Elias Ribeyro: Heç vaxt belə meydançalarda oynamamışam

 “Xəzər Lənkəran”ın braziliyalı yarımmüdafiəçisi Elias Ribeyronun müsahibəsi.
– Son iki oyunda baş məşqçi sizə əsas heyətdə şans verdi. Təəssüratlarınız necədir?
– Əlbəttə, əsas heyətdə meydana çıxmağımdan məmnunam. Hazırda uyğunlaşma dövrünü yaşayıram. Çünki Braziliya və Azərbaycan futbolu arasında böyük fərq var. Bura mənim üçün yeni məkandır. Təbii ki, yeni getdiyin yerə uyğunlaşmaq üçün müəyyən vaxt sərf edirsən. Yeganə narazı qaldığım məqam həmin oyunlarda qələbə qazana bilməməyimlə bağlıdır.
– Adaptasiya dövründə sizin üçün problem yaradan məqamlar kimi nələri qeyd edə bilərsiniz?
– Komanda yoldaşlarımla yaxşı münasibətimiz var. Super kollektivimizin olduğunu deyə bilərəm. Əsas problem kimi süni örtüklü meydançaları göstərə bilərəm. Çünki heç vaxt belə meydançalarda oynamamışam. Bir də sistemin fərqli olmasıdır. Braziliyada komandalar fərqli sistemlə mübarizə aparırlar.
– “Xəzər Lənkəran”ın turnir cədvəlindəki yeri ilə real gücü üst-üstə düşürmü?
– Komandanın turnir cədvəlinin orta pillələrində yer almasını indiki durumla bağlamaq olmaz. Bunun kökü mövsümün əvvəlinə gedib çıxır. Burda olmasam da, eşitmişəm ki, komanda çempionata uğursuz başlayıb. Nəticədə orta pillələrdə yer almışıq. Əgər çempionata da qış fasiləsindən sonrakı kimi başlasaydıq, indi üst sıralarda idik. Çempionata yaxşı başlamaq vacibdir.
– Amma hazırkı vəziyyət qalan oyunlardan maksimum xallarla ayrılmağı tələb edir. “Xəzər Lənkəran” isə son 3 oyunda ardıcıl xallar itirdi…
– “Bakı”ya uduzduğumuz gün bizim üçün uğursuz idi. Birinci hissədə yaxşı oynadıq. Sonra zədəlilər oldu. Oyunun gedişində mərkəzdəki gücümüzü itirdik. Xallar itirdiyimiz oyunlarda xırda detallar başlıca rol oynadı. Çünki AZAL-la oyunda rəqibi 2:0 hesabı ilə üstələdiyimiz anda qələbəni qoruya bilmədik. Yekunda 1 xalla kifayətləndik. “İnter”lə matçda isə göstərdiyimiz oyuna görə qələbəyə biz layiq idik. Amma təəssüf bunu reallaşdıra bilmədik.
– “Rəvan”la qarşılaşma gəlir. Rəqibin autsayderlər qrupunda yer alması sizdə bir rahatçılıq yarada bilərmi?
– Təbii ki, bunun fərqindəyik. Turnir cədvəlinin aşağı pillələrində olan komandalar üst sıralara yüksəlməyə cana atırlar. Bəzən iddialı klublar onlarla qarşılaşmalarda bunun acısını çəkirlər. Oyunun çətin keçəcəyi, lider komanda ilə qarşılaşacağıq, düşüncəsi ilə meydana çıxmalıyıq.
– Reallığı nəzərə alsaq, “Xəzər Lənkəran” finişə ən yaxşı halda hansı mövqedə çata bilər?
– Bəli, çempionluq çox uzaq görünür. Çünki xal fərqi çoxdur. Amma ilk “üçlüy”ə düşmək istəyirik. Bu, ikinci və ya üçüncü pillə ola bilər. Məqsədimiz avrokuboklara vəsiqə verən yerlərdən birinə sahib çıxmaqdır.
Mənbə: Apasport.az 

8 thoughts on “Elias Ribeyro: Heç vaxt belə meydançalarda oynamamışam”

