“Trabzonspor” klubundan hər hansı təklif almamışam”. Məlumata görə, bu sözləri “Xəzər Lənkəran”ın türkiyəli baş məşqçisi Mustafa Dənizli deyib.
“Trabzonspor”da boş qalan baş məşqçi postunakeçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən təcrübəli mütəxəssis Türkiyə mətbuatına açıqlamasında belə bir təklif almadığını açıqlayıb: “Bir gün mütləq Türkiyəyə qayıdacağam. Amma qeyri-adi bir şey baş verməsə, mövsümün sonuna qədər “Xəzər Lənkəran”da qalmaq istəyirəm”.
Qeyd edək ki, Dənizli 2013-cü ilin dekabrından “Xəzər Lənkəran”ı çalışdırır.
Mənbə: Apasport.az
Bizim qeyd: Mustafa Denizlinin bu açıqlaması açığı bizi təəccübləndirdi. Çünki onunla “Xəzər Lənkəran” arasında qüvvədə olan müqavilə bir il yarımı əhatə edir. Hətta “Xəzər Lənkəran”ın rəsmi saytında da bu belə göstərilir (Buradan izlə). Yenə nə oldu, yüksəlişə gedən yolda pişik asqırdı? Ya təlim-məşq dövründə nələr oldu ki, Mustafa bəy, bu qərara gəlməli oldu? Xahiş edirik klub bu açıqlamaya rəsmi münasibət bildirsin!
6 thoughts on “Yenə nə oldu, pişik asqırdı? Xahiş edirik klub bu açıqlamaya rəsmi münasibət bildirsin!”
Comments are closed.
Salam DOKTOR! Xahış edirəm əsəblərinizi qoruyasınız. Çünki, yazının başlığındakı tondan hiss etdim ki, əsəbləşmisiz. Biz artıq öyrəhcəli olmuşuq. Bir balaca komanda özünə gəlməyə başlayan kimi mütləq bir qəmbərqulu çıxmalıdır. Təki bu “Trabzonspor” məsələsi boş söhbət olsun. Hələ ki, M.Dənizli komandamız tam ayaq üstə qoymayıbki, bu tezliklə çıxıb getsin.
*****
Məsələ “Trabzonspor”da deyil. Çünki Mustafa Denizli onlardan təklif almadığını deməklə bərabər, mövsümün sonuna işarə verir. Bu isə o deməkdir ki, mövsümün sonunda Mustafa bəyin burda yarım ili tamam olur. Bəs qalan bir il? Açığı Mustafa bəyin transfer dövründəki qarışıq açıqlamalar verməyə məcbur olması, onun klub tərəfindən şərtlərin yerinə yetirilməməsi qənaətinə gəlməyə əsas verir.
Yene baslandi.. Gedeni saxlamazlar.. Bu komandanin oyununada menfi tesir gosterecek.
DOKTOR, tamamiylə doğru fikirdir. Antaliyada təlim-məşq prosesi dövründə M.Dənizlinin verdiyi müsahibələrindəki qarışıq fikirlər, transfer məsələsinin xeyli gecikdirilməsi, Dənizlinin məşqçi heyətinin tam formalaşmasınin təxirə salınması və bizim bilmədiyimiz qeyri məsələlər bunu deməyə əsas verir ki, M.Dənizli Lənkəranda çox işləməyəcək. Təki bu fikirlər yanlış olaydı. Uzun bir zaman kəsiyindən sonra komandamız indi-indi özünə oxşamağa başlamışdı.Əgər M.Dənizli müqavilə müddəti bitməmiş getsə üzülən yenə azarkeşlər olacaq.
*****
Qabil bəy, artıq üzülməyə azarkeşlərdə tab qalmayıb. Bu dəfə tam qırılacaq həddədir. Mustafa Denizlinin gedişini heç vaxt istəmərik. Bircə istisna var ki, onu da hamı əzbərdən bilir!
Mustafa bəyin fikirlərinə Antalyada soyuq yanaşdilar.Cunki onun istədiyi nə kamanda formalaşdi nədə məşqci korpusu !-Pərdənin arxasinda yenə “o” dayanib.Sayt rəhbəri daha uzaği görub.Belə bir tələbdə olmağiniz alqişlanasidir.BU gun saytda yeni yazilariniz və yeniləmələrə sevinməmək olmur.Yaxşi şagird elə bunlari tələb edirdi.
“Bircə istisna var ki, onu da hamı əzbərdən bilir” fikri doğurdanda bir həqiqətdir. Artıq başqa çıxış variantları da yükənib, yox kimidir…
“Bircə istisna var ki, onu da hamı əzbərdən bilir” fikri doğurdanda bir həqiqətdir. Artıq başqa çıxış variantları da tükənib, yox kimidir…