ilk növbədə günahkar peşəkar olmayan rəhbərlikdir. Fikirlərimə bir misalla aydınlıq gətirmək istəyirəm. Bəyənmədiyimiz “Neftçi” klubunun rəhbərlərindən biri Tahir Süleymanov bir an belə komandasını tək buraxmır. Bizdə isə vəziyyət tam fərqlidir. Mən komandamızın məşq proseslərinin əksərini demək olar ki, izləyirəm. Amma məşq prosesində klub rəhbərliyindən(stadionun direktoru H.Hacıyevdən başqa)indiyə qədər heç kimi görməmişəm. Əvəzedici komandanın Lənkərandakı oyunları da bura daxildir. Əvəzedicilərin oyunlarını rəhbərlik bir yana,heç əsas heyətin məşqçiləri izləmir. Hal buki əvəzedicilərin oyunu bitən kimi əsas heyətin sonuncu məşqi keçirilir. Məşqçi korpusu bazada ola-ola gəlib üşaqların oyununu izləmir. Bəzi legioner futbolçular istisnadır. Bütün bunlar rəhbərliyin qeyri peşəkarlığından qaynaqlanır və beləliklə laqeydlik baş alıb gedir. Laqeydlik komandamızın bu vəziyyətə düşməsinin əsas səbəblərindən biridir.
Hem yazilarda hem de sherhlerde cox gozel fikirler bildirilib.
Illerdir ellesirik ki esl Xezer Lenkeran gorek amma nese bu bas tutmur. Buna esl menada cemi bir defe mence nail ola bilmisik (subyektiv fikrimdir, her kes razilasmaya biler). Bu da Cenab Rednikin vaxtinda idi. Her kes bir aile kimi idi. Mesqlere yuzlerle adam gelirdi…Her yerde komandanin uguru danisilirdi…Her kesin dilinde Cenab Rednik var idi…Her kesin uzunde sevinc, tebessum var idi…
Olanlari hamimiz bilirik…Indi yene aile olmaq isteyirik. Amma ne ise mane olur. Ortada bir problem var…Bu problem kimden qaynaqlanir ? Kimlerese bohtan atmaq istemirik, amma aciq askar gorsenir ki bu problem ya biz azarkeslerden, ya futbolculardan, ya mesgci (ler)den ya da idarecilerden qaynaqlanir…Ya da bilmediyimiz quvvelerden… Butun Xezerseverleri narahat eden budur. Heqiqeten nese etmek lazimdir.
Men basda Rakif Bey, Mirhafiz Bey,Islam Bey,Qabil Bey ve Zefer Bey kimi gozel insanlarin timsalinda Xezer Lenkeranin bir daha xestelenmemesi ucun, tam sekilde ayaga qalxmasi ucun shedevr fikirlerin seslendirilmesini ve bir araya gelmesini cox isterdim ve bunu cixis yolu kimi gorduyumu sizlerin nezerine catdiriram.
Hormetle
Cox uzr isteyirem. Telesik yazdigimdan Etibar Bey ve Huseyn Bey Cebrayiloglu kimi soz ustadlarinin adlarini unutdum.
Çox hörmətli DƏMİR AĞACI! Sizi ilk öncə doğma Lənkərandan salamlayıram. Verdiyiniz təklifə həmrəyəm və “Xəzər Lənkəran”ımızın yenidən dirçəlib ayaq üstə durması üçün məndən nə tələb olunarsa yerinə yetirməyə hazıram.
salamlar çox sağolun dəyərli fikirlərinizə görə burda yazılan fikirləri diqqətlə və maraqla izlədim təbbiki azərkeşlərdən tutmuş rəhbərliyə qədər hamsı öz uzərinə duşən məsuliyyəti can başla icra etməlidir ki siz dediyiniz kimi əs Xəzər Lənkəranı görə bilək amma çox rəsufki çatışmayan cəhətlərimiz çoxdu hamılıqla bunu muzakirə edib birlikdə qərar qəbul etməyimiz vacibir duzdu mən özum demək olarkı oyunları stadiyondan izliyə bilmirəm ancaq demək olarkı butun oynları harda olmağımdan aslı olmayaraq izləyirəm Lənkərana yolum duşəndə oynlarını stadiyondan izləyirəm həmçinin Xəzər Lənkəranın Naxçıvanda oynadığı super kubok və kubok oynları stadiyondan izləmişəm