"Qəbələ" ilə 23-cü görüş qabağı statistika

“Xəzər Lənkəran” komandası Premyer Liqanın XXI tur çərçivəsində fevralın 15-də səfərdə “Qəbələ” klubu ilə görüşəcək. Bu qarşılaşma cütlüyün tarixində 23-cü olacaq.Komandamız indiyə qədər “Qəbələ” ilə 20-çempionat oyununda və 2-kubok qarşılaşmasında üz-üzə gəlib ki, bunlardan 11-də qələbə qazandığı halda 6-görüşü heç-heçə bitirib. İndiyə qədər cəmi 5-oyunda komandamız “Qəbələ”yə məğlub olub. “Xəzər Lənkəran”ın “Qəbələ” klubu ilə keçirdiyi oyunlarda məhsuldarlığı ilə seçilərək qapılara vurulan topların sayında rəqibdən xeyli üstünlüyünü də qeyd etmək olar. Top fərqi :  Ümumi: “Qəbələ” –  “Xəzər Lənkəran” 19:31, Çempionatda: 17-27. Statistik göstəricilər üstünlüyümüzü göstərsə də, komandamız rəqibi artıq 5 oyundur ki, “Qəbələ” ilə qarşılaşmalarda qələbə qazana bilmir.
Qeyd edək ki, “Xəzər Lənkəran”  ilk və hələki yeganə çempionluq sevincini (o vaxtlar “Gilan” adlanan)  “Qəbələ” klubunun  üzərində 2006/07 mövsümündə səfərdə qazandığı 3:0-lıq sayəsində yaşamışdır.
“Xəzər Lənkəran”ın “Qəbələ” ilə bütün oyunlarının nəticələri:
2006/07 mövsümü
“Xəzər Lənkəran” – “Gilan” -4:0
“Gilan” – “Xəzər Lənkəran”-0:3
 
2007/08 mövsümü
“Xəzər Lənkəran” – “Qəbələ”-2:1
“Qəbələ” – “Xəzər Lənkəran”-1:1
 
2007/08 Azərbaycan kuboku, yarımfinal mərhələsi
“Qəbələ” – “Xəzər Lənkəran”-1:3
“Xəzər Lənkəran” – “Qəbələ”-1:1
 
2008/09 mövsümü
“Qəbələ” – “Xəzər Lənkəran” -0:1
“Xəzər Lənkəran” – “Qəbələ”-1:2
 
2009/10 mövsümü təsnifat mərhələsi.
“Qəbələ” – “Xəzər Lənkəran”-1:1
“Xəzər Lənkəran” – “Qəbələ” -1:0
 
2009/10 mövsümü final mərhələsi.
“Xəzər Lənkəran” – “Qəbələ” -4:1
“Qəbələ” – “Xəzər Lənkəran”-1:2
 
2010/11 mövsümü təsnifat mərhələsi.
“Xəzər Lənkəran”-“Qəbələ” -1:0
“Qəbələ” – “Xəzər Lənkəran”-1:0
 
2011/12 mövsümü təsnifat mərhələsi.
“Xəzər Lənkəran” – “Qəbələ” -2:1
“Qəbələ” – “Xəzər Lənkəran”- 2:1
 
2011/12 mövsümü final mərhələsi.
“Qəbələ” – “Xəzər Lənkəran”- 0:1
“Xəzər Lənkəran” – “Qəbələ” – 1:1
 
2012/2013 mövsümü təsnifat mərhələsi.
“Xəzər Lənkəran” – “Qəbələ” – 1:1
“Qəbələ” – “Xəzər Lənkəran” – 2 : 0
 
2013/2014 mövsümü I dövrə
“Qəbələ” – “Xəzər Lənkəran” – 2 : 0
 
2013/2014 mövsümü II dövrə
“Xəzər Lənkəran” – “Qəbələ” – 0:0
 
2013/2014 mövsümü III dövrə
“Qəbələ” – “Xəzər Lənkəran” – ? : ?
 
