“Bosman” fanklubu bütün Azərbaycan xalqını və “Xəzər Lənkəran” klubunu təbrik edir!
“Xəzər Lənkəran” klubu da Azərbaycan xalqını belə təbrik edir→
8 thoughts on “Novruz Bayramınız Mübarək!”
Comments are closed.
“Bosman” fanklubu bütün Azərbaycan xalqını və “Xəzər Lənkəran” klubunu təbrik edir!
“Xəzər Lənkəran” klubu da Azərbaycan xalqını belə təbrik edir→
Comments are closed.
Novruz bayrami munasibətilə məndə sayt istifadəçisi, həmdə “Xəzər Lənkəran” kamandasinin azarkeşi kimi Mirhafiz muəllim sizi təbrik edirəm.Sizə can-sağliği arzulayiram.”Bosman” saytinin istifadəçisi olduğuma görə fəxr edirəm.Həmişə mehriban bir duyğu ilə bu sayta daxil olub və səmimiyyətlə qarşilaşmişam.Kamandamizin yeni qələbələri biz azarkeşlərə ən yaxşi təbrik ola bilər.Qoy bu “Novruz” həyatimiza nailiyyətlərlə qədəm qoysun.Bu yeni il bizə kamandamizla sevinc gətirsin.AMIN!
Novruz bayraminiz mubarək, əziz xalqim!
*****
Zəfər bəy, xoş sözlərinizi elə yazmısınız ki, bütün fikirlərinizdən səmimiyyət yağır. Çox sağ olun. Mən də sizi səmimi qəlbdən təbrik edir, bu Novruz günündə bütün arzularınızla Allahın əmanətində, himayəsində olasınız.
Bu Novruz günündə bir zarafat da edim. Üzümüzə gələn bu yeni il, inanclara görə At İlidir. Görəsən bu hörmətli mütəxəssis C. B. Toşakın Atından olmayacaq ki? Tərslik edib yenə su içməyəcəkmi?…
TOŞAK HAYİF Kİ,AT İLİNİ GÖRMƏDİ.
Muəllim!-At muraddir, deyiblər babalar.İnanca qalsa ,at ilində arzularin həyata keçməsi çox real görunur.Neynəmək olar ki, bəzi atlar heç yiyəsinə tabe olmayib onu tərkindən salir.Cənab Toşak taninmiş mutəxəssis olsada, hayif ki, “qoca”di.Vaxtinda atina təlimi duz keçsəydi, yəqin ki, atdan yixilmazdi…
Mustafa bəy gərək ki, dəniz atinin xassə və xususiyyətlərini yaxşi tanisin.Bu yolda əzmlə çalişsin, heç yorulmasin.Yorulsa, at onu yorar və ati onu ustundən atar.Necə ki ,Toşakin ati su icməkdən imtina etdi, şahə qalxdi və onu yerə çirpdi.
Nə deyim ,özumdə kəndçiyəm və babamin atinin tərsliyini görmuşəm.Yaz gələndə kişi ati yoncaliğa buraxirdi.Təmiz hava ola, yaşil zəmi, hər tərəf yaşilliq…At bir həftəyə o qədər bu yaşilliqlarda yeyirdi ki, heç su içmək yadina duşmurdu.Kişi bir gun mənidə yaninda atin otladiği sahəyə apardi,fikridə o idi ki, ati göz yaşitək saf bulaqa suya gətirsin.At babami görən kimi qabaq iki ayaqlarini şahə qaldirib qaçmağa başladi.Xulasə çox çətinliklə ati ram edib bulağa gəldik.Babam nə qədər etdisə, at su içmədi.Kişi naəlac qalib əvvəllər kefi saz olanda ifa etdiyi fit səsilə qəşəng zumzumə etdi amma at elə tərsliyində idi.Fikir kişini göturmuşdu….
Bir başa evə gəlib atin palanini qoydu və meşəyə odun ucun getdi.Iki-uç saatdan sonra həyətə çixanda atin səsini eşitdim.Ata yaxinlaşib onun başdan-ayağa tər icində olduğunu gördum.Əvvəlki şahə qalxmağindan bir əsər-əlamət qalmamişdi.İndi boynunu məğrurca bukmuşdu və əmrə tabe idi.Yarim saatdan sonra şor quyudan gətirdiyim beş-alti vedrə suyu boşaltmişdi.
Görəsən at niyə bulağ suyunu bəyənməmişdi?
