Ramin Musayev saç ağartdıqca, həqiqəti deməyə başlayıb?

Bu gün “İnterAz” televiziyasının efirində “Arena” verilişinin növbəti buraxılışı olub.
Verilişdə qonaq olan PFL prezidenti Ramin Musayev, “Böyük Oyun”da yaşanan qalmaqala toxunaraq, “Xəzər-Lənkəran” azarkeşlərinin “Neftçi” ilə oyunda etdiyi hərəkətlərə münasibətini açıqlayıb : “Sizə deyim ki, azarkeş əslində çılğın olmalıdır və oyunlara azarkeşlər gəlməlidir. Lənkərandakı oyunda azarkeşlərin sayının çox olması futbolun marağını da artırır. Qaldı ki, orada yaşananlara…. Onu bildirim ki, əsl “Xəzər-Lənkəran” azarkeşi bunu etməz. Bu klubun azarkeşlərin öz komandalarına sadiqliyi ilə seçilirlər. 1-2 nəfərə görə, bütün azarkeş kütləsini tənqid etmək də düzgün çıxmazdı. Azarkeşlərimiz sırasında xeyli ziyalılarımız da var. Yaxşı olar ki, onlar həmin şəxsləri bu istiqamətdə düzgün tərəfə yönləndirsinlər. Onu da bilin ki, mən “Xəzər-Lənkəran” azarkeşlərini sevimli komandasına bu qədər dəstək olduqları üçün alqışlayıram”.
Mənbə: Spotarena.az

4 thoughts on “Ramin Musayev saç ağartdıqca, həqiqəti deməyə başlayıb?”

  1. Qoculuq futbolumuzu bərbad edib.Bunun qabağini almasalar yəqin ki, özləri getməli olacaqlarinin fərqindədirlər.Birdə bunlarin qabağinda bir əngəl olmasa harinlaşirlar.Stadionda azarkeş olmalidir amma təxribat olmamalidir.Futbolumuzu inkişaf etdirmək ucun ilk növbədə azarkeşləri stadiona yiğmaq lazimdir.”Neftci” artiq öz nufuzunu itirmək uzrədir.Buna görədə “qoculuğa” son verməlidirlər.Qoculuqdan hec kim daimi fayda göturə bilməyib.İndi bunu anlamağa başlayiblar deyəsən.

  2. Salam DOKTOR! Mən də Ramin Musayevin sonuncu üç-dörd müsahibəsində komandamıza qarşı simpatiyasının artmasını hiss etmişəm. Yəni doğurdan da saçlarını ağartdıqca həqiqəti deməyə başlayıb? Ondan görünməyən bir işdir. Görəsən həqiqətləri söyləməyə başlamasında başqa bir əmma olmaz ki?…
    *****
    Saçların ağarma səbəbi, bəlkə də bu mövqeyi yaradıb.

  3. DOKTOR, R.Musayevin saytda verilmiş şəkilinə heç diqqətlə baxmamışdım, indicə baxdım. Həqiqətəndə saçları çox sürətlə ağarmağa başlayıb. 5-6 il əvvəl yaxından görmüşdüm onu. O vaxt saçındakı qara tüklər ağ tükləri ört-basdır etmişdi deyə, saçları qap-qara görünürdü.

Comments are closed.