  1. Ay Xəzər!-Səninlə nəfəs aliram,
    Sənin zəfərinlə qururlaniram.
    Uduzub gələndə peşman oluram.
    Sən allah!Bunu sən gəl etmə mənə
    Rəqibə qollar vur , bağliyam sənə
    Dənizliylə ləpə vur sən dənizdə,
    Ləpələrdən fərəh alsin hər uzdə,
    Axsin sevinc yaşi qoy gözmuzdə.
    Sən allah!Bunlari cox görmə mənə,
    Rəqibə qalib gəl, bağliyam sənə.
    Səni sevməyənlər görum xar olsun,
    Haqqi deməyənin dili lal olsun!
    Taliş balasiyam elim sağ olsun.
    Sən allah! Sevgimi cox bilmə mənə,
    Rəqibə qollar vur bağliyam sənə.
    Əzəl gundən bu torpağin daşiyam,
    Daş olsamda, bu elin yaddaşiyam,
    Məndə bu ölkənin vətəndaşiyam.
    Sən allah! Cənubu tanitdir yenə
    Rəqibə qollar vur bağliyam sənə
    Lerikliyəm, elimə cox bağliyam.
    Kasib bilsən ,mənəviyatca varliyam.
    Taliş balasiyam , ” Qarabağli”yam,
    Sən allah! Haqqi de, sən Avropada!
    Duşmənə zərbə vur ,bağliyam sənə
    *****
    Zəfər qardaş, zəfər de zəfər çalsın!
    “Xəzər”imiz zəfərlərlə, ucalsın…
    Elim cavanlaşa cavanlaşa, qocalsın!
    Fəxrimiz ol, zəfəri çox görmə sən!
    Uzun ömür, zəfərlər dilərəm mən!..

    • “Qarabağli”yam ifadəsi burda Azərbaycanin 25 faiz torpağinin duşmən tapdağinin altinda olmasi ilə əlaqədar işlənmişdir və lazim gəlsə hamimiz bu vətən ucun səfərbər anlamindadir.
      *****
      Baxmayaraq Lerikliyəm, dağlıyam,
      Mən ürəklə vətənimə bağlıyam.
      Bakılı, Təbrizli, həm Naxçıvanlı,
      Gəncəli, Tovuzlu, Qarabağlıyam!

      • Təşəkkur edirəm muəllim! Minnətdaram sizə!-Yazdiğim şer parcasi həvəskarliqla yazilmişdir və səhflərimə görə uzr istəyirəm və demək istəyirəm ki , urək sözlərimi ifadə etməyə calişmişam.
        *****
        Zəfər bəy, əvvəllər həvəskar yazdı,
        Çünki, şeiriyyətdə, təcrübən azdı.
        İndi cilalanıb ilham, qələmin,
        Misralar, fikirlər indi tarazdı.

  2. Axşamınız xeyir,Mirhafiz müəllim! Nə yaxşı ki, hərdən şerə müraciət edirsiz. Zəfər qardaşımı da salamlayıram.
    Qələbə, uğur da zəfərdi, zəfər!
    Şer yazmaq özü hünərdi, hünər!
    Elinə,yurduna bağlı olanlar,
    Nər oğlu, mərd kişi, bir ərdi, bir ər!

    • Qabil qardaş! Salam allah salami,
      Verən deyil, alan alar savabi.
      Rəssam əmi yaratdiği tabloyla …
      Bir rəngdə min məna kəsb eləməklə,
      Sevgi ilə verir hər an cavabi.

  3. Rəqibi Kəybə Qol Bıjən Dılmun şo bıbü.
    A Xəzər az dıtı nəfəs kəşedəm.
    Zəif hənək kardiəsəndə xıvət kardedəm.
    Uduzmiş biyəsəndə, nışdəm bəmedəm.
    Çiç bəbe ı ğəşənqə kinə mahaşt bıbəmu.
    Rəqibi kəybə qol bıjən dılmun şo bıbü.
    Dı Dənizli pöhrə jəydəş tı qədə-qədə,
    Tınmon vindemon pidə iminci vrədə.
    Çəmə ranq dəqardə sipi havz bə,
    Mahaştki, ı ranq sipi siyu bıbü;
    Rəqibi kəybə qol bıjən dılmun şo bıbü.
    Bıtıpın dışdı qolun ə neftçi kəybə,
    Ə ğazun bə loni dənə vaxtədə,))
    Hələ əvon əğılin, yol biyəsəndə;
    Dənəş bə doxofkə bıdə sı bıbü
    Rəqibi kəybə qol bıjən dılmun şo bıbü.)))

Comments are closed.