*****
Zəfər bəy, yazdıqlarınızı oxuyanda, özümü sanki bir qədim filmə baxmış kimi hiss etdim. Özü də bu film 2-3 saat çəkdi sanki. Siz bu kiçik yazınızla çox böyük bir filmin bəxş etdiyi təəssüratı yaratmısınız. Buna görə çox sağ olun. Həm də ona görə sağ olun ki, bu kiçik yazıda böyük filmin dediyi qədər fikirlər demisiniz, daha doğrusu nələr deməmisiniz? Qədim Avropa, Uels, məğrur Şotlandiya çəmənlikləri, dağlarından, məğrur talış dağlarına qədər sanki bir yol gəlmisiniz bu yazıyla… Bir anlıq sizin bu şərhiniz, məni qoynuna alıb, haralara apardı…
Axşamınız xeyir, DOKTOR! Müəllim, ilk öncə Sizin və Sizin timsalınızda bütün “Bosman”çıların Novruz Bayramını təbrik edirəm. Bayramınız Mübarək!
*****
Çox sağ olun, Qabil bəy! “Bosman” fanklubu bütün azarkeşlərimizi təbrik edib. İcazənizlə mən də öz adımdan sizi ürəkdən təbrik edirəm. Allah hamıya xoş nəzərlərini əskik etmir və bizim ondan faydalanmağımız isə özümüzdən asılıdır. Bu Novruz günündə, Allahdan təvəqqem, bu xoşbəxtlikdən qidalanmamıza yardımçı olsun!
Mən də bu təbriklərə qoşulur ,Mirhafiz bəy sizi və bütün ailə üzvlərinizi ,Sayt istifadəçilərini və xüsusi olaraq Qabil bəyi Zəfər bəyi Novruz bayramı münasibəti ilə təıbrik edir onlar ,can sağlığı və bol ruz-bərəkət arzulayıram .
İnşallah gələn Novruza qədər komndamızın çempionluğ əhval-ruhiyyəsindən , qələbələrindən ,bolluca yazararaq sevincilərimizi bölüşək.
*****
Mən çox təşəkkür edirəm və sizin və ailənizin Novruz bayramını ürəkdən təbrik edirəm.
Qardaş!-Məndə sizi təbrik edirəm və saf duyğulariniza görə təşəkkur edirəm!.Çox sağ olun.
*****
Siz də sağ olun!
Salam, Mirhafiz müəllim! Doğrusu Zəfər bəyin kiçik yazısını oxuduqdan sonra gözəl təəsüratlar yaşadım. Mövzunu özüm üçün təsvir edə-edə(bildiyiniz kimi rəssamlarda təsəvvür,təsfir etmə gücü digərlərindən fərqlidir)xəyalımda həmin dağətəyi mənzərəni, yaşlı babanın atının təzə-tər göy otlardan necə həvəslə yeməsini və ən əsası heç vaxt görmədiyim Zəfər qardaşın və onun babasının obrazlarını özüm üçün təsvir etdim. Bu təəsürat mənə xüsusi zövq verdi…
Doktor, bir daha Sizin və saytımızın fəal istifadəçilərinin, mənə önəm verən Zəfər və R.S. qardaşların Novruz Bayramını təbrik edirəm!
*****
Qabil bəy, sizə də salam olsun! Mən rəssam olmasam da eyni təsvirlər, mənim də gözümdə canlandı və təsadüfi deyildi ki, Zəfər bəyin bu kiçik yazısını mən bir filmə bənzətmişdim.
Mirhafiz bəy sizə böyük təşkkür düşür .Bu şərhlərvə sizin də münasibətiniz şərhlərə .hələ heç nəyin itmədiyin bildircisidir.Yaxşılar hələ də var Bakının özü gözəldir .amma Rayonda xüsusi ilə də kəndə insanlar daha yaxşı olur .Şəhərdə insan darıxır .Kənd isə bambaşqadır… ..İnsanlar çox sadədir.Yaxşı ki saytınızda şərh bölümü yaratmısınız. Xüsusi ilə Zəfər və Qalib bəy çox səmimi insanladı və yazdıqlqrı oxumamış ötə bilmirsən .sankikənd abı-havası yaşayırsan Düzdü İslam bəy xəsətələnməyi onun istifadıçilərələ dialoqa girməyi çətinləşib .həm də ki saytda çox olması hələki ona ziyandır.Allahdan ona və sizlərıə .can sağlığı
Yeni ilimizdə yeni -yeni uğurlar arzulayıram
Əskik olmaysınılz Şablon söz olsa də .ürəkdən deyirəm . Nə yaxşı ki sizlər varsınız ! ,
*****
Mən izləyicilərimizdən razıyam. Sayt “az” domeni ilə təzə fəaliyyətə başlayanda, burda müxtəlif yönvermələrə, cərəyanlara meylləndirmə cəhdlərinin işartıları ustaca tətbiq olunmağa başladı. Əgər biz o cərəyanlara düşsəydik indi təbii ki, saytımız ya yox idi, yaxud da qarğa bazarına çevrilmişdi. Bunu biz zatən bilirdik. Hər şeyə bu cəhdləri edənlərdən qabaq hazır idik. Onlar özlərini usta bilsələr də, dərk etdilər ki, onlardan daha ustaları var. Bizim bu xəttimizin dönməzliyini və heç bir boşluğa yol vermədiyimizi görəndən sonra, hər hansı cəhdlərinin mənasız olduğunu dərk etdilər. Onlar saytımızı yenə də fasiləsiz izləyirlər, boşluq tapmaq arzusu ilə. Çünki mən bir inzibatçı kimi bunları görürəm.