Səhifəni hazırladı:  NƏBİOĞLU
Mənbə: 12cioyuncu.info

6 thoughts on “"Qəbələ" ilə 23-cü görüş qabağı statistika”

  1. Salam Mirhafiz müəllim! Statistikaya görə Nəbioğluna təşəkkür edirəm.
    “Xəzər Lənkəran”ın son iki çempionatda zəif çıxış etməsini nəzərə almasaq ümumiyyətlə “Qəbələ” bizim üçün güclü rəqib olmayıb. Baxmayaraq ki, sonuncu çempionatda “Qəbələ”nin heyətində yaxşı futbolçular cəmlənib, komandamız rəqibiylə başabaş oynamağa qadirdir. İndiyə kimi komandamız “Qəbələ”ni rəqib meydanında beş dəfə məğlub edib.
    *****
    Qabil bəy, salam! indiki “Qəbələ”, hər zamankından daha güclü, daha iddialı və daha ciddidir. Bunu həm heyətindəki güclənmə, həm tanınmış Syomin və qazandığı nəticələrə görə söyləmək mümkündür.

    • Qəbələnin indiki qədər guclu olduğunu yarandiği gundən hec görməmişəm.
      *****
      Elədir ki, var!

  2. Hörmətli Müəllim, mən “Qəbələ”nin son oyunlarına baxmışam və ona görə bu qənaətdəyəm. Mən demirəm ki, “Qəbələ” zəif komandadır. Hər bir komandanın bacarmadığı bir komanda olur ki, “Xəzər Lənkəran” da o cümlədən “Qəbələ” üçün arzu olunmaz rəqibdir. Bunu statistik göstəricilərdə də görmək mümkündür. Vaxtiylə komandamızın ən güclü vaxtlarında biz “İnter”lə bacarmırdıq. Ovaxtlar “İnter” heç də bizdən güclü deyildi. Sadəcə komandamız onunla öz oyununu qura bilmirdi, sadəcə bacarmırdı.
    *****
    İnşallah məsuliyyətlə yanaşsaq qələbə qazanarıq. Siz dediyiniz kimi futbolda sindrom ola bilən şeydir. Amma “sindromu qırdıq!” deyə bir şeylər də futbolda var!

  3. Qabil qardaş salam!-Mən öz fikrimi yaziram bə fikirlərinizə hörmətlə yanaşiram.Xahiş edirəm bunu nəzərə alasiniz.
    Fikrimcə bizim kamandamizin bir zəif cəhəti var.oda ondan ibarətdir ki butun oyunlarda eyni oyun uslubu ilə cixiş edir.Buda hucuma meylli olmaqlaridir.Deyirdilər ki Mustafa bəy mudafiə futbolu oynayir amma mən bunu görmurəm.Birdə Mustafa bəyin kamandamiza olan munasibətini biraz soyuq görurəm.Qəbələ ilə səfər qarşilaşmasi cox cətin olacaq.Kamandamiz mudafiə oynu görsətməyi muəyyən məqamda istifadə etməklə “siyasi” gedişi öyrənməlidir.Cox təssuf ki, bizim kamandamizin oyun uslubu hamiya aciqdir və ondan cixa bilmirlər.Qəbələdə kamandamiz mudafiə futbolu oynasalar qalib gələcəklər.Bu mənim fikrim idi.

  4. Mən də Sizi salamlayıram, Tənqidçi qardaş! Mən də Sizinlə razılaşıram. Amma düşüncəm bir az fərqlidir. Vaxtiylə Müstafa bəy özü müdafiəçi olduğu üçün müdafiə futbolu oynatmaq yox, əsas diqqəti müdafiəyə yönəltməli və hücumlarının kəsərini ikiqat artırmalıdır ki, rəqib öz hücumlarıha ara verib müdafiəsinə diqqəti artırsın. Biz “Neftçi”ylə 70-ci dəqiqədən sonra ardıcıl güclü hücumun hesabına iki qol vurduq və həmin dəqiqələrdə “Neftçi”nin hücumlarının heç bir kəsəri yox idi. Elə mərkəzdəcə qarşısı alınırdı. İkinci fikrim budur ki, komandamızın əsas taktikası hücum futboludur. Birdə ki, oyunun ilk 10-15 dəqiqəsi baş məşqcinin göstərişiylə kəşviyyat xarakterlidir. Ondan sonra məşqci oyunu istədiyi taktiki sxemə yönəldir. Bu şərhə həm Mirhafız müəllimin, həm də Sizin fikirlərinizi bilmək mənim üçün də maraqlı olardı. Qabaqcadan təşəkkür edirəm!
    *****
    Tam düzgün analizdir və mən sizin bu fikrinizlə tam razılaşıram. Şərhinizin lap əvvəllərində bir dəyişiklik etməyə məcbur oldum. Yəqin başa düşərsiz.

Comments are closed.