Ustadlardan sitatla başlayaq ki, yazımız oxunaqlı alınsın. Dünyanın ən böyük yazıçılarından biri saydığım Əziz Nesin “Bir sürgünün xatirələri” əsərində bizim hamıya məsləhət verməkdə usta olduğumuzu yazır: “Tanışa, dosta ağıl vermək bizdə adətdir. Birinə ağıl vermək üçün ürəyimiz gedir. Ay, aman, nə olaydı, qabağımıza biri çıxa, ona yaxşıca bir məsləhət verək-deyə gözümüz dörddür. Ağıl verməkdə bizdən əliaçığı tapılmaz”.
Ustadım tamam düz deyir. Elə biri mən özüm, necə gündü ki, tərs damarım tutub. Oturub-durub məsləhət vermək istəyirəm. Özü də kimə-kimə Mustafa Dənizli kimi ünlü bir futbol adamına. “Xəzər Lənkəran”ın baş məşqçisinə ağıl vermək üçün ürəyim gedir.
Klub Dənizlinin vətəni Türkiyədə tər tökür. Antalyada təlim-məşq toplanışına yığışan “Xəzər Lənkəran” mövsümün ikinci yarısı üçün hazırlıqlarını davam etdirir. Deməli, məsləhət verməyin əsl məqamıdı.
Mənə elə gəlir ki, Mustafa hoca kadr seçimində yanlışlıqlara yol verir. Türkiyəli çalışdırıcının bu dönəmdə buraxdığı səhvlər heç də yaxşı günlərini yaşamayan “Xəzər Lənkəran”a baha başa gələ bilər. Götürək elə Edu Oriolun klubdan geri göndərilməsini. İndiki məqamda bu futbolçunu İspaniyaya qaytarmaq nəyə lazım idi? İkinci dövrənin başlamasına az qalıb, futbolla nəfəs alan lənkəranlı azarkeşlər Mustafa Dənizlinin meydana buraxdığı futbolçuların oyununa baxmaq üçün stadiona axışacaqlar. Yəni stadionun girişində basabas yaranacaq. Bütün bunları nəzərə alıb ispan futbolçu Edu Oriolu klubun mühafizə xidmətinə işə götürmək lazım idi. Təcrübəli futbol adamı kimi Edunun bu vəzifədə kluba köməyi dəyə bilərdi.
Moskvada yaşayan Səyavuşdan tutmuş İrana gedən Dadaşa kimi bütün “Xəzər Lənkəran” azarkeşləri məni qınayacaq ki, guya mən türk futbolunun əfsanəsi Mustafa Dənizlinin işinə qarışıram. Amma işə qarışmamaq, ünlü məşqçiyə məsləhət verməmək də olmur axı.
Götürək elə Nikola Qliqorovu. İlin-günün bu vaxtında makedoniyalının Antalyada nə işi var? Hamı bilir ki, Lənkəran stadionunun ot örtüyü, drenaj sistemi yaxşıca bir təmirə ehtiyac duyur. Səhvən Makedoniya millisinə dəvət alan Qliqorov xərəkdə qum, ot daşıya bilir. Mustafa hoca da ona xərəkdə ot daşıtdırmaq əvəzinə Antalyada futbol oynamağı öyrədir. Lap açığı, gərəksiz bir işlə məşğul olur.
Məndə və bütün “Xəzər Lənkəran” tərəfdarlarında olan məlumata görə, türkiyəli çalışdırıcı klubda dəmir nizam-intizam yaratmağa çalışır. Hətta həkimlərə futbolçuları daşıyan avtobusa minməyi yasaqlayıb. Deməli, həkimlərə, masajçılara başqa bir avtobus xidmət göstərəcək. Avtobus da öz-özünə gedən deyil ki, onu kimsə sürməlidir də. Zohir Benouahini qoyub biz niyə təzə sürücü axtarmalıyıq? Zalım oğlu futbol oynamır, heç olmasa avtobus sürsün. Özü də onun sükan arxasına keçdiyi avtobusu heç bir yol polisi işçisi saxlamaz. Kimdi bu qəliz ad-soyadı olan sürücü ilə asfaltın ortasında çənə döyən?Başqa klublar balonlarla göyə uçur, Mustafa Dənizli isə hələ də Benouahidən möcüzə gözləyir. Mən də məsləhət görürəm ki, ondan möcüzə-filan gözləməsin.
Dənizlinin həmvətəni ustad Əziz Nesin demişkən, ağıl verməkdə bizdən əliaçığı tapılmaz. Mən də bu yazıda əliaçıqlıq etmək istədim.
Lap yadımdan çıxmışdı. Budəfəki transfer dönəminə də bir quş…
3 thoughts on “Etibar Cəbrayıloğlu: Dənizliyə yol göstərmək”
Comments are closed.
Etibar bəy elə hamı gedib quş gətirirdə ..Heç olmasa ustadın sözünə qulaq asıb ağıl verməkdən baz keçəydiniz.
Sən bilmirsən ki əzər balamız ağör xəsəliyə düçar .olub .Deyirlər ki Ruminiya da bir Loğman var ,Bəlkə o bu balanın dərdinə dərman olu .Amma gömrük postunda duranlar onu bura buramağa icazə versələr .
topaz premerliqasinin ilk 11-i bele olmalidir menim fikrimce qapida kamran agayev mudafiye sol cinah vanderson sag cinah maksim medvedyev ortada resad sadiqov ve skarlatake yarimmudafiye ortada rahid ve almeyda sol cinahda reynaldo sag cinah tom kara hucumda kamanan mbilla etame
AĞİL AĞİLDAN USTUNDUR.
Mən hec görmədim ki kimsə öz ağlindan gileylənsin.Kiməsə öz ağlimizla bir məsləhət vermək istəmişiksə,həmişə “öz ağlim özumə bəsdir,ğet özuvə ağil öyrət”-ifadəsi ilə rastlaşmişiq.Belə baxanda kecmişlə muqayisədə muasir dövrdə hami ağillidir.Ata-babalarimizdan “AĞİL AĞİLDAN USTUNDUR”-kəlami deyəsən elə kecmişə aid olub.Axi o vaxt “Odnaklassnik” yox idi.Şoubiznes yox idi,aciq-saciqliq ayib sayilardi.Ona görə mudrik insanlar var idi,xulasə sözun dəyəri var idi.Elə o vaxtda turklər səhf edəndə başini qapiya cirpar və “bu benim akilsiz kafam!” -deyərdilər.Ən azi turk filmlərdə bunu görmək olardi.İndi əliaciqliq edib məsləhət vermək hunər tələb edir ,əziz Etibar muəllim!.Mən əliaciq deyiləm və məsləhət verməkdə istəmirəm.Oğul istəyirəm ki,klubdaki bəzi insanlara məsləhət verən olsun.!.Əgər beləsi varsa,duşunməyin ki, bu azarkeşdir.Bilirsinizdə niyə?.Beləsi varsa ,elə mənə yol görsətsin.Elə bilirsiniz ki ,”ağila” məsləhət duyan tapa bilərsiniz.