Amma biz sizinlə, səmimi üzvlərimizlə birgə buna nail olmuşuq. Hamınızdan razıyıq və biz say çoxluğunu yox, keyfiyyətli, intellektli olmağı daha üstün bilirik. Bu da var, bu da sizlərsiniz. Bütün izləyicilərimizə buna görə təşəkkür edirik.
Mirhafiz muəllim!-Siz çox önəmli bir məsələyə toxunmusunuz.Şərt o deyil ki ,coxlu şərhlər yazilsin.Şərt odur ki ,şərhlərdə bir məna olsun.Bu ya tam çilpaqliği ilə deyilməli, yada şərhin mənasini darta-darta gətirib elə bir nöqtəyə çatdirmaq lazimdir ki, həqiqi izləyici onu başa duşmək uçun öz təxəyyulundən istifadə edib faydalansin.Ən çox izlədiyim saytlardan demək olar iki sayt mövcuddur ki , evdə komputyerdə,işdə telefonla izləyirəm.Bu 12cioyunçu.info və “Bosman” az saytlaridir.Səbəb nədir?
Səbəb intelekt səviyyəsi yuksək olan muxtəlif peşə sahibləridir.Son zamanlar 12cioyunçu.info saytinda yazi və şərhləri oxuyuram amma şərh yazmaq istəmirəm.Heç kim məndən inciməsin,son zamanlar iki və uç sözlə şərh yazirlar.Mucərrəd fikirlər yer alir və bəzəndə şərh yazan azarkeş özunu çox haqli sayir.Bir irad bildirən azarkeş adekvat cavabla uzləşir ki ,buda heç başaduşulən deyil.Əlbəttə söz azarkeşlərin öz aralarinda gedən r”əy və fikirlərdən gedir.
Saytda bir azarkeşin şərhi elə ola bilər ki, min azarkeş tərəfindən oxunulsun amma şərh yazilmasin.Bir şərtlə ki, məna olsun həmin şərhdə.Indi isə bəzən mətəəl qalirsan.Niyə!?
Son zamanlar Alanzinyonun gəlişi barədə saytlar xəbər yaydi və sonra yalan çixdi bu xəbər.Azarkeşlərdən biri klubun bu oyunçu ilə maraqlanmadiği xəbərindən sonra belə bir şərh yazib”
***
Chox nahaq yere……
***
Gəl anla belə şərhi, görum necə anlayasan. Şərh mən bildiyimə görə , muəyyən bir həyatda baş verən hadisə və xəbərə munasibət bildirməkdir.Bu munasibətdə ya urəkdən saf qəlblə gəlməli, yada çaşdirmaq fikri ilə təxribat xarakterindən tutmuş muxtəlif hal və formada ola bilər. Bu şərh yazan azarkeşin təxəyyul səviyyəsindəndə asilidir.
Bizi birləşdirən son ucda Azərbaycan gəncliyinin sağlamliğidir,bu ölkənin idmanidir.Biz bu gun Lənkəranin futbol kamandasini mudafiə edib dəstəkləməklə Azərbaycanda idmanin inkişafina misilsiz xidmət etmiş oluruq.Bizim xidmətimiz futbol qurumlarindan bəlkədə çoxdur.Səbəb odur ki, biz rəqabət yaradiriq və idmani zəiflətməyə qoymuruq.Amma bu qurumlar bizi həbs etməklə futbolun inkişafindan danişirlar.Belə futbol qurumlarinin torunada gənc nəsil duşur və indi elə şərhlər yazirlar ki, elə bil hansisa catdadilar.
Biz futbolu sevirik.Sevirik ki, bu idman saytinda yaşi yetmişdən yuxari azarkeşlərdə şərh yazir.Muxtəlif idmam mediasinin jurnalistləridə bu yazilanlari oxuyur.Bəlkədə bəzən mövzu bir yana qalir amma şərhlər oxunulur.Ona görə keyfiyyət əsas şərtlərdəndir və bu fikirlə tam raziyam.
*****
Sağlam fikirlərinizə görə çox sağ olun, Zəfər bəy!