Premyer Liqanın XXV turu çərçivəsində martın 8-də səfərdə “Rəvan” klubu ilə qarşılşacaq “Xəzər Lənkəran” hazırlıqlarına dünəndən start verib. Məlumata görə komandamız öncədən bildirildiyi kimi paytaxtın “Bayıl Arena” stadionunun yaxınlığında yerləşən oteldə deyil, daimi müştərisi olduğu “Modern” otelində məskunlaşıb. Buna səbəb, əvvəlcədən qurulan hazırlıq planında dəyişiklik edilərək, məşqlərin keçirilməsi üçün nəzərdə tutulan “Bayıl Arena” stadionunun Respublika stadionu ilə əvəzlənməsidir. Beləliklə, “Xəzər Lənkəran” dünən, martın 3-də saat 11:00-da T. Bəhramov adına stadionun süni örtüklü yardımçı meydançasında məşqə çıxıb. BIr saatdan çox davam edən hazırlıq prossesinə bütün futbolçular qatılsalar da heç də hamı məşqə davam edə bilməyib. Belə ki, Rahid Əmirquliyev, Rasim Ramaldanov, Adrian Skarlatake, Etame Mbilla və Orxan Sadıqlı isinmə hərəkətlərindən sonra 15-20-dəqiqəlik yüngül qaçışla kifayətlənməli olublar. Bir neçə gün əvvəl məşqdə topuğu burxulan Deyvid Sakkoni isə ayağındakı güclü ağrılar səbəbindən yalnız meydançadan kənarda duraraq məşqi seyr edə bilib. Qeyd edək ki, makedoniyalı futbolçu Dejan Blajevski öz ölkəsinin, gənc futbolçularımız Ağabala Ramazanov və Elur Cəfərov isə U 21 və U 19 milli komandalarının düşərgəsindədirlər. “Xəzər Lənkəran”ın növbəti məşqi bu gün saat 14:30-da etibarən eyni məkanda keçiriləcək.
1 thought on “"Xəzər Lənkəran" T. Bəhramov adına stadionda "Rəvan"la oyuna hazırlaşır”
Comments are closed.
Xəzərin yeni transfer etdiyi qapıçı haqqında heç bir infarmasiya yodur .Amma bir saytda oxumuşdum ki o məşqlərə məsuliyyətsiz yanaşdığı üçün stat heyətdə yer ala bilmir .Bunun nə dərəcə də döğru olduğun bilmirəm .Ən yaxşsını məşqçi bilər .yəqin ki məşqi izləyənlər bunu hiss edərlər .